Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:11.03.2025 23:55:47

Salam mən tibbi yoxlamadan 19 fevral keçmişəm xəstəliyimlə əlaqədar olaraq vaxt çox olub cavabı bilmək istərdim

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Şəki rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisəsinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin             I qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
PƏRVİZ Soruşur Yazılma Tarixi:11.03.2025 18:04:14

156 e bədi ilə xidmətə uyğunsuzluxla təxris olumuşam hərbi təlimə çağra bilələrmi

Hərbi təlim toplanışlarında iştirak etməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müraciətinizdə doğum tarixi (gün, ay və il) və hərbi qeydiyyatda olduğunuz Xidmətin struktur bölməsinin adını qeyd etmədiyiniz üçün sözügedən məsələyə aydınlıq gətirmək mümkün deyil.
İbrahim Soruşur Yazılma Tarixi:11.03.2025 17:39:31

Salam. 21 fevral tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış tibbi müayinədən keçmişəm. Zəhmət olmasa nəticəni öyrənmək istəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasına uyğun olaraq “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmisiniz.  
Nicat Soruşur Yazılma Tarixi:11.03.2025 17:16:48

Salam men Nizami tibb merkezinde mueyinede olmusham zehmet olmasa cavablarin deyerdiz

Müəyyən edilmişdir ki Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələriniz tam yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Xətai rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Məmmədağa Soruşur Yazılma Tarixi:11.03.2025 16:17:13

Salam. Bir pəncədə tağın bucağı 160 dərəcə və tağın hündürlüyü 17 millimetr olan ayağ yararlı sayılır yoxsa yararsız?

Bildiririk ki, “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə: III dərəcə yastıayaqlıqda boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Mirəli Soruşur Yazılma Tarixi:11.03.2025 11:26:26

Salam, Yoxlanışa çağırılmışdım, yekun nəticəni öyrənmək istəyirdim, zəhmət olmasa köməklik göstərərdiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “A-3 təyinat göstərici ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Zaur Soruşur Yazılma Tarixi:10.03.2025 16:39:13

Salam. Mən sosial müdafiə nazirliyindən müayinədən keçmişəm. Hərbi-xidmətə yararlı olub-olmadığımı öyrənmək istəyirəm

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
İlkin Soruşur Yazılma Tarixi:10.03.2025 08:00:56

Mən 2024 cü il tarixində Dövlət Sərhəd Xidmətindən istefa ərizəsi yazaraq könüllü ehtiyata buraxılmışam. Müqavilə vaxtım bitmədiyi üçün mənə 41.6 xidmətə yararsız maddəsi ilə ehtiyata buraxdılar. Ama mən sağlam və xidmətə yararlıyam. Heç bir qayda pozuntusu olmuyub və üzərimdə heç bir cinayət işi olmuyub. İndi mən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət etmək istəyirəm müddətdən artıq kimi ama hırbi biletim yararsızdır. Mən neyniyə bilərəm?

Xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığınızı və yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil ola bilərlər. Müraciətdə qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə xidmət (qulluq) etmək istədiyiniz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Həmzə Soruşur Yazılma Tarixi:09.03.2025 02:13:23

Hərbi xidmətə çağırışçı kimi qeydiyyata düşəcəyəm, lakin bir məsələ ilə bağlı məlumat tapa bilmədim və bu barədə sizdən rəsmi açıqlama almaq istəyirəm. Mənim L4-L5 fəqərələri arasında arxa median, dural kisəni sıxan yırtıq (4 mm) diaqnozu qoyulub. Bel fəqərəsində yırtıq hansı ölçüyə qədər olan halda hərbi xidmətə yararlı hesab olunuram?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.  
Nurlan Soruşur Yazılma Tarixi:08.03.2025 20:08:34

Salam. Talassemiya daşıyıcısı olan biri, hərbiyə yararlı sayılırmı? Öd kisəsi olmayan biri, hərbiyə yararlı sayılırmı? Öncədən təşəkkür edirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, irsi hemoqlobinopatiyalar (heteroziqot gen daşıyıcıları, mikrositoz və s.) olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 72-ci maddəsinin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər. Əlavə olaraq bildiririk ki, “Öd kisəsinin cərrahi yolla çıxarılması, xolisistektomiya əməliyyatı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897