Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmin Soruşur Yazılma Tarixi:21.02.2025 10:58:45

salam mən hərbi xidmətdən vaxdından əvvəl (yastıpəncəlik)ehtiyeta buraxılmışam. Mən xəstəxanada müayinə olunsam yararlı olsam bu seferlik xidmetine qeyd olur yoxsa yox ?

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci           il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər    “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış ehtiyatda olan vətəndaşların tibbi şəhadətləndirilməsi 5 (beş) ildən bir keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi xidmətə yararlılıq kateqoriyası dəyişdirildiyi halda hərbi biletində xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər aparılacaq.
Əli Soruşur Yazılma Tarixi:21.02.2025 07:26:54

Salam mən Xəlilov Əli Elçin oğlu təvəllüdüm15.08.2001 Suraxanı rayon hərbi komissarlıq ucotundayam iyul (avqust) ayında diz bağının qırılması və diz qigirdaginda osteoxandroma ilə bağlı müayinədən kecmisem Lakin hələ də cavab almamışam yekun qərari bilmək istəyirəm bu diaqnozla yararlı yoxsa yararsız hesab olunuram önceden təşəkkürlər

Müəyyən edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən 30.05.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 13.08.2024-cü il tarixdə yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci          il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə     “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, 2025-ci ilin aprel çağırışı zamanı təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Xəyal Soruşur Yazılma Tarixi:21.02.2025 07:14:07

Salam,mən hərbi xidmətə qəbul üçün müraciət etmişdim və imtahanda iştirak etmək istəyirdim.İmtahan üçün qeydiyyatdan necə keçə bilərəm?

Vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, Xidmətin Aparatında keçirilən müsahibənin və Dövlət İmtahan Mərkəzində keçiriləcək test imtahanının nəticələrinə uyğun olaraq müəyyən edilir.
Şəhriyar Soruşur Yazılma Tarixi:20.02.2025 22:01:48

Salam 2022-2023 herbi xidmetde olmusam.Seferberlik ve Herbi xidmete cagiris dovlet xidmetinde mulki yox zabit veya gizir kimi ise qebul olunmaq ucun ne etmeliyem.Ali tehsilliyem Azerbaycan Dovlet Iqtisat Universitinin Muhasibat ucotu ve audit Ixtisasini bitirmisem.Sizde normativ var? test suallarindan basqa? qebul ucun hansi senedler teleb olunur ve idman test imtahani olur?

Vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, Xidmətin Aparatında keçirilən müsahibənin və Dövlət İmtahan Mərkəzində keçiriləcək test imtahanının nəticələrinə uyğun olaraq müəyyən edilir. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verməklə ərizə ilə (ərizəyə tərcümeyi-hal, anket, diplomun surəti, hərbi biletin surəti və şəxsiyyət vəsiqəsinin surəti əlavə olunsun) müraciət etməyiniz tövsiyə olunur.
Ümid Soruşur Yazılma Tarixi:20.02.2025 21:28:47

Salam. Bronxial astma xəsdəliyi və yaxud bronxlarında alergiyası olan insan hərbi xidmətə yararlıdırmı? Əlavə olarağ yastı pəncəli necə dərəcədə yararsız hesab olunur?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, çağırışçıların “Tənəffüs orqanlarının xəstəlikləri üzrə” tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-48-ci maddələrinə əsasən aparılır. “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə” tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57-63-cü maddələrinə əsasən aparılır Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
Mürvət Soruşur Yazılma Tarixi:20.02.2025 15:49:22

Hər vaxtınız xeyir. 04.09.2024 tarixində Respublika Reabilitasiya Mərkəzində müayinələrdən keçmişəm. Zəhmət olmasa, son qərar haqqında məlumat verərsiniz.

Müəyyən edilmişdir ki, 2024-cü ilin aprel çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 16.04.2024-cü il tarixdə Milli Onkologiya Mərkəzinə və 22.07.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq 10.08.2024-cü il tarixdə 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilərək, Sizə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdiyi üçün Siz 2025-ci ilin aprel çağırışına cəlb edilmisiniz.
Həzrət Soruşur Yazılma Tarixi:20.02.2025 15:48:20

Mən vaykomatdan yadan keçmişəm hara düşəmüşəm bilmək olar

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
Şahmar Soruşur Yazılma Tarixi:20.02.2025 15:42:18

Salam yekun tibbi yoxlanışın cavabını bilmək istəyirdim. Məlumat verə bilərsinizmi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Bildiririk ki, mütləq və əlavə müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Akif Soruşur Yazılma Tarixi:20.02.2025 14:01:09

Salam mən 03.01.2007 təvəllüdlü İsmayılov Akif Elşən oğlu Sumqayıt şəhər voenkomatında qeydiyyatdayam çağrışçiyam.sonuncu müayinəm əmək və əhalinin sosial ekspertizasında olub.bilmək istiyirem ne qərar verildi.öncədən təşəkkür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Faiq Soruşur Yazılma Tarixi:20.02.2025 00:48:15

Salam mənə hərbi bileti verilib xəstəliyə görə mənə pensiya düşür ya yox bunu öyrənmək istəyirəm

Sizə pensiya təyin olunmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş təkrar elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.           Bildiririk ki, qeyd etdiyiniz məsələnin həlli Xidmətin səlahiyyəti xaricində olduğu üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.           Nəzərə almağınız xahiş olunur.
Cədvəldə sətir sayı :14890