Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmir Soruşur Yazılma Tarixi:30.03.2014 18:34:30

Salam mene mualice ucun mohlet verilmiwdi men mualicemi bitirdikden sonra herbi hisseye erize ile muraciet etdim meni muayineye gonderdiler ve butun yoxlamalardan kecdikden sonra cagris vereqi verdiler indi ise sitahida adim cixmayib mene deyirler yeniden yoxlamaya gobdereceyik cagris vereqi verdikden sonra bu ne derecede duzgundur?

Siz qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən tam tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:30.03.2014 18:22:43

Salam. Mənim ayağımda yastıdabanlıq var. 5-10 dəq ayaq üstə qalanda ayaqlarım ağrayır. Bir az çox məsafə yeriyəndə ayağım (dabanım) və eləcə də dizlərim ağrayır. Bilmək istərdim ki mən hərbi xidmətə yararlıyam mı? Mən eşitmişdim ki, yastıdabanlılıq olanda hərbi xidmətə yararsız hesab olunur. Bu doğrudumu? Əgər doğrudusa prosesi izah edərdiniz. Əvvəlcədən təşəkkürlər.

Yastıayaqlıq və ayağın deformasiyaları xəstəliyinin dərəcəsindən, yaratdığı fəsadlardan (ekzostoz, osteoartroz və s.) və orqanların funksiyalarının pozulmasından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin müvafiq bəndinin tədbiq edilməsi ilə şəhadətləndirilirlər.
Mahiyeddin Soruşur Yazılma Tarixi:30.03.2014 17:53:33

mn 100 sayli herbi hisse harada yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
elman Soruşur Yazılma Tarixi:30.03.2014 17:46:48

ayin 8-ne esgerliye cagiriblar meni men hara dusmuwsem nece oyrene bilerem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində saytın "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur
Orxan Soruşur Yazılma Tarixi:30.03.2014 17:38:44

Salam 051 - ci hərbi hissə harada yerləşir ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
NAHID Soruşur Yazılma Tarixi:30.03.2014 16:03:45

MEN HARA DUWMUWEM BILMEK OLARMI ADIM YUNISLI NAHID RAFIQ

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində saytın "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur
Babək Soruşur Yazılma Tarixi:30.03.2014 14:56:24

Salam bilmek isterdim DSX ya dusmusem hansi rayonda xidmet ede bilerem

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsyə olunur.
ayka Soruşur Yazılma Tarixi:30.03.2014 14:10:37

Nazirlik , xidmət və ya qoşun növü : 193\nHərbi hissənin nömrəsi :MN\n haqqinda m'lumat almaq isteyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
novruz Soruşur Yazılma Tarixi:30.03.2014 13:39:45

Salam. Nazirlik,xidmeti ve quru qoşları 100\nHerbi hisenin nömresi MN \n Men hansi herbi hisiye düşmüşem

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
tofiq memmedov Soruşur Yazılma Tarixi:30.03.2014 11:39:19

salam men 20 aprel 1996ci ilde anadan olmusham.lakin meni 2 aprel herbi xidmete cagirirlar yeni yashim tamam olmamish.burada ne ise sehvlik ola biler?

Tibbi şəhadətləndirilməyə dair və digər sənədlərin dəqiqləşdirilməsi məqsədilə çağırışçılara 02 aprel 2014-cü il tarixdə çağırış vərəqəsi verilir. Siz 02 aprel 2014-cü il tarixdən sonra xidmət yerinə göndəriləcəksiniz.
Cədvəldə sətir sayı :14890