Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavanşir Soruşur Yazılma Tarixi:25.02.2025 00:00:11

Salam xolesistektomiya cərrahi əməliyyatında sonrakı vəziyyət, hərbi xidmətə yararlı hesab edilir ?

Bildirilir ki, çağırışçıların “Öd kisəsinin çıxarılmasından sonrakı vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı çıxarılır.  
FƏRİD Soruşur Yazılma Tarixi:24.02.2025 23:49:10

Salam. Men 2 defe 3 ilden bir herbi komisyadan Hepatit B virusu xesteliyiynen yararsiz hesab olunmuwam. 2025 ci ilde herbi komisyaya celb olunmuwam. Xeste olduqumcun herbiye yararsizam. Bilmey isdiyirdim qanunlarda deyiwiyliy olub men bu xesteliyimnen yararsiz hesab olunacam yoxsa yararli? Qanun ne diyir zehmet olmasa cavabliyarsiz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli                 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən virus hepatiti olan vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Hepatit B və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər.
İlham Soruşur Yazılma Tarixi:24.02.2025 17:57:25

Salam. Mənə səhhətimlə bağlı verilmiş möhlət sona çatıb. Hal-hazırda isə 31 yaşım var. Qanuna olunan dəyişikliyə görə artıq hərbi xidmətə çağrılmamalıyam. Bu halda, SHÇDX-nin rayon şöbəsinə yaxınlaşıb hər hansı bir proseduru tamamlamağım tələb olunur mu?

 30 yaşınızın tamam olduğu zaman hərbi biletinizdə hər-hansı qeydin aparılmağına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – Xidmət) daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları çağırışçılar hesab edilirlər və müddətli həqiqi hərbi xidmətə göndərilirlər. Əlavə olaraq bildiririk ki, 30 yaşı tamam olmuş şəxslərin təkrar tibbi müayinəyə cəlb olunmaları və hərbi qeydiyyat sənədlərində bu barədə qeydlərin aparılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cavad Soruşur Yazılma Tarixi:24.02.2025 17:52:08

salam, 18 fevralda yoxlanışdan keçmişəm nəticəmi öyrənmək istəyirəm

: Müəyyən edilmişdir ki, 2025-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən 14.01.2025-ci il tarixdə göndərildiyiniz dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir
Ayxan Soruşur Yazılma Tarixi:24.02.2025 16:03:12

Onurğa sütununun sola doğru 17 dərəcə boyu əyilməsi - skolyoz hərbi xidmətə yararlı sayılır mı?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Sümük-əzələ sistemi və birləşdirici toxumalar xəstəlikləri üzrə: II dərəcəli skolioz” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.    
Nahidə Soruşur Yazılma Tarixi:24.02.2025 14:11:04

Salam, mənim sualım bundan ibarətdir ki, F48.0 diaqnozu qoyulan çağırışçı hərbi xidmətə yararlı hesab edilirmi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, çağırışçıların “Sinir sistemi xəstəlikləri üzrə” tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 21-27-ci maddələrinə əsasən aparılır. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
Vaqif Soruşur Yazılma Tarixi:24.02.2025 12:06:24

Salam. Məni 3 ildən bir xidmətə yararlılıq üçün cağırış olunmalıdır. Vəsiqədə növbəti cağırışın tarixi qeyd olunmayıb. Onu necə öyrənə bilərəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, növbəti təkrar tibbi şəhadətləndirilmə tarixi barədə məlumat Sizin hərbi biletinizdə qeyd edilmişdir.
Turqut Soruşur Yazılma Tarixi:24.02.2025 03:27:40

Salam. Mən fevralın 3-ü əlillərin bərpa mərkəzindən müayinədən keçmişəm, cavabı örgənmək istəyərdim. Öncədən təşəkkür.

        Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinədən keçirilmiş və əlavə müayinəyə göndərilmisiniz.         Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli               59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Şəhriyar Soruşur Yazılma Tarixi:23.02.2025 21:34:16

Salam 2 gun qabaq da yazmisdim dusmeyib bura xahis edirem zabit ve ya gizir kimi ise qebul ucun senedde gondermiswm ama cavab verilmir mene xahis edirem sebebini deyesiniz

Vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, Xidmətin Aparatında keçirilən müsahibənin və Dövlət İmtahan Mərkəzində keçiriləcək test imtahanının nəticələrinə uyğun olaraq müəyyən edilir. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verməklə ərizə ilə (ərizəyə tərcümeyi-hal, anket, diplomun surəti, hərbi biletin surəti və şəxsiyyət vəsiqəsinin surəti əlavə olunsun) müraciət etməyiniz tövsiyə olunur.
Rafik Soruşur Yazılma Tarixi:23.02.2025 14:59:02

Salam. Mənim oğlumun 15 yaşı tamam olur. Onun 3 dərəcəli boylama yastıpəncəyi var (boylama tağın bucağı sağ ayaq 160 dərəcə, sol ayaq 159 dərəcə, tağın hündürlüyü sağ-15 mm, sol-17mm). O həqiqi hərbi xidmətə yararlı sayılırmı?

Bildiririk ki, “Yastıayaqlılıq və ayağın digər deformasiyaları” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin      61-ci maddəsinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət olub-olmamasından asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin  (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.      
Cədvəldə sətir sayı :14890