Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yusif Soruşur Yazılma Tarixi:20.03.2025 21:12:04

Salam,Mənim Çəkim 122 Kq Boyum İsə 1.75 Mən İndi Hərbi Xidmətə Yararsızam? 6 Ay Möhlətdə Çəkim Yenə Eyni Olsa Yenə Yarasızam?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən “Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Əlavə olaraq bildiririk ki, möhlət müddətiniz bitdiyi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi şəhadətləndirilmək üçün müayinələrə cəlb olunmusunuz və müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin               I qrafasına əsasən qanunamüvafiq qərar veriləcəkdir.
Bünyamin Soruşur Yazılma Tarixi:20.03.2025 19:09:59

Mən bronxial astmaya görə hərbi xidmətə yararsız kimi qəbul olunmuşam. Aprel çağırışı ilə əlaqədar yenidən yoxlanıldım. Qan analizi, rentgen və allerqoloq tərəfindən aparılan müayinə zamanı xışıltı, spirometriya testində ağır boğulmalar müşahidə olunduğuna görə ağır astma keçirdiyim təsdiqləndi və komissiyadan keçdim. Həmin gün aktiv astmam var idi və inhalyator istifadə etməmişdim. Mən bilmək istərdim ki, normalda inhalyator və allergiyaya qarşı dərmanlardan istifadə etdiyim üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlanışa gəldikdə astma keçirmədiyim halda rəy nə əsasda veriləcək?

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş və səhhətiniz ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:20.03.2025 16:13:49

Salam dişde breket olanda herbiye yararsiz sayilir ya nece?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Həzm sistemi xəstəlikləri üzrə: Çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılara ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilirlər.
Əliheydər Soruşur Yazılma Tarixi:20.03.2025 15:58:58

Salam, mən 19.03.2025 tarixində yekun tibbi müayinə üçün Sosial reabilitasiya mərkəzində oldum. Nəticəni öyrənmək istəyirdim

: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Ayaz Soruşur Yazılma Tarixi:20.03.2025 12:08:25

Öd kisəsində daş olan biri hərbi xidmətə yararlı hesab edilir yoxsa yararsız ?

Bildirilir ki, çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli        59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”ninI qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
Nahid Soruşur Yazılma Tarixi:20.03.2025 11:55:31

Mart ayının əvvəli bərpa mərkəzində yoxlanmışam. Nəticəni yaza bilərsiniz ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Mingəçevir şəhər şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisəsinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin             I qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Anar Soruşur Yazılma Tarixi:19.03.2025 23:43:47

Salam,mən 2022-2023 cü illər Daxili Qoşunlarda xidmətdə olmuşam.Ancağ 4 aydan sonra yəni 2023 cü ilin yanvar ayında psixoloji rəy ilə vaxtından əvvəl təxris olmuşam.Daha sonra tam sağalmış və dispanserdə heç vaxt olmamışam.Hal-hazırda heç bir səhətimlə bağlı prablemim yoxdur.2028 ci ilin yanvar ayınadək növbəti yoxlanışımdı.Mən amma bu il ərzində Həqiqi hərbi xidmətə gedib vətənə olan xidmət borcumu tamamlamaq istəyirəm bunun üçün də tibbi yoxlanışdan keçməyə hazıram.Xahiş edirəm mənə bir yol deyərdiz bu il ərzində vətənə olan xidmət borcumu ödəmək adına tibbi yoxlanışdan keçib gedə biləm.Zəhmət olmazsa bu barədə mənə yardım edərdiz.

Yenidən müddətli həqiqi hərbi xidmətə çağırılmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. Əlavə olaraq bildiririk ki, bu kateqoriyadan olan vətəndaşlar təkrar tibbi müayinə zamanı “hərbi xidmətə yararlı” hesab edildikdə, müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılmaları mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Davud Soruşur Yazılma Tarixi:19.03.2025 21:31:58

Salam hər vaxtınız xeyir, 26.02.2025ci ildə mənə həkimlərdən keçmək üçün çağırış gəldi. Yoxlanışdan keçdikdə məndə 3 dərəcəli varikosel olduğunu dedilər. Cavabı öyrənmək istəyirəm mən yararlı sayılıram yoxsa yararsız ?

Bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdiyi üçün Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilmiş, səhhətiniz ilə bağlı Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları şöbəyə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır. Bu barədə Sizə Xidmətin Abşeron rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Əhməd Soruşur Yazılma Tarixi:19.03.2025 19:36:55

Salam. Mən Mənsimov Əhməd. Hərbi xidmətdən psixoloji problemlərə görə 17B maddəsi əsasında vaxtından əvvəl ehtiyata buraxılmışam. Sonuncu tibbi müayinəm 3 il əvvəl olub, amma hərbi komissarlıq mənə 3 ildən bir yoxlanış təyin edib. Halbuki, mənim vəziyyətimə görə bu yoxlanışın 5 ildən bir keçirilməsi lazımdır. Bu məsələyə baxsanız, çox sevinərəm. Zəhmət olmasa, mənə kömək edin.

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci           il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər    “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış ehtiyatda olan vətəndaşların tibbi şəhadətləndirilməsi 5 (beş) ildən bir keçirilir.                    Tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi xidmətə yararlılıq kateqoriyası dəyişdirildiyi halda hərbi biletində xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər aparılacaq.
Təmkin Soruşur Yazılma Tarixi:19.03.2025 18:47:01

Salam.Men bu ay rezidentlikden imtina ucun erize vermisem.Oyrenmek isteyirdim ki ,aprel ayinda hekim komssiyasina cagirilacam ve yaxudda cagrilmasam Konullu olaraq istirak ede bilerem?

Bildiririk ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən 01.11.2027-ci il tarixədək təhsilə görə möhlət hüququna maliksiniz. Müraciətinizdə qeyd etdiyiniz məsələyə dair verilmiş möhlət müddətinin ləğv edilərək Sizin müayinələrə cəlb olunmağınız üçün Xidmətin Sabirabad rayon şöbəsinə yaxınlaşmağınız və ərizə ilə müraciət etməyiniz məqsədəmüvafiqdir.
Cədvəldə sətir sayı :14897