Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
AKİF Soruşur Yazılma Tarixi:15.02.2025 05:59:50

Salam fevralın 3 əlillərin bərpa mərkəzindən keçmişəm son qərar barədə məlumat almaq istəyirəm zəhmət olmasa.

Bildirilir ki, Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin    I qrafasının tələblərinə əsasən 6 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edildiyinizdən müddətli həqiqi hərbi xidmətə çağırışdan 19.08.2025-ci il tarixədək möhlət hüququ almısınız.  
Xəyal Soruşur Yazılma Tarixi:15.02.2025 01:33:36

Salam mənim hərbi yoxlanişim 2024Mart ayında olmaliydi ama çağirmadilar səbəbini bilmək istəyirəm əyer mümkün durse

Bildiririk ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və 20.02.2025-ci il             tarixdə Yardımlı rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” Xidmətin Yardımlı rayon bölməsinə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Mübariz Soruşur Yazılma Tarixi:14.02.2025 15:58:18

Salam menim 32 yaşım var. Son olaraq Prezidentimiz İlham Eliyev tesdiqlediyi qanunla herbi xidmete yaş haddi 30 yasa endirildi. Men 32 yasimda olduhgum ucun õmurluk peçati vurdura bilerem? Indiden cavabiniz ucun teşekkür edirem.

30 yaşı tamam olmuş şəxslərin təkrar tibbi müayinəyə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.
           Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 20.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına (əvvəllər 35 yaşına) çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.     
           Odur ki, 30 yaşı tamam olmuş şəxslərin təkrar tibbi müayinəyə cəlb olunmaları və hərbi qeydiyyat sənədlərində bu barədə qeydlərin aparılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

Ziyad Soruşur Yazılma Tarixi:14.02.2025 13:34:48

Veteran pulunu alıram amma vəsiqəni yox hara müraciət edim ki verilsin?

“Müharibə veteranı” vəsiqənizin verilməsinə dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Vətən müharibəsi iştirakçılarına təqdim edilməsi nəzərdə tutulan “Müharibə veteranı” vəsiqələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların hərbi qeydiyyatda olduqları Xidmətin strukturuna daxil olan qurumlarına göndərilir. Qeyd edirik ki, “Müharibə veteranı” vəsiqəniz hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölməsinə daxil olduğu təqdirdə Sizə təqdim olunması üçün struktur bölmə tərəfindən məlumat veriləcəkdir. Əlavə olaraq məsələ ilə əlaqədar ətraflı məlumatın əldə edilməsi üçün aidiyyəti üzrə xidmət keçdiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 
Sevil Soruşur Yazılma Tarixi:14.02.2025 12:57:08

SHXÇDX-nə hərbi qulluqçu kimi qəbul oduqdan sonra müqavilə müddəti başa çatmadan dövlət qulluğu müsabiqəsində iştirak etmək olarmı?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmət (öhdəlik müddəti) müddətiniz başa çatdıqdan sonra Siz dövlət qulluğu müsabiqəsində iştirak edə bilərsiniz. 
Məhəmməd Soruşur Yazılma Tarixi:14.02.2025 12:01:28

Salam men 2024 ilin noyabr dekabr aylarında voenkomatin gonderisine esasen tibbi müayinədən kecmisem yekun həkim rəyini bilmek istərdim

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.         Bildiririk ki, eyniməzmunlu müraciətinizə baxılaraq nəticəsi haqqında Sizə      14.02.2025-ci il tarixdə cavab verilmişdir.
Elmira Soruşur Yazılma Tarixi:14.02.2025 11:04:40

Salam Xanımam ailəliyəm Mülki işə və hərbi işə qəbul olmaq isdeyirəm, qardaşım həpisdədir hərbici olub işindən yayındıqına görə tutulub ,bu mene engeldirmi mən qəbul ola bilərəm.?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır.          Nəzərinizə çatdırırıq ki, gizirlərin həqiqi hərbi xidmətinə 19 yaşından 40 yaşınadək qadınlar, zabitlərin həqiqi hərbi xidmətinə isə hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar qəbul olunurlar. Lakin qardaşınızın həps olunması Sizin xidmətə qəbulunuza maneə törədə bilər.
TURAN Soruşur Yazılma Tarixi:14.02.2025 00:20:40

Salam men Sayilov turn zohrab oqlu 2013 cu ilde herbi xidmete caqirilmisam samaxi vayenkamatdan. Yararli olaraq. Herbi xidmete ali tehsilli olaraq 1 illik getdim. 11 ayin esgeri olanda keratakonius xesteleiyi tapildi mende 30 B II qrafa muharibe dovrunde xidmete yararsiz sulh divrunde mehdud yararli oldu 34 gun qalmis xidmetin bitmeyine xestelik herbi xidmet divrunde alinmawi qryd olunub ama men hec bir konoensasiya verilmedi sebeb bilmek olar ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq 3 (üç) il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur.
Ülvi Soruşur Yazılma Tarixi:14.02.2025 00:16:23

Salam, yanvarın 31-i əlavə yoxlanışdan keçmişəm və zəhmət olmasa nəticəni öyrənmək istəyirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz növbəti təkrar şəhadətləndirilmə zamanı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 20.06.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 07.02.2025-ci il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
Mahir Soruşur Yazılma Tarixi:13.02.2025 20:02:03

Axırıncı müayinəyə dair nəticələri əldə etmək isdəyirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Masallı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
Cədvəldə sətir sayı :14890