Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:11.04.2025 03:27:48

Salam son müayinədədə(realiblitasiya) olmuşam nəticəsini bildirərdiz zəhmət olmasa

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Gənci Soruşur Yazılma Tarixi:10.04.2025 23:36:22

Xaiş edirəm Səfərbərlik elan olunsa əgər mənidə nəzərə alın hərkəsi təlimə çağırdılar məndən başqa Əgər səfərbərlik elan olunsa ilk başda məni çağırmağınızı xaiş edirəm Binəqədi Rayonu Vaynkamati

Sizin, səfərbərlik və hərbi təlim toplanışlarına cəlb edilməyinizlə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra-Xidmət) rəsmi elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən səfərbərliyin elan olunması aşağıdakı bəndlərə uyğun olaraq həyata keçirilir: - 3.1. Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik elan olunur; - 3.2. Səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal mediada, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda ölkəmizdə səfərbərlik elan olunmamışdır. Hərbi vəzifəlilərin hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli Qanununun 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 45.2.1-ci maddəsinə əsasən birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla bilərlər. Ehtiyatda olan vətəndaşların hərbi təlim toplanışlarına cəlb edilməsi müvafiq hərbi uçot ixtisaslarına uyğun olaraq hərbi qeydiyyatda olduqları Xidmətin strukturuna daxil olan qurumlar tərəfindən həyata keçirilir. Odur ki, zərurət yarandığı təqdirdə hərbi qeydiyyatda olduğunuz Xidmətin Binəqədi rayon idarəsi tərəfindən hərbi təlim toplanışlarına çağırılacaqsınız. 
Aqil Soruşur Yazılma Tarixi:10.04.2025 22:44:32

Salam 6 ay qabaq müayinədən keçdim və mənə yararsız olduğum halda hərbi xidmətə müvəqqəti yararsız yazıldı və 3 ay möhlət hüququ verildi indi isə yenidən yoxlanışa çağrılmışam indidə yenidən 3 ay möhlət hüququ verilə bilərmi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdiyi üçün Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq, barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun qərar qəbul ediləcəkdir. Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci bəndinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.    
Aqil Soruşur Yazılma Tarixi:10.04.2025 22:39:50

Salam. 2 ci dərəcə skalioz hərbi xidmətə yarasız hesab edilir?

Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
 Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.

Məhəmməd Soruşur Yazılma Tarixi:10.04.2025 15:49:18

Salam mən 11.03.2025 ci il tarixində Sabunçu tibb mərkəzində tibbi müayinədən keçmişəm.Hərbi xidmətə yararlı və ya yararsız olduğum haqda məlumat əldə etmək istəyirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və dövlət səhiyyə müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrindən daxil olan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elşən Soruşur Yazılma Tarixi:09.04.2025 21:51:51

Salam mən hərbi xidmətdə olmuşam amma hərbi biletimə 51c və 80ç 3cu məhdud yararlı yazıblar indi heç bir yerə işə götürmürlər necə edə bilərəm

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan vətəndaşların tibbi şəhadətləndirilməsi 5 (beş) ildən bir keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi xidmətə yararlılıq kateqoriyası dəyişdirildiyi halda hərbi biletində xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər aparılacaq.
Anar Soruşur Yazılma Tarixi:09.04.2025 20:51:37

Salam. 20 yaşım var, bakalavr dərəcəsinin sonuncu kurs tələbəsiyəm. 2018 2022 ci illərdə Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar kateqoriyasına aid müavinət alırdım. 2020 ci ildə ilkin hərbi qeydiyyatla bağlı yoxlanışa getdim. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqəmdə Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı m68c yazılıb. Sualım ondan ibarətdir ki, növbəti çağırışda hərbi xidmətə gedə biləcəm? Hərbi xidmətə yararlı sayılacam? Özüm hərbi xidmətə getmək istəyirəm.

Təkrar yoxlanışdan keçib müddətli həqiqi hərbi xidmətə göndərilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Odur ki, sağlam hesab olunduğunuzu təsdiq edən sənədlərlə hərbi qeydiyyatda olduğnuz Xidmətin strukturna daxil olan qrumuna müraciət etməyiniz tövsiyə olunur.
Hikmət Soruşur Yazılma Tarixi:09.04.2025 19:36:25

Salam mənə 3 ay möhlət verilmişdir müddət bitdi 29marta kamisiyadan yenidən keçdirim yenidən mənə möhlət verə bilərlər?.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququnuz bitdikdən sonra rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və dövlət səhiyyə müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrindən daxil olan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Yaşar Soruşur Yazılma Tarixi:09.04.2025 19:15:47

Aprel cagrsiscisiyam hara dusmusem?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Səməd Soruşur Yazılma Tarixi:09.04.2025 17:36:49

Salam Men Sabunçu Tibb Merkezi 2 sayli Dəri zohreviden kecmisem neticeleri oyrenmek isterdim

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı səhiyyə müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”larına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14890