Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmdar Soruşur Yazılma Tarixi:02.04.2025 15:17:17

Bilmək istəyirdim ki, gözün hər biri -4.25 və -4.5 qarışıq astiqmatizm təşkil etdikdə, hərbi xidmətə yararlılıq ilə bağlı qərar nə olacaq?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, çağırışçıların “Refraksiyanın və akkomodasiyanın pozulmaları” üzrə şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli          59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 33-cü maddəsinin I qrafasının tələblərinə əsasən aparılır. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə, bölmə) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon hərbi həkim komissiyası tərəfindən qanunamüvafiq qərar qəbul olunacaqdır.  
Ramil Soruşur Yazılma Tarixi:02.04.2025 12:34:46

Mənim oglum hansı qoşun növünə düşüb onu bilmək istəyirəm

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
Qəhrəman Soruşur Yazılma Tarixi:02.04.2025 11:49:30

Salam.sualıma zəhmət olmasa cavab verəsiniz. Sağlamlıqla bağlı hərbi xidmətə yararsız hesab edilmişəm. Möhlətim dolduğu üçün yenidən komissiyadan keçmişəm cavablarımı ögrənmək istəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, eyniməzmunlu müraciətinizə baxılaraq nəticəsi haqqında Sizə      04.04.2025-ci il tarixdə cavab verilmişdir.    
Ramin Soruşur Yazılma Tarixi:02.04.2025 11:08:48

Salam, 10 dəfə yazmışam hələ cavab verməmisiniz, yekun nəticəni öyrənmək istəyirəm


Müəyyən edilmişdir ki, sağlamlıq vəziyyətinə görə verilmiş möhlət hüququ bitdiyi üçün Siz 2025-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinə əlavə müayinəyə göndərilmisiniz.
Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. 
Bu barədə Sizə Xidmətin Naxçıvan şəhər idarəsi tərəfindən məlumat veriləcəkdir.

Nəbi Soruşur Yazılma Tarixi:02.04.2025 10:50:45

Salam. Mən fevral ayında Reabilitasiya Agentliyində yoxlanışdan keçmişəm. Nəticə barədə məlumat verə bilərsiniz?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Yevlax rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi müayinəyə cəlb olunmuş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz.         Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli               59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Sədail Soruşur Yazılma Tarixi:02.04.2025 10:30:30

Salam mən fevralın 11 de hərbi kamisiyadan keçmişəm amma hele cavab yoxdu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, eyniməzmunlu müraciətinizə baxılaraq nəticəsi haqqında Sizə 04.04.2025-ci il tarixdə cavab verilmişdir.
Mütalib Soruşur Yazılma Tarixi:02.04.2025 03:53:32

Salam. Fevral ayından tibbi müayinələrdən keçirilməsinə baxmayaraq, tibbi müayinə cavabları barədə niyə məlumat yoxdur?

:    Bildirilir ki, Kasumov Mütalib Arif oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin ilkin hərbi qeydiyyata alınma komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş və səhhəti ilə bağlı Sabunçu Tibb Mərkəzinə, Binəqədi Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmişdir. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq, ilkin hərbi qeydiyyata alınma komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. M.Kasumovun ilkin hərbi qeydiyyat vəsiqəsi ilə təmin olunması üçün Xidmətin Nəsimi rayon idarəsinə müraciət etməsi məqsədəuyğundur.  
Ayaz Soruşur Yazılma Tarixi:01.04.2025 20:59:01

Salam, həkim yoxlanışlarının cavabını öyrənmək istəyirəm, bununla bağlı yekun nə qərar verilib?

Müəyyən edilmişdir ki, Siz növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək                  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon hərbi-həkim komissiyası tərəfindən 06.03.2025-ci il tarixdə Sabunçu Tibb Mərkəzinə                 və Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                   I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildirilir ki, Siz 14.04.2025-ci il tarixdə “Laparoskopik xolesistektomiya” əməliyyatı olunmağınız ilə bağlı çıxarış epikrizi təqdim etdiyiniz üçün Xidmətin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən əlavə tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Ramin Soruşur Yazılma Tarixi:01.04.2025 15:39:00

Salam, aprel çağırışçısıyam. Nəticələrimi göndərmişəm. Hələdə cavab gəlməyib yararlıyam ya yox. Xahiş edirəm geri dönüş edəsiniz

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Cəbrayıl rayon şöbəsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı səhiyyə müəssisəsinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Sizin 2025-ci ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur.
İlkin Soruşur Yazılma Tarixi:01.04.2025 14:15:01

Salam mən bütün yoxlanislardan keçmisem sağlam tər təmiz çixib aprel çagirisi üçün bakida mirqasimov adina xestexanaya gönderildim böyreyimle bağli elave müayineye oradada muayine neticesi temiz çixdi bilmek isterdimki esas diaqnozum yastipencelikle xidmete gedecem çagiris vereqem verilecekmi ve hansi prizive düsecem aprel yoxsa iyul? Zehmet olmasa cavablandirardiniz defelerle sizə yazmisam bu barede ama geri dönüş olumayıb artıq derecede xaiş edirem cavablayardınız

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin yekun tibbi müayinəniz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra barənizdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14804