Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Taleh Soruşur Yazılma Tarixi:19.03.2025 14:57:47

Salam yekun tibbi müayinənin cavabını bilmək istəyirdim. Qeyd edimki 17.03.2025 tarixinfə akne vulqaris ile bağlı reabilitasiya merkezinde hekim yoxlanisindan kecmisem.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “hərbi xidmətə yararlıdır” hesab edilmiş və 03.04.2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz.
Amin Soruşur Yazılma Tarixi:19.03.2025 12:17:28

Salam oğlum amin babayev yoxlanislardan keçib yekun tibbi muayinenin cavabi ne oldu bilmek istyerdik.

   Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır.    Müəyyən edilmişdir ki, Babayev Amin Anar oğlunun yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır. Bu barədə Sizə Xidmətin Masallı rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.  
YUSİF Soruşur Yazılma Tarixi:19.03.2025 05:46:40

Hörmətli Müdafiə naziri, Mən, Ağazadə Yusif Vasif oğlu, hərbi xidmətə çağırılmışam və Vətən qarşısında borcumu yerinə yetirməyə hazıram. Lakin ailə vəziyyətimlə bağlı müəyyən suallarım və narahatçılıqlarım var. Hazırda anamla birlikdə yaşayıram. Atam 27.03.2013-cü ildə vəfat edib, bacılarım ailəlidir. Anam göz xəstəliyindən əziyyət çəkir və işləmək imkanına malik deyil. Hərbi xidmətim dövründə onun sosial təminatı ilə bağlı hər hansı bir dəstəyin olub-olmayacağını öyrənmək istəyirəm. Bundan əlavə, mənim üzərimdə olan kredit öhdəlikləri və evin minimal yaşayış xərcləri ilə bağlı da suallarım var. Xahiş edirəm, müraciətimi nəzərə alaraq mənə rəsmi qaydada cavab verəsiniz. Hörmətlə, Yusif Ağazadə

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Yardımlı rayon bölməsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı səhiyyə müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”larına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.  
Elvin Soruşur Yazılma Tarixi:19.03.2025 03:33:48

Mən Hüseynli Elvin Aqil oğlu bilmək istəyirəm ki hansı problemimə görə hərbi xidmətə yararsız olmuşam?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, tibbi şəhadətləndirilməyiniz barədə məlumat almaq üçün qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Zamin Soruşur Yazılma Tarixi:18.03.2025 23:31:19

Salam Öd kisəsi olmayan Hərbi xidmətə yararlı hesab olunur?

Bildirilir ki, “Öd kisəsinin cərrahi yolla çıxarılması-xolesistektomiya əməliyyatı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Dağlar Soruşur Yazılma Tarixi:18.03.2025 23:25:24

Salam.Mənə 2022 ci ildə alt üst çənənin,burunun deformasiyası və alt çənənin uzun olub heç bir dişin üst üstə oturmamasına görə dinc dövürdə hərbi xidmətə yararsız diaqnozu qoyulub və bu ilin iyun ayında yenidən yoxlanışa çağırılmışam 2022 ci ildə qoyulan diaqnozların hamısı olduğu kimi qalır.sualım budur ki,mənə yararlı diaqnozu qoyula bilər?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 20.3 bəndinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşa çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Orxan Soruşur Yazılma Tarixi:18.03.2025 20:00:28

Salam xaiş edirem yoxlanışın cavabını deyesiniz, teşekkür edirem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.  Müəyyən edilmişdir ki, Siz Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz.  Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:18.03.2025 19:23:56

Salam aleyküm men İbrahimov Orxan Mübariz oğlu müharibe başlasa menide könülü aparsinlar? kömek etseniz çox sevinerem.

Könüllü olaraq müharibəyə cəlb edilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar. Eyni zamanda, həmin Qanunun 14.3-cü maddəsinə əsasən isə ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər. Qeyd olunanlarla yanaşı, bu Qanunun 3-cü maddəsinə əsasən, səfərbərliyin elan olunması aşağıdakı bəndlərə uyğun olaraq həyata keçirilir: -3.1 Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik elan olunur; -3.2 Səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal mediada, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda ölkəmizdə ümumi və ya qismən səfərbərlik elan olunmamışdır. Vətəni qorumağı özünüzə borc bildiyiniz üçün Sizə təşəkkür edirik!
Ruslan Soruşur Yazılma Tarixi:18.03.2025 18:09:02

Salam mən sizə yazdım düzgün cavab ala bilmədim zəhmət olmasa aydın yazın. Keçən ay mən reabilitasiya mərkəzində yoxlanmışam cavabını bilmək istəyirəm

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət                  Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Sizə 18.10.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Səhhətinizlə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:18.03.2025 14:54:12

Salam.Xaiş edirəm cavablandırardız. Məndə öd kisəmdə 4.3 mm, 5.7 mm, 3.5 mm, 4 mm, 5.3 mm polip var.Bu göstəricilər əsgərliyə yararlidirmi?

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarında “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə əsasən “Ölçüsü 10 mm-dən az və sayı iki və ya daha az olan öd kisəsi polipli” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897