Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ayaz Soruşur Yazılma Tarixi:01.04.2025 20:59:01

Salam, həkim yoxlanışlarının cavabını öyrənmək istəyirəm, bununla bağlı yekun nə qərar verilib?

Müəyyən edilmişdir ki, Siz növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək                  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon hərbi-həkim komissiyası tərəfindən 06.03.2025-ci il tarixdə Sabunçu Tibb Mərkəzinə                 və Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                   I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildirilir ki, Siz 14.04.2025-ci il tarixdə “Laparoskopik xolesistektomiya” əməliyyatı olunmağınız ilə bağlı çıxarış epikrizi təqdim etdiyiniz üçün Xidmətin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən əlavə tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Ramin Soruşur Yazılma Tarixi:01.04.2025 15:39:00

Salam, aprel çağırışçısıyam. Nəticələrimi göndərmişəm. Hələdə cavab gəlməyib yararlıyam ya yox. Xahiş edirəm geri dönüş edəsiniz

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Cəbrayıl rayon şöbəsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı səhiyyə müəssisəsinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Sizin 2025-ci ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur.
İlkin Soruşur Yazılma Tarixi:01.04.2025 14:15:01

Salam mən bütün yoxlanislardan keçmisem sağlam tər təmiz çixib aprel çagirisi üçün bakida mirqasimov adina xestexanaya gönderildim böyreyimle bağli elave müayineye oradada muayine neticesi temiz çixdi bilmek isterdimki esas diaqnozum yastipencelikle xidmete gedecem çagiris vereqem verilecekmi ve hansi prizive düsecem aprel yoxsa iyul? Zehmet olmasa cavablandirardiniz defelerle sizə yazmisam bu barede ama geri dönüş olumayıb artıq derecede xaiş edirem cavablayardınız

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin yekun tibbi müayinəniz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra barənizdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Adəm Soruşur Yazılma Tarixi:01.04.2025 12:45:01

Salam. Mən Quba rayonunda oluram. Hər 3 ildən biri komissiyadan keçmişəm, Travmatologiya İnstitutu mənə hər dəfə ayğımda olan 3cü dərəcəli yastıpəncəliyə görə barəmdə yararsız qərarı verib. Sonuncu dəfə DTSER-a mənə yararlı qərarı verib. Mən bundan sonra yenidən özüm Travmatologiya İnstitutunda müstəqil şəkildə müayinə olundum və mənə yenidən 3cü dərəcəli yastıpəncəlik diaqnozu təyin olunub. Mənə çox maraqlıdır ki necə olur Travmatologiya İnstitutu mənə yararsız qərarı verir. Dtsera isə yararlı qərarı verir. Xahiş edirəm əgər mümkünsə məni özünüz digər iasədiyiniz yerdə yoxladıb qərar verin.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, Siz verilmiş qərarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququna maliksiniz.
Famil Soruşur Yazılma Tarixi:01.04.2025 04:31:20

Salam.Mən Məhərrəmov Famil Zaur oğlu, ilkin hərbi qeydiyyata alındığım zaman hərbi kommisarlıqda tibbi yoxlanışda tam yoxlanılmadan yararlı yazılıb və mən 01.07.2026 cı ildə çağırışçıyam.Kommisarlığın müayinəsindən sonra ciddi xəstəliklərim yaranıb yenidən kommisarlıqda yararlı olub olmamağım üçün tibbi müayinə etmələri üçün müraciət edə bilərəm proses necədir ?

Təhsilə görə verilmiş möhlət hüququnuz bitdikdən sonra, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən çağırışa cəlb ediləcək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır. Bildirilir ki, çağırışa cəlb olunacaq zaman səhhətiniz ilə bağlı tibbi sənədləri Xidmətin Xətai rayon idarəsinə təqdim edə bilərsiniz.
Məhəmməd Soruşur Yazılma Tarixi:31.03.2025 23:00:59

Salam neticelerimi oyrenmek isteyirdim

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmiş və 02.04.2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz.
Fəraməz Soruşur Yazılma Tarixi:31.03.2025 22:55:33

Hepatit c xəstəsini hərbi xidmətə çağırılirmı?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, çağırışçıların “Yoluxucu və parazitar xəstəliklər üzrə: hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları” diaqnozu ilə şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I maddəsinin              I qrafasının tələblərinə əsasən aparılır. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə, bölmə) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon hərbi həkim komissiyası tərəfindən qanunamüvafiq qərar qəbul olunacaqdır.
Elməddin Soruşur Yazılma Tarixi:31.03.2025 21:53:37

Yazib size bildiriremki ehtiyatda olan herbi qulluqcuyam 2ci Qarabag muharibesi qazisiyem sualim olmayacag muracietim olacag sizlere .Muraciet ediremki son zamanlar aprel ayinda muharibe olacagi bildirilir eger bu hal bas vererse bir ehtiyyatda olan XUSUSİ TEYİNANTLİ ve ermeni dili bilen herbi qullugcu kimi doyus movqeyinde ozumi gormekden şeref duyaram.Tesekkurler?

Sizin, müharibə dövrü hərbi əməliyyatlara cəlb edilmək istəyinizlə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən səfərbərliyin elan olunması aşağıdakı bəndlərə uyğun olaraq həyata keçirilir: -  3.1. Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik elan olunur; -  3.2. Səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal mediada, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.         Həmin qanunun 14-cü maddəsinin aşağıdakı bəndlərində qeyd edilir.         14.1. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq həyata keçirilir. 14.2. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar. 14.3. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər. Nəzərinizə çatdırırıq ki, hal-hazırda ölkəmizdə səfərbərlik elan olunmamışdır. Qanunla müəyyən edilmiş vəzifə kimi Vətəni qorumağı özünüzə mənəvi borc bildiyiniz üçün Sizə təşəkkür edirik!
Təmkin Soruşur Yazılma Tarixi:31.03.2025 19:30:16

Salam bir ayaqda 3-cu derece yastipencelik diger ayaqda 2-ci derece herbi xidmete yararlidir?

Bildiririk ki, “Yastıayaqlılıq və ayağın digər deformasiyaları” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin      61-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Fuad Soruşur Yazılma Tarixi:31.03.2025 10:44:57

Menim 31 yasim var.Kecen il oktyabr ayinda mene herbi komissarliqdan bildirmisdiler ki,dtsera dan muayineden kecmek ucun sms gelecek.Hele indiyedek hec bir sms gelmeyib.Bilmek isteyirdim ki,men 31 yasim olduguna gore bir daha muayineye cagrilmayacam.Eger cagrilmayacamsa herbi biletde ne ise yazilmalidir?

Sizin 31 yaşınız olduğu üçün növbəti tibbi müayinəyə cəlb olunubolunmayacağınıza (hərbi biletinizdə müvafiq qeydlərin aparılıb-aparılmayacağına) dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra Xidmət) daxil olmuş elektron müraciətinizə baxılmışdır. Xidmətin Bakı şəhəri Xəzər rayon idarəsində olan hərbi qeydiyyat sənədlərinizə əsasən, sonuncu dəfə 23.06.2021-ci il tarixdə tibbi müayinəyə cəlb olunmağınız və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 66 “c” maddəsinin I qrafasına əsasən “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edildiyiniz məlum olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar yalnız 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Mövcud qanunvericilikdə 30 yaşı tamam olmuş şəxslərin növbəti təkrar tibbi müayinəyə cəlb olunmaları nəzərdə tutulmur.
Cədvəldə sətir sayı :14897