Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mövlan Soruşur Yazılma Tarixi:23.01.2025 14:36:34

Salam,mən noyabr ayında tibbi müayinələrdən keçmişəm ,cavabı və hansı xəstəlik üzrə yararsız olduğumu bildirməyinizi xahiş edirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Quba rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinəyə cəlb olunmusunuz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                    I qrafasına əsasən “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bildiririk ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.    
Elvin Soruşur Yazılma Tarixi:23.01.2025 13:45:12

Salam. Öd kisəsi olmayanlar xidmətə yararsız sayılır yoxsa yararlı?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Öd kisəsinin çıxarılmasından sonrakı vəziyyət” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Toğrul Soruşur Yazılma Tarixi:23.01.2025 13:43:31

Salam men rayon uzre tibbi yoxlanisdan kecmisem ve kecdikden sonra mene deyildiki xeber edilen zaman bakiden yoxlanisa gonderilecek men bilmek isdeyiremki men bakiye yoxlanisa ozum getmeliyem yoxsa herbi komisarliqdan mene xeber verilmelidir

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Hacıqabul rayon şöbəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Hacıqabul rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Hacıqabul rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.  
Ozal Soruşur Yazılma Tarixi:23.01.2025 12:14:54

Salam, son muayinem noyabr 29 olub. DTSERA nin neticesi ne oldu bilmek isterdim.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin             I qrafasına uyğun olaraq “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Nihad Soruşur Yazılma Tarixi:23.01.2025 11:20:56

Salam menim hansi herbi hissede xidmet edeceyim yer ne vaxt cixacaq nece gundu goslyurem helede cxmir bir melumat vererdiz xais edirem

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Pərvin Soruşur Yazılma Tarixi:22.01.2025 21:55:03

Salam.mən 07.01.2025 ci il tarixində əmək və əhalinin sosial müdafiyə nazirliyində yoxlanışdan keçmişəm .mən bilmək istəyirəmki mənim cavablarım ne vaxt çıxacaq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Şəki rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
Zaur Soruşur Yazılma Tarixi:22.01.2025 16:52:15

08.01.2025 tarixində Reabiltasiya mərkəzində tibbi müaniyədən keçdim və yararlı olduğum məlum oldu 20.01.2025 tarixinə mənə çağırış vərəqəsini verdilər hal-hazırda xidmət edəcəyim yer haqqında məlumat yoxdur.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Ağa Soruşur Yazılma Tarixi:22.01.2025 16:27:45

Salam. Mən 10.01.2024 tarixində yoxlanışdan keçmişəm və nəticəni öyrənmək istərdim. Birdə ki nəticə ilə bağlı apellyasiyaya müraciət edə bilərəm? Bunun üçün nə etmək lazımdır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və əlavə müayinəyə göndərilmisiniz.         Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli               59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “Sağlamlıq vəziyyətinə görə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.       Barənizdə verilmiş qərarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz var.
Nihad Soruşur Yazılma Tarixi:22.01.2025 15:43:55

Salam. Mən oktyabr 2024 cağrişcısıyam tibbi kamisiyada diaqnoz 2ci dərəcəli skaliriyoz 1ci dərəcəli yastı pəncə və ürəkdə problem olduğunu dedilər. Yanvarda yenidən cağırdilar dedilər xəstəsən sonra həkim kamisiyasına göndərdilər indi cağırış kağızı veriblər. Mənə hansı kateqoriya yaziblar onu bilmək isdəyirəm və hansı hərbi hissəyə düşmüşəm bu barədə xahiş edirəm mənə cavab verərdiz

Müəyyən edilmişdir ki, Siz 2025-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 16.01.2025-ci il tarixdə “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisininz. 28.01.2025-ci il tarixdə təyin olunduğunuz Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz.  
Qəhraman Soruşur Yazılma Tarixi:22.01.2025 15:02:53

Azərbaycan Respublikası Prezidentinin 19.02.1992-ci il tarixli, 578 saylı fərmanına əsasən Səfərbərliklə Balakən rayon keçmiş Hərbi Komissarlığı tərəfindən 14.10.1992-ci il tarixində hərbi xidmətə çağırılmış və Mingəçevir şəhərində yerləşən 235 saylı hərbi hissəyə göndərilmişəm.Hərbi xidmətimi 123 saylı hərbi hissədə davam etdirmişəm.Həmin müddətdə Ağdərə istiqamətində gedən döyüşlərdə mərmi partlayışı nəticəsində ağır kontuziya almış, 2 nömrəli Hərbi Səhra Hospitalında müalicə almışam.19.11.1992-dən-23.12.1992-ci il tarixinədək 230 nömrəli hərbi hissənin hospitalında hər iki ayağın donvurması diaqnozu ilə müalicə almışam.Mənə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 23.11.2016-cı il tarixli 107 nömrəli qərarı ilə 2-ci qrup müharibə əlilliyi təyin edilmişdir.2023-cü ilin fevral ayında əlliyim ləğv edilmişdir.Hal-hazırda heç bir statusum yoxdur. Mənə müharibə veteranı statusunun və prezident təqaüdünün verilməsi üçün nə etməliyəm

“Müharibə veteranı” statusunun verilməsinə və əlillik dərəcəsinin bərpa olunaraq müvafiq təqaüdün təyin edilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Mövcud qanunvericiliyin tələblərini və Sizin 14.10.1992-ci il tarixdən 23.12.1992-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 837 və 123 nömrəli hərbi hissələrinin tərkibində xidmət keçməyinizi nəzərə alaraq, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün mövcud sənədlərlə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya, əlillik dərəcəsinin bərpa olunması ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14804