Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Ülvü Soruşur Yazılma Tarixi:11.04.2026 22:22:09

Salam.Mənim atam rəhmətə gedib.Bacım ailəlidir.Evdə bir anam birdə mənəm.Həqiqi hərbi xidmətdə olmuşam.Hazırda 27 yaşım var.Məni 14 günlük səfərbərliyə çağırıblar.Getməkdən imtina edə bilərəm?

Sizin hərbi təlim toplanışlarından azad edilməyinizlə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – Xidmət) daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanununun 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Həmin Qanunun 45.2.1-ci maddəsinə əsasən birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 1 ayadək müddətə on dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə on dəfəyədək, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla bilərlər. Qanunun 46.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər toplanışlar keçməkdən azad edilirlər: – hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində; – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər; – müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar (bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş hallar); – qadın hərbi vəzifəlilər; – mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti; – dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla);– əyani təhsilalma forması üzrə – təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə – semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında); – qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar. Tibbi şəhadətləndirilmə və öyrənilmə zamanı sizin toplanışlar keçməkdən azad edilməyiniz üçün sözügedən Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunduğu halda barənizdə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur qurumu tərəfindən müvafiq qərar qəbul ediləcəkdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 606.3-cü maddəsinin tələblərinə uyğun olaraq, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Nəzərə almağınız xahiş olunur. Qeyd: Eyni zamanda bildiririk ki, “myGov” platforması vasitəsilə hərbi qeydiyyat məlumatlarınızla tanış ola, həmçinin müraciətlərinizi elektron qaydada təqdim edə bilərsiniz. Müraciətlərinizin daha operativ cavablandırılması üçün platforma üzərindən müraciət etməyiniz tövsiyə olunur.
Sədi Soruşur Yazılma Tarixi:04.01.2026 11:36:34

Hansı hərbi hissəyə düşdüyüm çıxmır

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2026-cı ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
Amar Soruşur Yazılma Tarixi:26.12.2025 20:53:21

Əsgərlikdə hara düşdüyüm haqqda məlumat almağ isdiyirəm.

Səxavət Soruşur Yazılma Tarixi:26.12.2025 20:32:56

931 saylı hərbi hissə harda yerləşir?

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.12- ci maddəsini nəzərə alaraq bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.5-ci maddəsinə uyğun olaraq, hərbi hissələrin dislokasiyası haqqında məlumat dövlət sirri təşkil edən məlumatlara aid edildiyi üçün müraciətinizin mahiyyəti üzrə cavablandırılması mümkün hesab edilmir.
İsmayıl Soruşur Yazılma Tarixi:26.12.2025 17:41:46

Hara düşmüşəm ?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2026-cı ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
Fərhad Soruşur Yazılma Tarixi:27.10.2025 16:19:14

2ci dərəcəli deforimasiyali yasti pəncə hərbi təlimə yararlidir?

Sizin hərbi təlim toplanışına çağırılmağınızla bağlı ünvanladığınız müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Həmin Qanununun 46-ci maddəsinin tələblərinə əsas verən səbəblər olduqda hərbi vəzifəlilər toplanışlardan azad edilirlər. Qeyd edilməlidir ki, səhhətinizlə bağlı etdiyiniz müraciətə əsasən Xidmətin Ağstafa rayon şöbəsi təərfindən “Ağstafa rayon Mərkəzi Xəstəxanası” PHŞ-də müayinə edilməyiniz üçün Sizə 22 oktyabr 2025-ci il tarixli 114 nömrəli göndəriş verilmiş və həmin tibb müəssisəsindən daxil olmuş 24 oktyabr 2025-ci il tarixli 757 nömrəli “Səhhətin müayinə edilməsi” aktı əsasında rayon (şəhər) Hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61 ç maddəsinin I qrafasına uyğun olaraq hərbi xidmətə yararlı hesab edilmisiniz. Nəzərə almağınız xahiş olunur. 
Elman Soruşur Yazılma Tarixi:07.10.2025 01:29:27

Salam əvvəlcə salamlayıram sizi,Mənim sualım odur ki mənim həqiqi hərbi xidmət edəcəyim yer hələ də məlum deyil,yerlər nə vaxta qədər çıxacaq?Yəni Oktyabr ayı üzrə 1 oktyabr və 30 oktyabr arasın da olan tarixlər nə vaxt dəqiq hamısın yeri çıxacaq

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
Elman Soruşur Yazılma Tarixi:07.10.2025 01:28:35

Salam əvvəlcə salamlayıram sizi,Mənim sualım odur ki mənim həqiqi hərbi xidmət edəcəyim yer hələ də məlum deyil,yerlər nə vaxta qədər çıxacaq?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
Həsən Soruşur Yazılma Tarixi:30.09.2025 21:07:10

Hansı rayona düşmüşəm

Amin Soruşur Yazılma Tarixi:30.09.2025 19:40:36

Hərbi xidmətə olacağm yer

Cədvəldə sətir sayı :14891