Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Soruşur Yazılma Tarixi:10.04.2025 15:49:18

Salam mən 11.03.2025 ci il tarixində Sabunçu tibb mərkəzində tibbi müayinədən keçmişəm.Hərbi xidmətə yararlı və ya yararsız olduğum haqda məlumat əldə etmək istəyirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və dövlət səhiyyə müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrindən daxil olan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elşən Soruşur Yazılma Tarixi:09.04.2025 21:51:51

Salam mən hərbi xidmətdə olmuşam amma hərbi biletimə 51c və 80ç 3cu məhdud yararlı yazıblar indi heç bir yerə işə götürmürlər necə edə bilərəm

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan vətəndaşların tibbi şəhadətləndirilməsi 5 (beş) ildən bir keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi xidmətə yararlılıq kateqoriyası dəyişdirildiyi halda hərbi biletində xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər aparılacaq.
Anar Soruşur Yazılma Tarixi:09.04.2025 20:51:37

Salam. 20 yaşım var, bakalavr dərəcəsinin sonuncu kurs tələbəsiyəm. 2018 2022 ci illərdə Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar kateqoriyasına aid müavinət alırdım. 2020 ci ildə ilkin hərbi qeydiyyatla bağlı yoxlanışa getdim. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqəmdə Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı m68c yazılıb. Sualım ondan ibarətdir ki, növbəti çağırışda hərbi xidmətə gedə biləcəm? Hərbi xidmətə yararlı sayılacam? Özüm hərbi xidmətə getmək istəyirəm.

Təkrar yoxlanışdan keçib müddətli həqiqi hərbi xidmətə göndərilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Odur ki, sağlam hesab olunduğunuzu təsdiq edən sənədlərlə hərbi qeydiyyatda olduğnuz Xidmətin strukturna daxil olan qrumuna müraciət etməyiniz tövsiyə olunur.
Hikmət Soruşur Yazılma Tarixi:09.04.2025 19:36:25

Salam mənə 3 ay möhlət verilmişdir müddət bitdi 29marta kamisiyadan yenidən keçdirim yenidən mənə möhlət verə bilərlər?.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququnuz bitdikdən sonra rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və dövlət səhiyyə müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrindən daxil olan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Yaşar Soruşur Yazılma Tarixi:09.04.2025 19:15:47

Aprel cagrsiscisiyam hara dusmusem?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Səməd Soruşur Yazılma Tarixi:09.04.2025 17:36:49

Salam Men Sabunçu Tibb Merkezi 2 sayli Dəri zohreviden kecmisem neticeleri oyrenmek isterdim

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı səhiyyə müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”larına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:09.04.2025 17:25:53

Salam. Mən çağırışçıyam. 4 aprel 2025-ci il tarixində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibbi şəhadətlənmədən keçmişəm. Agentlikdən bildirildi ki, nəticələrlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməliyəm. Xahiş edirəm, həmin şəhadətnamənin nəticələrinin nə zaman açıqlanacağı və ya necə öyrənə biləcəyim barədə məlumat verəsiniz.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır.  Müəyyən edilmişdir ki, Siz Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz.              Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin              I qrafasına əsasən “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Fərid Soruşur Yazılma Tarixi:09.04.2025 17:24:25

Salam. Xahiş edirem cavablandirin. Dişdə breket taxilanda esgerliye yararli sayılır ya mohlet verilir??

Bildirilir ki, “Həzm sistemi xəstəlikləri üzrə: Çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılara ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilirlər.  
Röyal Soruşur Yazılma Tarixi:09.04.2025 14:07:41

Salam, mən sağlamlığımla əlaqədər olaraq möhlətim var, 2016-2019, 2019-2022, 2022-2025 Aprel ayları idim həmişə. Lakin sonuncu möhlətimi gecikdirmişdilər, bununla bağlı şikayətimi də bildirmişdim. Möhlət hüququnun peçatını mənə 2022 də Aprel ayında yox İyun ayında vurmuşdular. Bilmək istərdim, çağırışım bu ay yəni Apreldə gələcək təkrar müainə üçün yoxsa?

Növbəti təkrar tibbi müayinənin vaxtının öyrənilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Müəyyən edilmişdir ki, Sizə səhhətinizlə əlaqədar 21.06.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Göstərilənləri nəzərə alaraq, səhhətinizə görə verilmiş möhlət müddəti bitdikdə təkrar tibbi müayinə olunmağınız üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinə müraciət etməyiniz zəruridir.
Pünhan Soruşur Yazılma Tarixi:09.04.2025 11:21:44

Salam son tibbi yoxlanışın nəticələrini bilmək istəyirəm 07.04.2025 dəfələrlə müraciət etmişəm cavab verilmir sualıma baxmağınızı xahiş edirəm

Müəyyən edilmişdir ki, 2025-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin                    hərbi həkim komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş və müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “hərbi xidmətə yararlı” hesab edilərək, 03.04.2025-ci il tarixdə Daxili Qoşunların hərbi hissəsinə təhvil verilmisiniz. Lakin Siz “Arterial hipertenziya. A/T 150/100 mm st” diaqnozu ilə hərbi hissədən geri qaytarılaraq, 04.04.2025-ci il tarixdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “hərbi xidmətə yararlı” hesab edilmisiniz. Sizin 2025-ci ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14896