Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurlan Soruşur Yazılma Tarixi:24.03.2025 16:16:48

Aprel 1 priziviyəm hara düşəcəyimi bilmək isdəyirəm

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Fərid Soruşur Yazılma Tarixi:24.03.2025 15:56:05

Salam mene Qastro-ezofageal reflyuks xəstəliyi diaqnozu qoyulub bilmek isteyirem yararli sayiliram ya yararsiz?

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş və səhhətiniz ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                   I qrafasının tələblərinə əsasən “A-4 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilmisiniz. Sizin 2025-ci ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur.
Vüqar Soruşur Yazılma Tarixi:24.03.2025 13:14:15

Salam. Mən təhsilə görə möhlət hüquqlu çağırışçıyam və yaxıngörümə (miopiya) xəstəliyim vardır. Sağ gözüm -7.25 DPTR, Sol gözüm -6.50 DPTR olaraq müəyyənləşib. Bilmək istyirəm ki, hərbi xidmətə yararlı hesab edilirəm, yoxsa yox?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli      59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edilir.
Fərid Soruşur Yazılma Tarixi:24.03.2025 03:28:50

Salam. Mən Həmzətov Fərid Arif oğlu. 30.09.1996 Binəqədi ray. Hərbi vəziyyətim haqqında məlumat almaq istəyirdim

Hərbi xidmətə münasibətinizə dair məsələyə aydınlıq gətirilməsi barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Xidmətin Bakı şəhəri Binəqədi rayon idarəsində mövcud olan hərbi qeydiyyat sənədlərinizə əsasən, 09.08.2017-ci il tarixdə hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 58“b” və 60“b”  maddələrinin I qrafasına əsasən “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab olunaraq Binəqədi rayon çağırış komissiyasının qərarı ilə  müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmisiniz.            Məlum  olmuşdur ki, Siz növbəti təkrar tibbi müayinədən keçirilməyə cəlb olunaraq Xidmətin Bakı şəhəri Binəqədi rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən 03.04.2025-ci il tarixdə mütləq müayinələrdən keçməyiniz üçün 25 nömrəli şəhər poliklinikasına göndərilmisiniz. Tibbi müayinələrin nəticəsinə uyğun olaraq barənizdə müvafiq qərar qəbul ediləcəkdir.
Validə Soruşur Yazılma Tarixi:23.03.2025 18:05:24

Salam. Mən tibb bacısı üzrə mülki ixtisasım olub və mənə ali təhsil aldığım dövrdə Bakıda hərbi bilet verilib. Mən onunla bağlı arayış ala bilərəmmi? Bunun üçün yaşadığım yerə, yoxsa verilən yerə müraciət etməliyəm?

Hərbi biletlə təmin olunmağınıza dair arayışın verilməsi barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, sözügedən arayışın verilməsi üçün şəxsiyyətinizi təsdiq edən sənədlə əvvəllər qeydiyyatda olduğunuz Xidmətin strukturuna daxil olan quruma müraciət etməyiniz tövsiyə olunur.
Muradəli Soruşur Yazılma Tarixi:23.03.2025 15:37:44

Salam mən Aprel priziviyəm harda xidmət edəcəyimi bilmək isdiyirəm

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.
Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.
Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.
Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.

ÖMƏR Soruşur Yazılma Tarixi:23.03.2025 10:04:58

Salam mən yekun tibbi muayinənin cavabını öyrənmək istəyirdim.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Gədəbəy rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək, 01.04.2025-ci il tarixdə təyin olunduğunuz hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz.
Hümbət Soruşur Yazılma Tarixi:23.03.2025 02:20:23

Salam. Mən ferval ayında yekun tibbi müayinədən keçdim. Cavabımı öyrənmək istəyirəm

Bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən 2025-ci ilin yanvar çağırışına cəlb edilərək əlavə müayinəyə göndərildiyiniz dövlət səhiyyə müəssisəsində təyin olunmuş diaqnoza uyğun olaraq 17.02.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci            il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Heybət Soruşur Yazılma Tarixi:23.03.2025 02:02:56

Salam yekun tibbi müayinənin cavabını bilmək istəyirdim. Qeyd edimki fevral ayinda göz zeifliyi ve qasıq yırtığından müayinədən keçmişəm.

Bildiririk ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.
Asena Soruşur Yazılma Tarixi:22.03.2025 22:14:04

Salam. Qadınların vəzifəsindən asılı olmayaraq hərbi bilet əldə etməsi mümkündürmü? Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm. Təşəkkür edirəm.

Qadınların hərbi biletlə təmin olunmasının mümkünlüyünə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  3.4-cü maddəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər.  Həmin Qanunun 28.6-cı maddəsinə əsasən, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara hərbi bilet verilir.  
Cədvəldə sətir sayı :14890