Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Mirəli Soruşur Yazılma Tarixi:31.03.2025 02:00:51

Salam.Men 17 noyabr tarixinde Xətai rayonu komissiyasından keçmişəm və döş qəfəsi deformasiyası ilə əlaqədar Sabunçu tibb mərkəzinə yönləndirilmişəm.Orda nəticənin online Səfərbərliyə göndəriləcəyini qeyd etdilər.Lakin mənə yekun nəticə ilə bağlı məlumat verilməyib.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi müayinələrə cəlb olunmuş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələriniz yekunlaşdıqdan sonra barənizdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Şaban Soruşur Yazılma Tarixi:31.03.2025 00:13:19

Salam. Təxmini 1 ay əvvəl Sosialda tibbi yoxlanışdan keçmişəm. Yoxlanışın nəticəsini, hərbi xidmətə yararlı olub olmamağımı necə öyrənmək olar?

 Bildirilir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.  
Yusif Soruşur Yazılma Tarixi:28.03.2025 19:10:57

Hara düşmüşəm

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Telman Soruşur Yazılma Tarixi:28.03.2025 15:44:23

Mən aprel çağrışçısıyam,amma nə 9100-a göndərdiyim mesajda, nə də ki, sizin saytda cavab ala bilmirəm.Hara düşməyimlə bağlı heç bir məlumat yoxdu. Yazılır ki,şəxsiyyət vəsiqəsinə uyğun çağırışçı yoxdur.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Murad Soruşur Yazılma Tarixi:28.03.2025 13:30:20

Salam Zərifə Əliyevada yoxlanışdan keçdim nəticəni öyrənmək istəyirəm və bçi 15dir məndə möhlət düşür?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.            Müəyyən edilmişdir ki, Siz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və əlavə müayinəyə göndərilmisiniz.            Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli  59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasına əsasən sağlamlıq vəziyyətinə görə 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.    
Nurxan Soruşur Yazılma Tarixi:28.03.2025 02:47:13

Hara düşdüyümü öyrənmək istəyirəm, lakin, məlumatlarımı sistem tanımır. Mən hara müraciət etməliyəm?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Əlövsət Soruşur Yazılma Tarixi:28.03.2025 00:41:59

Aprel priziviyəm ayın 1 hara düşdüyümü necə öyrənə bilərəm

Ayxan Soruşur Yazılma Tarixi:27.03.2025 23:27:50

Salam, axrıncı dəfə yoxlanışlardan keçmişdim, hazırki nəticəni bilmək istəyirdim

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi müayinələrə cəlb olunmuş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələriniz yekunlaşdıqdan sonra barənizdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Emil Soruşur Yazılma Tarixi:27.03.2025 22:53:55

Salam mənim 3 illik möhlətim var idi bu il tamam oldu aprel prizivində çağırılmalı idim amma cagirilmadi hekim komissiyasına ne vaxt çağırılacam?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə baxılmışdır.          Bildiririk ki, Siz hərbi qeydiyyatda olduğunuz Xidmətin Ağstafa rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi müayinələrə cəlb olunmuş və müayinələriniz yekunlaşdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, möhlət müddətiniz 11.04.2025-ci il tarixdə bitdiyi üçün Xidmətin Ağstafa rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən yenidən tibbi müayinələrə cəlb olunacaq və müayinələriniz yekunlaşdıqdan sonra barənizdə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar veriləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:27.03.2025 21:18:57

Salam,mən 15 ildir ki asma xəstəliyindən əziyyət çəkirəm (mütəmadi dərman qəbul etmədikdə kəskinləşmə və boğulma baş verir).Üstəlik anadangəlmə birləşdirici toxumanın sistem xəstəliyi var və sol diz oynağım tam olaraq açılmır.Bununla əlaqədar da sol ayağım sağ ayağımdan kiçikdir.Mən səfərbərlik üçün yararlı sayılıram mı?

Bildirilir ki, astma xəstəliyi üzrə şəhadətləndirilmə aparılarkən vətəndaşın əvvəllər keçirdiyi və yalnız ixtisaslaşmış səhiyyə müəssələrindən əldə olunan çıxarışlarda (stasionar xəstənin tibb kartasından çıxarış) diaqnozu göstərməklə sübut olunan xəstəlikləri əsas götürülür. Son 3 il ərzində astma tutması halının olması barədə diaqnozun tam əsaslandırılmadığı hallarda çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 48 “ç” maddəsinin I qrafasının tələblərinə əsasən “Sıradankənar hərbi xidmətə yararlı” hesab edilirlər. Çağırışçıların “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə” tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57-63-cü maddələrinə əsasən aparılır. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.    
Cədvəldə sətir sayı :14897