Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:17.03.2025 08:10:37

Salam aleyküm men İbrahimov Orxan Mübariz oğlu müharibe başlasa menide könülü aparsinlar neter eledin kömek etseniz çox sevinerem.

Sizin, müharibə dövrü hərbi əməliyyatlara cəlb edilmək istəyinizlə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.   Bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən səfərbərliyin elan olunması aşağıdakı bəndlərə uyğun olaraq həyata keçirilir: - 3.1. Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik elan olunur; - 3.2. Səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal mediada, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda ölkəmizdə səfərbərlik elan olunmamışdır. Qanunla müəyyən edilmiş vəzifə kimi Vətəni qorumağı özünüzə borc bildiyiniz üçün Sizə təşəkkür edirik!
Nazim Soruşur Yazılma Tarixi:17.03.2025 02:06:52

Salam. Mən tibbi yoxlanışın nəticəsini öyrənmək istərdim.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.  
Ramazan Soruşur Yazılma Tarixi:16.03.2025 15:20:54

Salam. 2018-ci ildə 15 yaşımda ağciyər vərəmi keçirmişəm. Vərəm ağciyərimdə yara əmələ gətirib və qanhaykırma ilə özünü büruzə verib. 2018 ci ildə xəstəxana və ev şəraitində müalicə almışam və sağalmışam. Lakin ağciyərimdə yaranın çapıq izləri var. Sualım ondan ibarətdir ki, ağciyər vərəmi keçirmişəm və sağalmışam. Hərbi xidmətə yararlı və ya yararsız olduğumu bilmək istəyirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 20.3 bəndinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşa çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    
Mehdi Soruşur Yazılma Tarixi:16.03.2025 08:45:28

Salam. Mən 05.03.2025 tarixdə əlavə tibbi yoxlanışdan Kardiologiya institutunda yoxlanışdan keçmişəm, müayinə nəticələrin bilmək istəyirəm

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Yardımlı rayon bölməsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı səhiyyə müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”larına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.  
Araz Soruşur Yazılma Tarixi:16.03.2025 01:43:55

belimde iki yerde qirija var 4.5 biri 5m biri herbi xidmete yararli sayiliram men sikayet edirem baxmilar

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.
Sədail Soruşur Yazılma Tarixi:15.03.2025 23:46:59

Mən fevralın 8 de müayinədən keçmişəm cavab ne vaxd geler

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz hərbi qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi müayinələrə cəlb olunmusunuz və müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar veriləcəkdir.  
Təbriz Soruşur Yazılma Tarixi:15.03.2025 23:05:33

2024cü ilin yayında reabilitasiyada olmuşdum. Cavabların öyrənmək istəyirəm. 10.10.2003. Laçın rayonu

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır.
Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.

Aydın Soruşur Yazılma Tarixi:15.03.2025 21:59:16

Salam. men 2 dereceli onurğa skoliozu ve şekerli diaqnoz qoyulub e 11 herbi xidmete yararlı hesab edilirmi?

Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci     il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Çağırışçıların “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları” üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.
İbrahim Soruşur Yazılma Tarixi:15.03.2025 20:15:02

Salam.Mən tibbi yoxlanışdan keçmişəm nəticələri öyrənmək istəyirdim.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Ucar rayon şöbəsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı səhiyyə müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Sizin 2025-ci ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur.  
Nailə Soruşur Yazılma Tarixi:15.03.2025 01:49:23

Salam mənim oğlum 4 yaşı olanda ayağı sınıb. Diz hissəsindən biraz yuxarı, daha sonra əyri düzəlib lakin biraz əyri formada oğlum sağ ayağı həmişə çəp sanki 45 dərəcə istiqamətində qoyur yeriyəndə düz qoymaq istəsədə alınmır bir iki addım sonra yenə eyni vəziyyətə qayıdır. Bu problem hərbi xidmət üçün yararlı yarasız olması üçün fərq edir?Əvvəlcədən təşəkkürlər

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.  
Cədvəldə sətir sayı :14890