Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Roman Soruşur Yazılma Tarixi:21.03.2025 20:51:41

Salam mən tibbi müayinəyə cəlb olunacam mı? DTSERA göndəriləcəm mi bildirin mənə?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Fərmayıl Soruşur Yazılma Tarixi:21.03.2025 19:48:56

HƏRBİ Xidmətdə hara düşmüşəm?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Surxay Soruşur Yazılma Tarixi:21.03.2025 19:42:04

Salam mən 18 yasim var mən nikodnu olacam ayağımın alti düzdü amma əsgər getmək və vətənimə xitmed etmək istəyirəm mən könüllü olsam məni əsgər aparlar ya başka yolla əsgər gedə bilərəm

Müəyyən edilmişdir ki, Siz 2025-ci ilin aprel çağırışına cəlb edilərək qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Goranboy rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Pəhlivan Soruşur Yazılma Tarixi:21.03.2025 15:39:57

Salam,bilmək istəyirdimki Xroniki prostatit əsgərliyə yararlıdır yoxsa yox?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, xroniki prostatiti olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının 66-cı maddəsinə əsasən funksiyanın pozulma dərəcəsindən asılı olaraq, şəhadətləndirilirlər. Əlavə olara bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğunuz halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Ramiz Soruşur Yazılma Tarixi:21.03.2025 13:28:56

Salam.Mənim oğlumda babasıl,anal çat və öd kisəsində Polip var 4ədəd. 4.2mm.3.8mm 3.6mm 4.mm hərbi xidmətə yararlidir?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olan müraciətə baxılmışdır.
Bildirilir ki, “Qan dövranı sistemi xəstəlikləri üzrə: babasil xəstəliyi olan çağırışçılara tibbi göstərişlərə görə cərrahi və ya konservativ müalicə təklif edilir. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, ikincili anemiyanın ifadə olunma dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olaraq, şəhadətləndirilmə “a”, “b” və ya “c” bəndi üzrə keçirilir.
“Həzm sistemi xəstəlikləri üzrə: öd kisəsində 3 (üç) və daha çox polipi olan (polipoz)” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. 

Mövlud Soruşur Yazılma Tarixi:21.03.2025 09:44:43

Salam, oğlumu hərbi xidmətə çağırıblar lakin həkim müayinəsində.Mitral qapağın tayları fibrozlu qalındır və mitral qapağın ön tayının 1ci dərcəli prolapsı,diaqnozu qoyulub.Hərbi xidmətə yararlı sayılırmı?Zəhmət olmasa cavablandırın.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli                59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən: “Mitral qapağın birinci dərəcəli prolapsı” diaqnozu təyin edilən çağırışçılar “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Sənan Soruşur Yazılma Tarixi:21.03.2025 02:09:06

Salam. Mən 11.03.2025 tarixində əlillərin bərpa mərkəzində yekun muayinədən keçmişəm. Cavabını bilmək istəyirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Yusif Soruşur Yazılma Tarixi:20.03.2025 21:12:04

Salam,Mənim Çəkim 122 Kq Boyum İsə 1.75 Mən İndi Hərbi Xidmətə Yararsızam? 6 Ay Möhlətdə Çəkim Yenə Eyni Olsa Yenə Yarasızam?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən “Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Əlavə olaraq bildiririk ki, möhlət müddətiniz bitdiyi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi şəhadətləndirilmək üçün müayinələrə cəlb olunmusunuz və müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin               I qrafasına əsasən qanunamüvafiq qərar veriləcəkdir.
Bünyamin Soruşur Yazılma Tarixi:20.03.2025 19:09:59

Mən bronxial astmaya görə hərbi xidmətə yararsız kimi qəbul olunmuşam. Aprel çağırışı ilə əlaqədar yenidən yoxlanıldım. Qan analizi, rentgen və allerqoloq tərəfindən aparılan müayinə zamanı xışıltı, spirometriya testində ağır boğulmalar müşahidə olunduğuna görə ağır astma keçirdiyim təsdiqləndi və komissiyadan keçdim. Həmin gün aktiv astmam var idi və inhalyator istifadə etməmişdim. Mən bilmək istərdim ki, normalda inhalyator və allergiyaya qarşı dərmanlardan istifadə etdiyim üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlanışa gəldikdə astma keçirmədiyim halda rəy nə əsasda veriləcək?

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş və səhhətiniz ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:20.03.2025 16:13:49

Salam dişde breket olanda herbiye yararsiz sayilir ya nece?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Həzm sistemi xəstəlikləri üzrə: Çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılara ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilirlər.
Cədvəldə sətir sayı :14804