Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şaiq Soruşur Yazılma Tarixi:27.01.2025 15:37:15

Salam. Məni keçən ay komissarlıqdan bakıya apardılar sosialda həkimlərdən keçməyə. Onun cavabını bilmək istəyirdim

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bildiririk ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Nihad Soruşur Yazılma Tarixi:27.01.2025 13:40:39

Salam Men Nəticələrimi öyrenmek isdeyirem Əsgər gedecem?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 05.12.2024-cü il tarixdə Xidmətin Xaçmaz rayon şöbəsinin çağırış komissiyası tərəfindən təkrar tibbi baxışdan keçirilmiş və səhətiniz ilə əlaqədar olaraq Quba rayon mərkəzi xəstəxanasına əlavə müayinəyə cəlb olunmusunuz. Əlavə olaraq bildiririk ki, müayinəniz yekunlaşdıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli         59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.
Firidun Soruşur Yazılma Tarixi:27.01.2025 12:52:06

Salam. Ayın 24-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun yoxlanışdan keçmişəm. Nəticəni öyrənmək istəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Ramin Soruşur Yazılma Tarixi:27.01.2025 11:58:34

Mənə 6 ay möhlət verilmişdi, 10 gün əvvəl yenidən yoxlanışdan keçdim amma hələ cavab verilməyib. Yekun nəticəni öyrənmək istəyirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq olaraq 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Xidmətin Naxçıvan şəhər idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisələrində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.  
Fərid Soruşur Yazılma Tarixi:27.01.2025 01:17:30

Salam, Mən 2019 cu ildən sağlamlığmdakı problemlərə görə Dinc Dövrdə yararsız,müharibə dövründə məhdud yararlı hesab edilmişəm. 2022 ci ildə yoxlanışdan keçmişəm, 23.1.2 ci maddəyə əsasən yenidən mənə yoxlanış olacaq mı? Səhv etmirəmsə köhnə qaydalara əsasən 3 ildən bir olan 2025 İyul da yoxlanış olurdu. Yenə yoxlanış olacaq mı olmayacaq mı ? Amma 23.1.2 ci maddəyə əsasən ehtiyata keçirilmişəm. Oğuz rayonunda qeydiyyatdayam. Ordan məlumat ala bilmədim. Xahiş edirəm məlumat verəsiz

2025-ci il tarixdə növbəti tibbi müayinəyə cəlb edilib-edilməyəcəyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Müraciətinizə cavab olaraq bildiririk ki, Xidmətin Oğuz rayon bölməsində olan hərbi qeydiyyat sənədlərinizə əsasən, Sizin 13.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 66-cı maddəsinin I qrafasının “c” bəndi ilə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyiniz məlum olmuşdur. Xidmətin Oğuz rayon bölməsi tərəfindən 30.06.2022-ci il tarixdə növbəti təkrar tibbi müayinədən keçirilərkən, barənizdə əvvəlki diaqnoz öz təsdiqini tapmış və Sizə 30.06.2025-ci il tarixədək çağırışdan möhlət verilmişdir.           Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar yalnız 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    
Cəmilə Soruşur Yazılma Tarixi:26.01.2025 23:46:14

Salam. Meni bir sual maraqlandirir. Qardawima gore maraqlaniram. Qardawim 1996-ci il tevelluddu.Bu ile qeder ayaqaltinin 2 -ci dereceli oldugu ucun herbi xidmete yararsiz yaziblar. Ve her 3 ilden bir hekim yoxlaniwinnan kecib herbide bu il ise Sosial Mudafie Nazirliyi yararli oldugunu qerar verib. Bu nece ola biler. Aydinliq getirmeyinizi xahiw edirem. Onceden tewekkurumu bildirirem

Müraciətiniz ilə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qardaşınızın adı, soyadı, atasının adı və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.  
Fariz Soruşur Yazılma Tarixi:26.01.2025 20:51:14

Salam mən Həsənov Fariz Ramil oğlu. Keçən il oktyabr ayında tibbi komissiya da oldum. Amma rəyi mənə verilmədi. Cavabı deyilmədi qərarı necə öyrənə bilərəm cavab nə olub

Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət             Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                    I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Səhhətinizlə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Qadir Soruşur Yazılma Tarixi:26.01.2025 12:26:26

Salam, mən ilkin hərbi qeydiyyatdan keçdiyim zaman məhdud yararlı təyin olunmuşam, çənə yümüyün qarşıya çıxdığına görə sağalmadığm halda hərbi xidmətə apara bilərlər məni?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.          Bildirilir ki, çağırışçılar hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul edilir.  
Lətif Soruşur Yazılma Tarixi:25.01.2025 20:31:15

Salam öncədən sizlərə təsəkkür edirəm ki belə bir istifadə imkani yaratmsiziniz mən . Lətif Qasimov Yaqub oğlu 04 . 03 m 2001 ci il təvəllüdlü . Ağstafa rayon köhnə kişlak kəndin də anadan olmuşam hərbi xidmtəti bitirməmişəm və sizə demək istəyirəm ki mənim belimin sol tərəfin də isqalyoz problemim çixib ( biraz əyriliy var ) sağ gözüm biraz zəyif görür onun üçün məni əsgərliyə aparmirlar mən də hami kimi həqiqi hərbi xitmətə könülü getməy istəyirəm . Sizdən xaiş edirəm ki mənim ərzəmə baxib bu haqq da məlumat verə bilərsiz zəhmət olmasa

Müddətli həqiqi hərbi xidmətə göndərilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş təkrar elektron müraciətlərinizə baxılmışdır.    Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.   Məlum olduğu kimi Sizə səhhətinizlə əlaqədar 06.05.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir.   Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin       29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər.             Odur ki, sağlam hesab olunduğunuzu təsdiq edən sənədlərlə Xidmətin Ağstafa rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:25.01.2025 12:40:56

Mən 41.0.6 maddəsi ilə xidmətə uyğunsuzluğa görə ehtiyata buraxilmisam 2019 cu ildə və 2024 il 1 noyabr Təlimə cəlb olunmuşam 14 günlük mən yenidən hərbiyə qayıda bilərəm?

Yenidən həqiqi hərbi xidmətə qəbul edilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890