Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ülvi Soruşur Yazılma Tarixi:05.09.2023 13:49:24

Salam men konullu doyuslerde istirak etmek isteyirem 2 ci Qarabag muharibesi istirakcisiyam hec bir xesaretim pisxaloji prablemim yoxdu Fizuli,Xocavend ve Cebrayil rayonlarinin isagaldan azad olunmasinda istirak etmisem sizden xahis ediremki meni konullu olaraq doyuslerde istirak etmey ucun komeklik gosteresiniz artiq derecede xais edirem diqqetiniz ucun minnetdaram

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Müraciətinizə görə təşəkkür edirik.
Bildiririk ki, zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb olunacaqsınız.
Kənan Soruşur Yazılma Tarixi:05.09.2023 13:14:24

Salam könüllü qeydiyyatdan keçməy isdiyirəm online necə edə bilərəm ?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Müraciətinizə görə təşəkkür edirik.
Bildiririk ki, zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb olunacaqsınız.
Elnur Soruşur Yazılma Tarixi:05.09.2023 02:52:43

Salam. Mən 44 günlük muharibə iştirakçisi və veteraniyam. Hal hazirda təlim məqsədi adi ilə, tanıdıqlarimdan xidmətə cəlb olunanlar, gedənlər var. Lakin mən çağırılmamışam. Hal hazırki vəziyyətə görə, könüllü olaraq, çağırılanlar kimi məndə getmək istəyirəm. Hara müraciət edə bilərəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Bildiririk ki, gələcəkdə keçirilməsi nəzərdə tutulan təlim toplanışları ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş sifarişlərə əsasən yaş kateqoriyanız, qöşun növünüz, vəzifəniz, hərbi uçot ixtisasınız və s. tələblərə uyğun olduğu halda, hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb oluna bilərsiniz.
Ülvi Soruşur Yazılma Tarixi:05.09.2023 00:44:52

Salam men konullu doyuslerde istirak etmek isteyirem 2 ci Qarabag muharibesi istirakcisiyam hec bir xesaretim pisxaloji prablemim yoxdu Fizuli,Xocavend ve Cebrayil rayonlarinin isagaldan azad olunmasinda istirak etmisem sizden xahis ediremki meni konullu olaraq doyuslerde istirak etmey ucun komeklik gosteresiniz artiq derecede xais edirem diqqetiniz ucun minnetdaram

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Müraciətinizə görə təşəkkür edirik.
Bildiririk ki, zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb olunacaqsınız.
Natiq Soruşur Yazılma Tarixi:04.09.2023 23:02:02

Könüllü yazılmaq istəyirəm müharibəyə getmək istəyirəm Vətən bölünməz.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Müraciətinizə görə təşəkkür edirik.
Bildiririk ki, zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb olunacaqsınız.
Elxan Soruşur Yazılma Tarixi:04.09.2023 21:58:11

Təlimlərdə necə iştirak edə bilərəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Bildiririk ki, gələcəkdə keçirilməsi nəzərdə tutulan təlim toplanışları ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş sifarişlərə əsasən yaş kateqoriyanız, qöşun növünüz, vəzifəniz, hərbi uçot ixtisasınız və s. tələblərə uyğun olduğu halda, hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb oluna bilərsiniz.
Rahid Soruşur Yazılma Tarixi:04.09.2023 11:41:17

Salam.Mən magistraturaya qəbul olmuşam amma özüm universitetdən akademik məzuniyyət götürüb hərbi xidmətə getmək istəyirəm.Lakin qeydiyyatda olduğum vaynkomanta yaxınlaşıram deyirlər ki, siz akademik məzuniyyət götürüb hərbi xidmətə gedə bilməzsiz.Hərbi xidmətə getmək üçün akademik məzuniyyət götürmək mümkün deyil.Zəhmət olmazsa araşdırardız.

Bildiririk ki, təhsil alan çağırış yaşlı vətəndaşlar təhsil müəssisəsindən akademik məzuniyyət götürmələri barədə sənədi Xidmətin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, rayon çağırış komissiyaları tərəfindən onlar barəsində müvafiq qərar qəbul edilir.
Elçin Soruşur Yazılma Tarixi:04.09.2023 10:03:29

Salam men 9 cu sinifde herbi çağırış vesiqesini almışdım lakin indi itirmişəm nece yenidən ala bilərəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq, ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsi onların hərbi qeydiyyata alındığı Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Odur ki, Sizin itirilmiş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə əvəzinə yeni vəsiqə ilə təmin olunmağınız üçün aidiyyəti üzrə Xidmətin qeydiyyatda olduğunuz yerli struktur bölməsinə müraciət etməyiniz xahiş olunur. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.  
Yazgül Soruşur Yazılma Tarixi:03.09.2023 19:09:12

Salam möhlet hüququ olan şexs eger yaşadiği baki şeheri üzre bir rayondan (sebail) qeydiyyatdan çixib diger bir rayona (bineqedi) qeydiyyata düşerse yeniden qeydiyyata düşdüyü rayona yaxinlaşib komisiyadan keçmelidir,senedler toplamalidir?xestexanada uçota düşmelidir? yoxsa hemin köhne möhlet huququ qüvede qalir?

Müraciətinizə cavab olaraq bildiririk ki, çağırışçıların qanunla müəyyən olunmuş qaydada verilən möhlət müddəti başa çatmadan barələrində yenidən qərar qəbul edilməsi və bu məqsədlə tibbi şəhadətləndirməsi və öyrənilməsi üçün rayon (şəhər) çağırış komissiyasına cəlb olunması qanunamüvafiq sayılmır. Vətəndaşın yaşayış yerinin və müvafiq olaraq hərbi qeydiyyat yerinin dəyişməsi ona müxtəlif əsaslarla (ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə və təhsilini davam etdirmək üçün) verilmiş müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət müddətinin dəyişməsinə (eləcə də möhlət hüququnun ləğvinə) səbəb olmur. Digər sualınızla - vətəndaşın yaşayış yeri üzrə dövlət tibb müəssisəsində qeydiyyatdan keçməsi məsələsi ilə bağlı isə aidiyyəti üzrə TƏBİB-ə müraciət etməyiniz xahiş olunur.
Əbülfəzl Soruşur Yazılma Tarixi:03.09.2023 16:26:15

Men 9cu sinifde herbi muellimi vasitesi ile herbi komisarliqa aparildim orda ilkin müayineden kecdim qeydiyyatdan lakin mene ag bilet verilmedi indi universitete lazimdir 17 yasim var men ne edim

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 08 yanvar 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi tərəfindən tibbi müayinədən keçirilərək, ilkin hərbi qeydiyyata alınmış və şəxsən imza etməklə İQ 319097 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ilə təmin edilmisiniz. Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsi (həmçinin itirilmiş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əvəzinə yeni vəsiqənin verilməsi) onların hərbi qeydiyyata alındığı Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Odur ki, Siz müraciətinizdə qeyd etdiyiniz sənəd ilə yenidən təmin olunmağınız üçün aidiyyəti üzrə Xidmətin Nəsimi rayon idarəsinə müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ciddi hesabat sənədidir. Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.  
Cədvəldə sətir sayı :13924