Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mirməhəmməd Soruşur Yazılma Tarixi:01.02.2025 22:59:12

Salam. Mən dekabr ayının ortaları əlillərin bərpa mərkəzində son müayinələrdən keçmişəm, heç bir xəbər yoxdur. Xahiş edirəm nəticə barədə ətraflı məlumat verəsiniz

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Bəhruz Soruşur Yazılma Tarixi:01.02.2025 14:29:20

Mən 2024 məzunuyam və bu il magistr imtahani üçün qeydiyyatdan keçmişəm . Qeydiyyat sənədini hərbi komissarlığa versəm , imtahan qədərki müddət və nəticənin cixacağı müddətə qədər möhlət ala bilərrəmmi . Birdə f66 diaqnozum var amma tam təsdiqlənməyib . Bu diaqnoz təsdiqləndiyi tədqirdə tam yararsız statusu alırammı ? Və bu diaqnozu tam təsdiqlətmək üçün hara müraciət etməliyəm .

Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin iyul çağırışına cəlb edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 29.06.2024-cü il tarixdə dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən məlumat veriləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:01.02.2025 14:15:19

Salam. 30 yaşı tamam olanlar, hərbi xidmət üçün tibbi yoxlanılışa və yaxud müddətli hərbi xidmətə çağırılır mı? Bəzi mənbələr hərbi xidmət yaşını 31.5 yaşa uzadıldığını deyirlər. Xahiş edirəm, düzgün məlumat verərdiniz. 30 yaşı olan bir şəxs, hərbi xidmətə çağırılır mı?

30 yaşı tamam olmuş şəxslərin hərbi xidmətə çağırılmağına dair  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş                               18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları çağırışçılar hesab edilirlər və müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər.    Həmin Qanunun 39-cu maddəsinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün 31,5 yaşdır.    Göstərilənləri nəzərə alaraq 30 yaşı tamam olmuş şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Zeynəb Soruşur Yazılma Tarixi:01.02.2025 13:21:49

Salam. Hərbi xidmətə çağırış zamanı, həkim yoxlanışı zamanı varikozdan(ayaqlarında) əziyyət çəkən şəxs hərbi xidmətə yararlı hesab olunur?

Çağırışçıların qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin     39-44-cü maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.  
Əli Soruşur Yazılma Tarixi:01.02.2025 11:13:05

Salam, mən Naxçıvan şəhər qeydiyyatıyam. Fərəcov Əli Fərəc oğlu. Doğum tarixim 06.03.2001. Yekun müayinəmin nəticəsi barədə qərarı öyrənmək istəyirəm. Və eyni zamanda bildirmək istəyirəm ki, mən də III dərəcəli varikosel olduğu halda nə üçün 3 aydan bir müayinədən keçirəm? Qanunvericiliyə görə mən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmalıyam.

Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışında qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər  idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 15.10.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 31.01.2025-ci il tarixdə 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
ÜLVİ Soruşur Yazılma Tarixi:31.01.2025 20:40:18

Salam. Məndə 2023 cü ilde hekim muayinesinde 2.derece Skolyoz təyin olunub. Hərbi bileti ne vaxt verecekler?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Astara rayon şöbəsi tərəfindən tibbi müayinələrə cəlb olunmusunuz. Müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcək və hərbi biletlə təmin olunacaqsınız.  
Nahid Soruşur Yazılma Tarixi:31.01.2025 17:43:55

Salam ensefalopatiya diaqnozu verilmiş şəxs Hərbi xidmətə yararlıdırmı ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.         Bildiririk ki, “Baş-beynin, onurğa-beyninin damar xəstəlikləri: funksiyaların cüzi dərəcədə pozulması ilə; beynin nadir baş verən tranzitor işemiyaları; mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan tez-tez baş verən bayılmalar diaqnozu” ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.        Əlavə olaraq bildiririk ki, yekun tibbi müayinəniz aparıldıqdan sonra barənizdə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Emir Soruşur Yazılma Tarixi:31.01.2025 11:30:22

Salam, bilmək istərdim mənə hansı tarixə qədər möhlət hüququ verilib və təkrar müayinəyə nə vaxt çağırılacam. Minnətdaram.

Müəyyən edilmişdir ki, Siz 27.10.2022-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq   “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, 27.10.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
İlham Soruşur Yazılma Tarixi:31.01.2025 02:26:55

Kəkələməsi olanlar nitqində qüsur olanlar hərbi xidmətə aparılır?

Bildiririk ki, “Orta dərəcədə ifadə olunmuş, qısamüddətli nevrotik pozuntular olduqda. Nitqin kifayət qədər aydın olmamasına səbəb olan orta dərəcədə kəkələmə və digər nitq pozulmaları” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasının tələblərinə əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Nahid Soruşur Yazılma Tarixi:30.01.2025 19:07:43

Salam. 2025 - ci il Yanvar ayında xidmətə gedən əsgərlərin, Gəncə 777 nömrəli hərbi hissədə and içmə tarixi nəvaxtdır ?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890