Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamil Soruşur Yazılma Tarixi:09.09.2023 12:50:20

Salam.Mən 2023 ildə BDU universitetində 4-cü kursu bitirmişəm.Amma bir neçə kəsrim var.Buna görə də 2023-cü il sentyabr ayının 14-nə kimi alt qruplara yazılmalıyam.Alt qruplara yazılmaq üçün BDU məndən əsgərlikdə olmadığıma dair arayış tələb edir.Mən də bu məsələdən ötrü Lənkəran şəhər voenkomatına yaxınlaşdım.Orda mənə sənədin verilə bilməyəcəyini dedilər.Bunu də qeyd edimki,mən əslində iyul ayında hərbi xidmətə getməli idim.Amma 4cü dərəcə piylənməyə görə məni əsgərliyə aparmadılar və 6 aydan bir çağırılacağımı dedilər.Qısacası mən nə etməliyəm?Bu gedişlə mən alt qruplara girə bilməyəcəm.Xahiş edirəm mənə yardım edəsiniz.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz sağlamlıq vəziyyətinizlə əlaqədar müayinənizin yekunlaşmaması səbəbindən barənizdə Lənkəran rayon çağırış komissiyası tərəfindən yekun qərarın qəbulu və müvafiq arayışla təmin olunmağınız mümkün olmamışdır. Bildiririk ki, tibbi şəhadətləndirilməyiniz üçün 02 oktyabr 2023-cü il tarixdə təqdim olunduğunuz Mərkəzi hərbi həkim komissiyasının müayinə nəticələri Xidmətin Lənkəran rayon şöbəsinə daxil olduqdan və barənizdə hərbi xidmətə yararlılığınıza dair qərar verildikdən sonra müvafiq arayışla təmin oluna bilərsiniz. Qeyd olunanlara əsasən, Sizin Xidmətin qeydiyyatda olduğunuz Lənkəran rayon şöbəsi ilə əlaqə saxlamağınız xahiş olunur.    
Vəli Soruşur Yazılma Tarixi:07.09.2023 23:29:12

3 cü kurs tələbəsi səfərbərlik elan olunandan sonra könüllü yazıla bilər?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar ilk olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədilə keçirilən hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara hərbi vəzifəlilər (hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları) çağırılırlar və əyani təhsilalma forması üzrə təhsil alan şəxslər toplanışlardan azad edilirlər. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda ümumi və ya qismən səfərbərliyin elan edilməsi Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında tənzimlənir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.10-cu maddəsinə uyğun olaraq, vətəndaşlara, yaxud vətəndaşların ayrı-ayrı kateqoriyalarına səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi və ya möhlət hüququnun dayandırılması (o cümlədən təhsil alan şəxslərin)  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir.  
İxtiyar Soruşur Yazılma Tarixi:07.09.2023 21:50:17

Salam. Mən universiteti 2023 iyulunda bitirmişəm və həmin müddətdən çağırışçı statusundayam. Amma gözüm zəif olduğu və böyrəklərimdə kistalar olduğu üçün hələlik əsgərliyə getməmişəm. Sualım budur ki mən sentyabr ayının 18i türkiyəyə səfər etmək istəyirəm. Üzərimdə çağırışcı hökmü olduğu təqdirdə ölkəni tərk edə bilərəmmi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar ilk olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"yə uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılan, lakin çağırış üzrə gəlməyən və çağırışdan yayınan vətəndaşlar haqqında məlumatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilir və onların dövlət sərhədindən sərbəst hərəkəti məhdudlaşdırılır. Sizin Xidmətin qeydiyyatda olduğunuz Cəbrayıl rayon şöbəsi tərəfindən akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilməyiniz və əlavə tibbi müayinənizin yekunlaşmaması, habelə çağırışa münasibətdə davranış qaydalarınızda müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınmağa əsas verən xüsusatın aşkar olunmaması ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkə sərhədindən sərbəst hərəkətinizə hal-hazıradək hər hansı məhdudiyyət tətbiq olunmamışdır.
Şəfəqət Soruşur Yazılma Tarixi:07.09.2023 14:13:10

Tibb bacısıyam ailəliyem könulu xidmet etmek isteyirem

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Müraciətinizə görə təşəkkür edirik.
Bildiririk ki, zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb olunacaqsınız.
İbrahimxəlil Soruşur Yazılma Tarixi:06.09.2023 23:44:14

Salam, Hərbi bilet nə zaman veriləcək? Bu saytda Göndərilən məlumatlara uyğun çağırışçı tapılmadı kimi amma mygov sistemində isə çağırışçı kimi qeyd olunuram. Bilmək istərdim ki, bu kimi halda ölkədən çıxışıma hər hansı bir məhdudiyyət varmı? hərbi bilet verilmədiyi halda. Öncədən təşəkkürlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin əlavə tibbi müayinəyə göndərildiyiniz Nizami Tibb Mərkəzində tibbi müayinəniz başa çatdıqdan və müayinənin nəticələri Xidmətin qeydiyyatda olduğunuz Quba rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul olunacaqdır. Müraciətinizlə bağlı onu da qeyd edirik ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (Siz də daxil olmaqla) çağırışçı hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"yə uyğun olaraq, çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan yayındıqda və barələrində hərbi hissəyə təyin olunmalarına dair qərar verilərək, xidmət yerlərinə təhvil verildikdə adları “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilir. Əlavə olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar tibbi müayinədən (o cümlədən əlavə tibbi müayinə keçməkdən) yayındıqları halda da onların barəsində müəyyən olunmuş zəruri məhdudlaşdırıcı tədbirlər görülür.
Hüseyn Soruşur Yazılma Tarixi:06.09.2023 21:53:23

Telime nece yazila bilərəm gedmek üçün

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Bildiririk ki, gələcəkdə keçirilməsi nəzərdə tutulan təlim toplanışları ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş sifarişlərə əsasən yaş kateqoriyanız, qöşun növünüz, vəzifəniz, hərbi uçot ixtisasınız və s. tələblərə uyğun olduğu halda, hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb oluna bilərsiniz.
Hüseyn Soruşur Yazılma Tarixi:06.09.2023 15:54:08

Telime nece yazila bilərəm gedmek üçün

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Bildiririk ki, gələcəkdə keçirilməsi nəzərdə tutulan təlim toplanışları ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş sifarişlərə əsasən yaş kateqoriyanız, qöşun növünüz, vəzifəniz, hərbi uçot ixtisasınız və s. tələblərə uyğun olduğu halda, hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb oluna bilərsiniz.
Fərhad Soruşur Yazılma Tarixi:05.09.2023 20:38:20

Salam. Mən 1 saylı asan xidmət mərkəzinə qeydiyyatımı rayondan Bakıya dəyişdirmək üçün müraciət edəndə mənə hərbi xidmətdə olmamış (təhsilə görə, 25 yaş) şəxslər hələ çağırışçı sayılır və onların qeydiyyatı rayondan Bakıya dəyişdirilə bilməz deyildi. Mən iş yeri təyinatına görə Bakı qeydiyyatına keçməliyəm.Belə bir qayda varmı? .

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Çağırışçıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin struktur bölməsi tərəfindən hərbi qeydiyyat yerinin dəyişdirilməsi onların Daxili İşlər Nazirliyinin müvafiq strukturu tərəfindən yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə paralel həyata keçirilir. Belə ki, çağırışçı Daxili İşlər Nazirliyinin müvafiq struktur bölməsi tərəfindən verilmiş yeni yaşayış yerinə qeydiyyata alınmağa razılığı əks etdirən sənədlə - ərizə-anketlə birlikdə Xidmətin qeydiyyatda olduğu struktur bölməsinə (və ya Xidmətin “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən səlahiyyətli nümayəndələrinə) şəxsən müraciət edir, özünün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsini təqdim edir və bundan sonra onun hərbi qeydiyyatdan çıxarılaraq, hərbi qeydiyyat yerinin yeni yaşayış yeri üzrə dəyişdirilməsi həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsində hərbi qeydiyyat yerinin dəyişdirilməsini əks etdirən qeydlər aparılmış çağırışçının Daxili İşlər Nazirliyinin müvafiq struktur bölməsi tərəfindən yeni yaşayış yeri üzrə qeydiyyata alınması təmin edilməlidir.
İbrahim Soruşur Yazılma Tarixi:05.09.2023 15:21:06

Salam.seferberlik olsa necə qeydiyyatdan keçmək olar.? zəhmət olmasa məlumat verersiz. Yaşasın Azərbaycan.yasasin ordumuz.yasasin ali baş komandan

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Müraciətinizə görə təşəkkür edirik.
Bildiririk ki, zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb olunacaqsınız.
Ülvi Soruşur Yazılma Tarixi:05.09.2023 15:14:43

Salam men konullu doyuslerde istirak etmek isteyirem 2 ci Qarabag muharibesi istirakcisiyam hec bir xesaretim pisxaloji prablemim yoxdu Fizuli,Xocavend ve Cebrayil rayonlarinin isagaldan azad olunmasinda istirak etmisem sizden xahis ediremki meni konullu olaraq doyuslerde istirak etmey ucun komeklik gosteresiniz artiq derecede xais edirem diqqetiniz ucun minnetdaram

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır.
Müraciətinizə görə təşəkkür edirik.
Bildiririk ki, zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :13924