Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İlkin Soruşur Yazılma Tarixi:23.02.2025 01:40:52

Salam, mən üz sinir iflici keçirmişəm. Uzun müddət müalicəlır alsamda heç bir xeyri olmayıb. Bu xəstəliyə görə hərbi xidmətə yararlı hesab olunurammı ?

Çağırışçıların sinir sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasının tələblərinə əsasən aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunur və hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul edilir.
İsmayıl Soruşur Yazılma Tarixi:23.02.2025 01:13:04

Mən 20.02.2025 tarixində sabunçu tibb mərkəzində yastıpəncəliknən bağlı rentgenə göndərilmişdim zəhmət olmasa onun nəticəsini bilmək isdiyirdim və o cavabla hərbi xidmətə yararlı sayılıram? Əgər yarasız sayılıramsa könüllü gedə bilərəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Bildiririk ki, dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən, Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə olunduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq qərar qəbul ediləcəkdir.
Qəzənfər Soruşur Yazılma Tarixi:22.02.2025 18:31:33

Hara tüşdüyümü bilmək isdəyirəm

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Əli Soruşur Yazılma Tarixi:22.02.2025 11:29:13

Mən sol dirseyim ucun bakida yoxlanisa getmisdim Zehmet olmasa cavab verərdiz yararliyam yoxsa yararsiz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Gəncə şəhəri Nizami rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Emin Soruşur Yazılma Tarixi:22.02.2025 10:36:09

Salam. Təkrar tibbi yoxlanışın cavabını bilmək istərdim

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Bildiririk ki, mütləq və əlavə müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:22.02.2025 04:38:02

Salam mən dinc dovrde hərbi xidmete yararsiz , muharibe dovrunde mehdud yararliyam. 10.31.2026 ci ilde 30 yaṣim tamam olacaq. Amma son tibbi muayine vaxtim 12.12.2026 ci ilde olacaq. Men sonuncu tibbi muayineden keçmeliyem?. Axi sonuncu muayine vaxtim 30 yaşımi keçennen sonraya duşur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinin 2.0.8-ci bəndinə əsasən müddətli həqiqi hərbi xidmətə cəlb edilmə yaş həddi 18 yaşdan 30 yaşadəkdir. 30 yaşı tamam olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə cəlb olunması qanunda nəzərdə tutulmamışdır
Əbülfəz Soruşur Yazılma Tarixi:21.02.2025 23:38:55

Salam, son müayinənin nəticələrini öyrənmək istəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və əlavə müayinəyə göndərilmisiniz.         Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli               59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Sağlamlıq vəziyyətinə görə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Elvin Soruşur Yazılma Tarixi:21.02.2025 18:40:21

Salam men realbitasiyada yoxlanisdan keçmisem ama sadəcə Ayaqda olan zədəni yoxlaıblar amma mende 2 ci dərəcəli döş fəqərəsi skaliozu var idi nie skaliozu yoxllamayıblar bunu öyrənmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 26.08.2024-cü il tarixdə Şəki rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 26.12.2024-cü il tarixdə 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Tural Soruşur Yazılma Tarixi:21.02.2025 16:14:54

Sualim odurki mende xestelikle bagli 3ilden bir kamisiya olunurdum yoxlanis zamanim oktiyabr 2024e idi ama zeng gelmiyib meni yoxlanisa cagirmiyiblar melumat almaq isdiyirdim

Təkrar tibbi müayinəyə cəlb olunmağınızla bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.             Araşdırma zamanı müəyyən edilmişdir ki, Sizə Xidmətin Qaradağ rayon idarəsi tərəfindən verilmiş müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ 05.11.2024-cü il tarixdə qüvvədən düşmüşdür.            Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 20.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına (əvvəllər 35 yaşına) çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.                Təkrar tibbi müayinəyə cəlb olunmağınız üçün şəxsiyyətinizi təsdiq edən sənədlərlə Xidmətin Qaradağ rayon idarəsinə müraciət etməyiniz zəruridir.
Sənan Soruşur Yazılma Tarixi:21.02.2025 11:45:00

Salam. Zəhmət olmasa, yekun tibbi yoxlanışın cavabını bilmək istəyirdim. Yararlı olub, olmadığımı və növbəti hərbi həkim komissiyasının vaxtını

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.         Müəyyən edilmişdir ki, Siz Xidmətin Balakən rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz.         Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.  
Cədvəldə sətir sayı :14890