Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fərid Soruşur Yazılma Tarixi:22.07.2023 08:36:22

Salam. Mən yararlıyam? Yararlıyamsa, harda xidmət edəcəm? Mesaj gəlməyib hələ.

Müraciətinizə cavab olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb olunmuş 1998-ci il təvəllüdlü Kərimov Fərid Vüqar oğlu rayon çağırış komissiyasının qərarı ilə hərbi xidmətə yararlı sayılmış və müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Ordusuna təyin olunaraq, 26 iyul 2023-cü il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir.    
Rauf Soruşur Yazılma Tarixi:22.07.2023 08:24:00

Salam mən dəfələrlə sual yazmışam amma cavab verilmir. Vaenkamat meni muanələrə göndərdi may ayında psixoloji iyun 3ise topçubaşova odumu böyrəyimi yoxlamaya mənim barəmdə nə vaxt qərar veriləcəyini bilməy istiyirəm

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Suraxanı rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar 2 saylı Klinik Psixiatriya Xəstəxanasına, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına və Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə əlavə tibbi müayinələrə göndərilmisiniz. Müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Məhəmməd Soruşur Yazılma Tarixi:22.07.2023 02:48:44

Salam mənim gözümdə astigmat xəstəliyi var ama hər şeyi yaxşı görürəm Bu halda mən hərbi xidmətə gedə bilərəmmi

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34 “ç” maddəsinin I qrafasının tələblərinə əsasən “Hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8.0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2.0 DPTR-dən artıq və 4.0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm” olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Bildiririk ki, “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.). Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarəsinin, şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.  
Sahib Soruşur Yazılma Tarixi:21.07.2023 22:32:56

Salam mən 30 iyun komisyadan keçmişəm hələ bir məlumat verilmiyib bilmək isfərdim bu ay sonu hərbi xidmətə gedəcəm?

Sizin müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Qaradağ rayon çağırış komissiyasına cəlb olunaraq, hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, öyrənilmiş və əlavə müayinə olunması zərurəti yarandığı üçün 13.06.2023-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Tibb müəssisəsində müayinənin nəticəsinə uyğun olaraq barənizdə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən müvafiq qərar qəbul edilmiş və qəbul edilmiş qərarın baxılması üçün Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur. Bildiririk ki, Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmənin nəticələri Xidmətin Qaradağ rayon idarəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Kamran Soruşur Yazılma Tarixi:21.07.2023 15:49:12

Salam. Yararlıyam yoxsa yararsız bilmek esteyirdim?

Müəyyən edilmişdir ki, növbəti şəhadətləndirilmə zamanı Siz Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Xidmətin Səbail rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Rövşən Soruşur Yazılma Tarixi:21.07.2023 15:12:14

Salam.Bərdə rayon komisarlığı tərəfindən Bakı şəhəri Tramotologiya İnstituna tibbi yoxlanışa göndərilmişəm.19 iyun 2023 tarixində tibbi yoxanışdan keçmişəm.Yoxlanışdan 1 aydan çox keçməsinə baxmayaraq hərbi xidmətə yararlı yoxsa yararsız olmağımla bağlı məlumatım yoxdur.Zəhmət olmasa məlumat verəsiniz.

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq edildikdən sonra Siz hərbi biletlə təmin olunacaqsınız.      
Fizuli Soruşur Yazılma Tarixi:21.07.2023 14:43:05

Salam hərbi ekspertizayanin rəyini bilmək istəyirəm

Məlum olmuşdur ki, Siz Xidmətin Xaçmaz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 08.06.2023-cü il tarixdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyasının qərarı Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq edildikdən sonra Siz hərbi biletlə təmin olunacaqsınız.
Fizuli Soruşur Yazılma Tarixi:21.07.2023 14:41:37

Salam hərbi ekspertizayanin rəyini bilmək istəyirəm

Məlum olmuşdur ki, Siz Xidmətin Xaçmaz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 08.06.2023-cü il tarixdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyasının qərarı Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq edildikdən sonra Siz hərbi biletlə təmin olunacaqsınız.
Vahid Soruşur Yazılma Tarixi:21.07.2023 14:16:01

Salam xaiş edirəm mənim sualımı cavablandırasınız

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almağınızla əlaqədar Naxçıvan Müxtar Respublikası Ordubad rayon çağırış komissiyası tərəfindən 01.07.2026-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri ilə vətəndaşların ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ilə təmin olunması işinin həmin şəxslərin hərbi qeydiyyata alındığı Xidmətin yerli struktur bölməsi tərəfindən həyata keçirildiyini nəzərə alaraq, Sizin aidiyyəti üzrə Xidmətin qeydiyyatda olduğunuz Naxçıvan Müxtar Respublikası Ordubad rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Rahid Soruşur Yazılma Tarixi:21.07.2023 09:52:03

Salam.Sualım budur ki, özüm magistraturaya qəbul olmuşam amma dondurub hərbi xidmətə getmək istəyirəm.Öz qeydiyyatda olduğumuz vaynkomanta yaxınlaşıram deyirlər bu mümkün deyil təhsildən imtina etməlisən və bu halda ən tezi oktyabrda gedə bilərsən.Çağırış iyulun 30-na kimi var nəyə görə oktyabra saxlayırlar.Zəhmət olmasa cavab yazardız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.           Bildiririk ki, Sizə magistratura səviyyəsinə qəbul olmağınızla əlaqədar Lənkəran rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Qeyd edirik ki, Siz hazırda qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən akademik məzuniyyət verildiyi və ya təhsil müəssisəsindən xaric olunduğunuz halda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb oluna bilərsiniz. Əlavə olaraq bildiririk ki bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində hər növbəti çağırışa hazırlıq dövründə həmin çağırışa cəlb olunmuş vətəndaşlar tibbi şəhadətləndirilir, öyrənilir və onlardan hərbi xidmətə yararlı hesab olunan çağırışçılar müddəti həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissələrə təyin olunaraq, əvvəlcədən tərtib olunmuş qrafik əsasında xidmət yerlərinə göndərilirlər.
Cədvəldə sətir sayı :13933