Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ÖMƏR Soruşur Yazılma Tarixi:23.03.2025 10:04:58

Salam mən yekun tibbi muayinənin cavabını öyrənmək istəyirdim.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Gədəbəy rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək, 01.04.2025-ci il tarixdə təyin olunduğunuz hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz.
Hümbət Soruşur Yazılma Tarixi:23.03.2025 02:20:23

Salam. Mən ferval ayında yekun tibbi müayinədən keçdim. Cavabımı öyrənmək istəyirəm

Bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən 2025-ci ilin yanvar çağırışına cəlb edilərək əlavə müayinəyə göndərildiyiniz dövlət səhiyyə müəssisəsində təyin olunmuş diaqnoza uyğun olaraq 17.02.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci            il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Heybət Soruşur Yazılma Tarixi:23.03.2025 02:02:56

Salam yekun tibbi müayinənin cavabını bilmək istəyirdim. Qeyd edimki fevral ayinda göz zeifliyi ve qasıq yırtığından müayinədən keçmişəm.

Bildiririk ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.
Asena Soruşur Yazılma Tarixi:22.03.2025 22:14:04

Salam. Qadınların vəzifəsindən asılı olmayaraq hərbi bilet əldə etməsi mümkündürmü? Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm. Təşəkkür edirəm.

Qadınların hərbi biletlə təmin olunmasının mümkünlüyünə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  3.4-cü maddəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər.  Həmin Qanunun 28.6-cı maddəsinə əsasən, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara hərbi bilet verilir.  
Sərvan Soruşur Yazılma Tarixi:22.03.2025 14:02:17

Salam mən örgənmək istəyirəm mən Hərbi xidmətə yararlıyam ya yox

Müəyyən edilmişdir ki Sizin möhlət müddətiniz bitdiyi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Müayinələriniz tam yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Tovuz rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Aysel Soruşur Yazılma Tarixi:22.03.2025 13:14:45

Men 2023cu ilin oktyabr ayinda muqavilem bitdiyi ucun artirmadim ve ehtiyata buraxilmisam.Men nece oyrene bilerem hansi madde ile texris olunmusam

Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma səbəbinizin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.             Bildiririk ki, müraciətinizdə qeydiyyat ünvanınızı və doğum tarixinizi (gün, ay və il) qeyd etmədiyiniz üçün sözügedən məsələyə aydınlıq gətirilməsi mümkün deyildir.
Fizuli Soruşur Yazılma Tarixi:22.03.2025 10:52:00

Salam .mən fevral ayının 17si yoxlanışdan keçmişəm cavablar haqda məlumat almaq istəyirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Xaçmaz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin             I qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
Səbuhi Soruşur Yazılma Tarixi:22.03.2025 02:39:55

Aprelin 4 ne cagiris gelib hara dusduyumuz nevaxt bilinecek?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Orxan Soruşur Yazılma Tarixi:22.03.2025 01:28:16

Salam.Mən Orxan Həsənov Rəşad oğlu. 4-cü kurs tələbəsiyəm. Keçirtdiyim qəzadan sonra qolum tez-tez çıxır.İdman edə bilmirəm.Ağır çəki qaldıra bilmirəm.Əlavə olaraqda ki Taxakardiadan əziyyət çəkirəm.Bilmək istəyirdim ki mən hərbiyə yararlıyam yoxsa necə?Xahiş edirəm cavablandırardınız

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət                    olub-olmamasından asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.
Süleyman Soruşur Yazılma Tarixi:22.03.2025 01:17:55

Salam. Mən daha öncə skalioza görə hərbi xidmətdən 3 illik möhlət almışam, möhlətimin vaxtı 2024 iyul ayında bitib, və avqustdan etibarən yoxlanışlara cəlb olunmuşam, məndə bir neçə problem aşkarlandı yoxlanışda lakin 2 ci yoxlanışdan tam əksi rəy verildi, Xətai rayon idarəsi isə yaxın günlərdə çağırıb mənə hərbi xidmətə yararlı hesab olunub apreldə xidmətə yola düşəcəyimi bildirdilər, zəhmət olmasa mənə verilən yekun qərar haqqda məlumat verə bilərsiz?

Bildirilir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş və aidiyyəti üzrə dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlı” hesab edilmisiniz. Sizin 2025-ci ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14804