Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Soruşur Yazılma Tarixi:24.01.2025 11:30:42

Men dekabr ayinda herbi yoxlanislardan kecmisem yekun hekim reyini bilmek isterdim xahis edirem cavablandieardiz

          Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Sabunçu rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz.           Müayinələriniz yekunlaşdıqdan sonra dövlət tibb müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən barənizdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Sabunçu rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Məhəmməd Soruşur Yazılma Tarixi:24.01.2025 10:53:44

Salam mən Məhəmməd İsmayılov Mehman oğlu 27.12.2006 tarixində dünyaya gəlmişəm.Abşeron rayon şöbəsi qeydiyyatındayam.Hərbi xidmətə çağırış üçün həkim yoxlanışında öd kisəmdə polip aşkar olunmuşdur.Polipin böyüklüyü 4mm-dir.Buna baxmayaraq mənə hərbi çağırışdan möhlət izni verilməmişdir. Bu haqda hərbi komissarlığın nümayəndələrinə məlumat versəm də nəzərə alınmayıb.UZİ aparatından çəkilmiş şəkildə öd kisəmdə olan 4mm-lik polip açıq-aşkar görünür.Buna baxmayaraq hərbiyə çağrılma səbəbim nədir?Zəhmət olmasa cavablandırardınız. Sizdən xahiş edirəm ki, şikayətimi nəzərə alıb,Respublika Qanunvericiliynə uyğun olaraq qərar verəsiniz.

:   Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Abşeron rayon şöbəsi tərəfindən 2025-ci ilin yanvar çağırışına cəlb edilmiş, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Milli Onkologiya Mərkəzinə, Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Abşeron rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.  
Murad Soruşur Yazılma Tarixi:24.01.2025 10:03:34

Salam, mən bir çox yerdə yoxlanış keçdim və axırıncı dəfə sosialdan keçdim amma hələ də bir cavab gəlməyib, nəticələri bilmək istərdim. Və daha bir sualım var sizə Sinus taxikardiyasına görə yararsız hərbi bilet almış adama təkrar çağırışda yeni problemə görə yenə möhlət verilir yoxsa birbaşa yararsız hesab olunur? (Dəqiqədə 125 döyüntü)

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 03.06.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən 04.11.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən    yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin                29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə      “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bir daha bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Kamran Soruşur Yazılma Tarixi:23.01.2025 21:30:26

Salam. Kiari 1malformasiya xəstəliyi olan şəxs dinc dövürdə həqiqi hərbi xidmətə yararlı sayılır yoxsa möhlət hüququna malikdir?

Çağırışçıların sinir sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        21-27-ci maddələrinin I qrafasının tələblərinə əsasən aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunur və hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul edilir.
Turqud Soruşur Yazılma Tarixi:23.01.2025 18:36:14

Salam. Mənim öd kisəmdə 12mm daş var . Bilmək isteyirem herbi xidmet uçun yararlıyam ya yox?

Bildirilir ki, çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli        59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”ninI qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.
Rəfail Soruşur Yazılma Tarixi:23.01.2025 17:43:57

Salam, bilmək istərdim ki əsgərin 30 yaşı hərbi hissədə tamam olubsa ehtiyata buraxılır ?

Müddətli həqiqi hərbi xidmət zamanı 30 yaşınız tamam olduqda ehtiyata buraxılmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.    Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün 31,5 yaş müəyyən edilmişdir.    Nəzərinizə çatdırırıq ki, müddətli həqiqi hərbi xidmət zamanı 30 yaşınız tamam olduğu təqdirdə ehtiyata buraxılmağınız mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Mövlan Soruşur Yazılma Tarixi:23.01.2025 14:36:34

Salam,mən noyabr ayında tibbi müayinələrdən keçmişəm ,cavabı və hansı xəstəlik üzrə yararsız olduğumu bildirməyinizi xahiş edirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Quba rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinəyə cəlb olunmusunuz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                    I qrafasına əsasən “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bildiririk ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.    
Elvin Soruşur Yazılma Tarixi:23.01.2025 13:45:12

Salam. Öd kisəsi olmayanlar xidmətə yararsız sayılır yoxsa yararlı?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Öd kisəsinin çıxarılmasından sonrakı vəziyyət” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Toğrul Soruşur Yazılma Tarixi:23.01.2025 13:43:31

Salam men rayon uzre tibbi yoxlanisdan kecmisem ve kecdikden sonra mene deyildiki xeber edilen zaman bakiden yoxlanisa gonderilecek men bilmek isdeyiremki men bakiye yoxlanisa ozum getmeliyem yoxsa herbi komisarliqdan mene xeber verilmelidir

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Hacıqabul rayon şöbəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Hacıqabul rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Hacıqabul rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.  
Ozal Soruşur Yazılma Tarixi:23.01.2025 12:14:54

Salam, son muayinem noyabr 29 olub. DTSERA nin neticesi ne oldu bilmek isterdim.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin             I qrafasına uyğun olaraq “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14890