Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rüfət Soruşur Yazılma Tarixi:25.10.2023 13:01:28

Salam men daxili qowuna duwmuwem hansi bolgede quluq edcem onu bilmek isdirem sagolun

Bildiririk ki, Quliyev Rüfət Natiq oğlu 2023-cü ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təyin olunmuşdur. Çağırışçı 30.10.2023-cü il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir.
Rüfət Soruşur Yazılma Tarixi:25.10.2023 10:44:13

Salam. Men Oktyabr çağırışçısıyam. Ayın 25 i oldu ama men helede ne bir SMS ne de bir zeng almışam. Sistemde de yazıram ve mene ( gönderilen melumatlara uygun çağırışcı tapılmadı ) yazılır. Xahiş edirem bu barede meni aydınlığa qovuşturun.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Lənkəran rayon şöbəsi tərəfindən 2023-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi şəhadətləndirilmiş, öyrənilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar zərurət yarandığı üçün 26.10.2023-cü il tarixli 315 saylı göndərişlə Respublika Klinik Uroloji Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Tibbi müayinənin nəticəsi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Lənkəran rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Xaliq Soruşur Yazılma Tarixi:25.10.2023 07:51:35

Salam mən ayın necəsində gedrəm hərbi xidmətə zəhmət olmasa mən məlumat verin xayiş edərəm lazım gəlsə təzə dən kamisyə olsun hərbi xidmətə getmək isdyirəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz 1 iyun 2023-cü il tarixdə əlavə tibbi müayinəyə göndərildiyiniz Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təyin olunmuş diaqnoza uyğun olaraq, barənizdə qanunamüvafiq qərar qəbul edilməsi üçün 20 sentyabr 2023-cü il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Komissiyada tibbi şəhadətləndirmənin nəticələri Xidmətin qeydiyyatda olduğunuz Lerik rayon şöbəsinə daxil olduqdan sonra hərbi xidmətə yararlı olub-olmamağınıza dair müvafiq qərar qəbul ediləcəkdir.
Həsən Soruşur Yazılma Tarixi:25.10.2023 01:11:19

Valideynlərimdən biri - atam vəfat edib və hal-hazırda anam birinci dərəcəli əlildir. Özüm isə evin tək övladı olduğum üçün anama qəyyumluq edirəm. Azərbaycan Respublikasının Hərbi vəzifə və hərbi xidmət haqqında qanununun 19.1.1. (başqa övladı olmayan 1-ci dərəcə əlilliyi olan ata və yaxud ana) maddəsini rəhbər tutaraq müraciət edirəm ki, mənə hərbi xidmətdən möhlət hüququ veriləcək mi? Veriləcəyi təqdirdə möhlət hüququ nə qədər müddət olacaq deyə,məni tam ətraflı məlumatlandırasınız.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində başqa övladı olmayan I dərəcə əlilliyi olan ata, yaxud ana olan çağırışçılara verilir. Həmin qanunun 19.2-ci maddəsinə əsasən isə çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər. Əlavə olaraq bildiririk ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qeydiyyatda olduğunuz müvafiq struktur bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunarkən ailə vəziyyətinizin çağırışa möhlət verilməsinə əsas yaradan xüsusatları tam yoxlanılacaq və dəqiqləşdirilmiş məlumat əsasında barənizdə rayon (şəhər) çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.  
Hüseyn Soruşur Yazılma Tarixi:24.10.2023 16:57:42

Salam, bilmek isteyirem ki xarice çıxma barəsində Hərbi xidmət STOP qoyub mu mənə? Təşəkkürlər.

Qeyd etdiyiniz  məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xiidmətinin qeydiyyatda olduğunuz Xətai rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Nihad Soruşur Yazılma Tarixi:24.10.2023 12:41:57

Salam.Mən Təhsil alıram 2 cu kurs magistr təhsili və buna göre möhlet hüququ verilib.Sadəcə sualim ondan ibarətdir ki,ailədə 3 neferik anam, bacım və mən ,bacı 1-ci qrup əlildi və qəyyumluğu menim üzərimdədi.Anada 3 cü qrup əlildi.Bu halda nece olacaq o haqda məlumat vererdiniz zəhmət olmasa.Hal hazırdada işdəmək üçün şəraiti olan şəxsdə mənəm.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.5-ci maddəsinin tələblərinə əsasən himayəsində I dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.  
Nihad Soruşur Yazılma Tarixi:24.10.2023 12:40:42

Salam.Mən Təhsil alıram 2 cu kurs magistr təhsili və buna göre möhlet hüququ verilib.Sadəcə sualim ondan ibarətdir ki,ailədə 3 neferik anam, bacım və mən ,bacı 1-ci qrup əlildi və qəyyumluğu menim üzərimdədi.Anada 3 cü qrup əlildi.Bu halda nece olacaq o haqda məlumat vererdiniz zəhmət olmasa.Hal hazırdada işdəmək üçün şəraiti olan şəxsdə mənəm.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.5-ci maddəsinin tələblərinə əsasən himayəsində I dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.  
Dilqəm Soruşur Yazılma Tarixi:24.10.2023 10:30:03

Salam mən oktyabr ayı üzrə çağrışçıyam ancaq hara və hansı hərbi hissəyə düşdüyüm barədə nə sms nə də burda saytda adım yoxdu. Məlumat verə bilərsiz zəhmət olmasa?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Ağazadə Dilqəm Nəsib oğlu 2023-cü ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təyin olunmuşdur. Çağırışçı 27.10.2023-cü il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir.
Vüsal Soruşur Yazılma Tarixi:23.10.2023 13:13:05

Salam Hərbi xidmətə gedib getməməyibmi necə öyrənə bilərəm

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Siz barənizdə yekun qərarın verilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Tibbi şəhadətləndirmə nəticələrinizə Mərkəzi hərbi həkim komissiyasında baxıldıqdan sonra hərbi xidmətə yararlılığınıza dair qanunamüvafiq qərar qəbul olunacaqdır. Bununla bağlı Siz Xidmətin hərbi qeydiyyatda olduğunuz Füzuli rayon şöbəsi tərəfindən məlumatlandırılacaqsınız.
Elsun Soruşur Yazılma Tarixi:23.10.2023 12:01:32

Salam mən oktyabr çağırışcısıyam mənə sms gelmeyib və düşdüyüm yer baresinde məlumat yoxdur

Bildiririk ki, Məmmədov Elsun Ələstan oğlu 2023-cü ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təyin olunmuşdur. Çağırışçı 27.10.2023-cü il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir.
Cədvəldə sətir sayı :13811