Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zülfiqar Soruşur Yazılma Tarixi:07.03.2025 13:20:04

Salam məndə alt çənədə 8 ədəd azı diş yoxdur (hər iki tərəfdən 4 azı diş olmaqla). alt çənəmdə yalnız 6 diş var (4 kəsici, 2 köpək) bu halda mən hərbi xidmətə yararsız sayılıram yoxsa yararlı sayılıram.

Bildirilir ki, çağırışçıların “Həzm orqanlarının xəstəlikləri üzrə” tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 49-54-cü maddələrinə əsasən aparılır. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.  
İlham Soruşur Yazılma Tarixi:07.03.2025 13:18:03

Salam ümumi yekun tibbi şəhadətləndirmə bütün proseslər daxil nə qədər maksimum vaxt alır. Detallı desək, qeydiyyatda olduğumuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər hərbi həkim komissiyasında tibbi baxışından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış yekun müayinə və tibbi şəhadətləndirmə qərarl üçün ümumi nə qədər vaxt alır maksimum?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən aparılır. Əlavə olaraq bildiririk ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də çağırışçıların tibbi şəhadətləndirilməsinin müddəti nəzərdə tutulmamışdır
Cavid Soruşur Yazılma Tarixi:07.03.2025 11:42:52

Salam.mənim belimdə 3mm protruziya olduğu üçün mənə 6 aylıq möhlət verilib.möhlətim bitib və yenidən yoxlanışa göndəriləcəm.deyilənə görə yenə möhlət veriləcək.bu möhlət nə vaxta qədər neçə dəfə verilir?əgər problemim varsa niyə birdəfəlik yararsız verilmir? 3mm ilə yararsız verilmir deyirlər ancaq .ağrılarım çoxdur müalicə alsamda düzəlmir.

Bildiririk ki, “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə: fəqərəarası disklərin protruziyası” olan çağırışçılar ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilirlər. Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci bəndinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövrd üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər  
Məhəmməd Soruşur Yazılma Tarixi:07.03.2025 08:47:26

Salam cavablarımı bilmək isdəyirəm 10.02 2025 yoxlanışın cavabını

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasına əsasən sağlamlıq vəziyyətinə görə 3 (üç) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Roman Soruşur Yazılma Tarixi:06.03.2025 16:35:06

Salam mənim 21 yaşım vae daha öncə psixoloji nevroloji səbəblərlə yararsız hesab edilmişəm hərbi xidmətə 3 il möhlət hüququ bitdikdən sonra tibbi müayinəyə göndərilmişəm onurğamda 2 ci dərəcəli skolioz 20 QRADUS pratruziya bel boyun radikulit bel oma hamsının sənədləri diaqnozlari var eyni zaman her iki ayaqda yastı pencəlik 3 cü dərəcəli distoniya da var amma mənə 6 ay möhlət verilib bu doğru qərar deyil bu qərarı qəbul etmirəm bu hərbi xəstəliklər cədvəlinə Azərbaycan Respublikasının qanunlarına ziddir insanlar haqlarının pozulması deməkdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Tovuz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq sağlamlıq vəziyyətinə görə 3 (üç) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.         Əlavə olaraq bildiririk ki, barənizdə verilmiş qərarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququna maliksiniz.  
Tərzan Soruşur Yazılma Tarixi:06.03.2025 15:37:26

Salam hər vaxdınız xeyir. Mənim 28 yaşım var məni 3 ildən bir olan tibbi yoxlanişa(Əlillər bərpa birliyi)tərəfindən çagirdilar.Prostat böyüməsi və dişsizlikdən əziyyət cəkdiyim halda mənə yararlısan yazıb aprel ayının 1-nə Hərbi xidmətə çagiriş göndəriblər.Bu qərarin düzgün incələnib hüquq çərçivəsində tərtib olunması üçün nə etməliyəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Ağdaş rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.         Əlavə olaraq bildiririk ki, barənizdə verilmiş qərarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququna maliksiniz.  
Kamran Soruşur Yazılma Tarixi:06.03.2025 09:58:51

Salam hər vaxtınız xeyirli olsun. Mən Dekabr ayında Əlilliyin Bərpa Mərkəzində 2-ci dəfə yoxlanışdan keçdim. Döş Qəfəsinin deformasiyası və skalioz mövcud olduğu üçün. Sadəcə hər hansı bir cavab gəlməmişdir. Zəhmət olmasa yekun qərar barəsində məlumat verə bilərsinizmi?

Bildiririk ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək 24.10.2024-cü il tarixdə göndərildiyiniz Sabunçu Tibb Mərkəzinin “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğun olaraq 29.11.2024-cü il tarixdə Əmək        və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş         “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Ağasəlim Soruşur Yazılma Tarixi:06.03.2025 00:43:40

Salam men yoxlanisdan kecmisem yekun neticeni oyrenmek istiyirem

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
Elyar Soruşur Yazılma Tarixi:05.03.2025 17:42:45

Sonuncu müayinənin cavabını öyrənmək istəyirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz hərbi qeydiyyatda olduğunuz Xidmətin Ağdaş rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi müayinələrə cəlb olunmusunuz və müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar veriləcəkdir.  
Elşən Soruşur Yazılma Tarixi:05.03.2025 14:01:29

Salam komissiyadan keçmişəm. Cavabı bilmək istəyirəm.

Bildirilir ki, Sizin 10.02.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 3 ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edildiyinizdən 10.05.2025-ci            il tarixədək möhlət hüququ almısınız. Möhlət hüququnuz bitdikdən sonra yenidən tibbi müayinəyə cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :14890