Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Temirlan Soruşur Yazılma Tarixi:20.09.2023 04:05:44

Her vaxtiniz xeyir.Konkret bir sualim var. Hal hazirla 21 yashim var.4 kurs telebesiyem. 14 yashima aile bashcisini itirmishem, ve evin tek ovladiyam.Men herbi xidmete yararliyam?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Azərbaycan Turizm və Menecment Universitetində təhsil almağınızla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən 01.07.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna maliksiniz. Bildiririk ki, Sizin hərbi xidmətə yararlı olub - olmamağınıza dair qərar təhsilinizi davam etdirmək üçün verilmiş möhlət müddəti bitdikdən sonra - 2024-cü ilin iyul çağırışında Xətai rayon çağırış komissiyası tərəfindən qəbul olunacaqdır. Əlavə olaraq qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının qanunvericiliyində ailənin tək övladı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Ürfət Soruşur Yazılma Tarixi:19.09.2023 18:18:57

Salam. Mənim hansı qoşuna düşdüyüm, və yaxud, hansı bölgəyə düşdüyüm yer. ne vaxt bilinecek?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Xətai rayon idarəsi tərəfindən tibbi şəhadətləndirilmiş, öyrənilmiş, sağlamlıq və ailə vəziyyətinizdə, eləcə də təhsilinizi davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən xüsusat aşkar edilməmiş və Xətai rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab olunmusunuz. Sizin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 2023-cü il 20-25 oktyabr tarixlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında  yerləşdiriləcəkdir. Bununla yanaşı, çağırışçılar hərbi hissələrə təyin olunmaları barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
Elcan Soruşur Yazılma Tarixi:19.09.2023 01:07:04

Salam mən 2021 ci ildə xidmətə gəldim 2022 ci ildə xidməti bitiridim sentyabr döyüşündə oldum adımıza medal yazıldı ancaq vayenni biletə heçnə yazılmayıb bununla bağlı nə edə bilərəm

Bildiririk ki, hər hansı bir medalınız olduğu təqdirdə, hərbi biletinizdə müvafiq qeydlərin aparılması üçün hərbi qeyddiyyatda olduğunuz Xidmətin aidiyyəti struktur bölməsinə müraciət ertməyiniz tövsiyyə olunur.
Ruslan Soruşur Yazılma Tarixi:18.09.2023 19:32:34

Salam, mənim 17 yaşım var 2024 iyul çağırışıba düşürəm, hal hazırda Türkiyədə universitetə qəbul olmuşam, mənim bildiyimə görə hərbi xidmətə çağırışa 2 ay qalmış ölkədən çıxışa qadağa qoyulur, sualım budur ki mən 2024 may ayında Azərbaycana qayıtmaalıyam mı hərbi komissarlığa arayışı təqdim etmək üçün, birde həmin arayışı indidən təqdim etməyim mümkündür mü?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinin tələblərinə əsasən, müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları çağırılırlar. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar cəlb olunduqları çağırışa hazırlıqla əlaqədar öyrənilmə zamanı (Sizin halda 2024-cü ilin may ayında) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və ya bölməsinə xarici ölkədə təhsil almalarına dair məlumat verməli və bu barədə sənədi şəxsən təqdim etməlidirlər. Çağırışçılara təhsilini davam etdirmək üçün çağırışdan möhlət onların çağırış komissiyasında şəxsən iştirakı ilə verilir. Əlavə olaraq bildiririk ki, vətəndaşların iyul çağırışına hazırlıq işlərinə may ayından başlanılır və çağırışçılar həmin aydan etibarən rayon (şəhər) çağırış komissiyasına cəlb olunurlar.
Fərid Soruşur Yazılma Tarixi:18.09.2023 14:35:39

Salam mən oktyabr çağırışçısıyam amma adım çıxmayıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Tərtər rayon şöbəsi tərəfindən tibbi şəhadətləndirilmiş, öyrənilmiş, sağlamlıq və ailə vəziyyətinizdə, eləcə də təhsilinizi davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən xüsusat aşkar edilməmiş və Tərtər rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab olunmusunuz. Sizin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 2023-cü il 20-25 oktyabr tarixlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında  yerləşdiriləcəkdir. Bununla yanaşı, çağırışçılar hərbi hissələrə təyin olunmaları barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
Rövşən Soruşur Yazılma Tarixi:16.09.2023 20:18:01

Salam, mən hərbi yoxlanışdan keçmişəm amma sağlamlığımda problem olduğu üçün sənədlərimə qeyd olunub və təsdiq edilməsi üçün göndərilib lazımi qurumlara. Və ardıcıl 2 çağırışdı ki hərbi komissarlıq məni çağırmır. Sadəcə təsdiq prosesi uzanır və mygov.az sistemində mən hələ də çağırışcı deyə qeyd olunmuşam. İşimlə əlaqədar bir müddətlik ölkə xaricinə (Türkiyəyə) getməliyəm. Sistemdə hələ ki çağırışcı qeyd olunduğuna görə ölkədən çıxmağıma məhdudiyyət qoyula bilər yoxsa yox?

Müraciətinizlə əlaqədar bildiririk ki, Sizin ölkə ərazisindən sərbəst hərəkətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hər hansı məhdudiyyət qoyulmamışdır.
AFİL Soruşur Yazılma Tarixi:15.09.2023 10:39:00

Salam. 1) Hərbi xidmət yerləri haqqında SMS-lər ayın 25-ə kimi gəlir və bundan sonra gəlmir? Məsələ budur ki komissarlıq məni iyuL ayında tibbi baxışdan keçirdi və dedilər ki iyul ayının axırınacan gedə bilərsən, amma indi tanışlardan öyrənmişəm Çağırış ayının (iyuN) 25-nə kimi SMS gəlmirsə qalırsan növbəti çağırış ayına. Bu düzdürmü? 2) SMS-lər ayın 20-25 arası gəlir elə, yoxsa ayın 20-25-nə kimi bütün çağırış ayı?


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Sualı göndərən” başlıqlı xanaya daxil etdiyiniz vətəndaşın adı, soyadı və atasının adını (Abbasov Afil Abduləli oğlu) əks etdirən məlumat ilə müraciətinizin məzmununda göstərilən xüsusatlar ziddiyyət təşkil edir. 2023-cü ilin iyul çağırışına cəlb olunan və tibbi şəhadətləndirilmədən keçirilən çağırışçıların sırasında Abbasov Afil Abduləli oğlu adlı vətəndaşın aşkar olunmaması səbəbindən barənizdə araşdırmanın aparılması və ətraflı məlumat verilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, tələb olunan şəxsi məlumatlarınızın və müraciətinizin məzmununun dəqiq təqdim olunması xahiş olunur.    
Ceyhun Soruşur Yazılma Tarixi:15.09.2023 09:56:33

Salam.Oktyabr çağırışçısıyam.Bilmek istəyirdim ki hansı qoşun növlərinə düşdüyüm ilə bağlı məlumat ala bilərəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Nizami rayon idarəsi tərəfindən 2023-cü ilin oktyabr çağırışına cəlb olunaraq, tibbi şəhadətləndirilmiş, öyrənilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar zərurət yarandığı üçün Respublika Dəri-Zöhrəvi Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Tibbi müayinə nəticələriniz Xidmətin qeydiyyatda olduğunuz struktur bölməsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.    
Əhməd Soruşur Yazılma Tarixi:15.09.2023 01:15:17

Salam, Azəraycan vətandaşı olub, 17 yaşında Azərbaycandan çıxmış ve iki terefli vətəndaşlığı almış Türk vətəndaşı olmuş şəxs Türkiyədə əsgərlik edibsə Azerbaycana geri gəldikdə əsgərlik etmek mecburdurmu?

Müraciətinizlə əlaqədar bildiririk ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, müvafiq qaydada müəyyən olunmuş hallar istisna olmaqla, tanınmır. Bununla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə uyğun olaraq, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Yuxarıda qeyd olunan müddəanın izahı olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs sonradan hər hansı xarici dövlətin (həmçinin Türkiyə Respublikasının) vətəndaşlığını qəbul etmişsə, bununla belə həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə hələ də xitam verilməmişsə, o halda vətəndaş xarici dövlətdə çağırışa cəlb olunmasından (müddətli həqiqi hərbi xidmət keçməsindən və ya çağırışdan azad edilməsindən) asılı olmayaraq, Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırılır.
Kənan Soruşur Yazılma Tarixi:15.09.2023 00:05:27

Mən hərbi xidmətə havaxt çağıracaqlar? Zəhmət olmasa deyərsizdə

Müraciətinizlə əlaqədar bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinin tələblərinə əsasən, müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları çağırılırlar.             Qanunvericiliyə uyğun olaraq, Siz 18 yaşınızın 18 mart 2024-cü il tarixdə tamam olması ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qeydiyyatda olduğunuz Sumqayıt şəhər baş idarəsi tərəfindən 2024-cü ilin aprel çağırışına cəlb olunacaqsınız.      
Cədvəldə sətir sayı :13924