Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamil Soruşur Yazılma Tarixi:17.01.2025 11:14:08

Salam. Dekabrın 20 sində reabilitasiya mərkəzində yoxlanışdan keçmişəm. Cavablar barədə məlumat verərdiz zəhmət olmasa.

Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət             Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                   I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Nahid Soruşur Yazılma Tarixi:16.01.2025 22:54:09

Salam Mən Əskərov Nahid Namik oğlu Masallı rayon Qeydiyatıdayam. Reabilitasiya Cavablarımı örgənmək istəyirəm. Artıq 1 il 6 aydır Heç bir cavab verilmir Gözümdən zəifliyim var Dəri üzrə reabilitasiyaya göndərmişdilər Hərbi akademiyasına sənəd verən zaman Göz dərəcəmin zəif olduğundan yararsız hesab olunmuşdum. Ama hərbi xidmətə yararlı yazmışdılar gözümdən. Reabilitasiyaya gözdən deyil dəri xəstəlikindən yazmışdılar Xahiş edirəm Bu məsələyə baxardınız

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. 2025-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur.
Ruslan Soruşur Yazılma Tarixi:16.01.2025 22:53:12

Salam 2020 vətən muharbesi iştirak etdikdən sonra dekabr aynda ağciyərə ləkə düşmesiyle 10 ay xidmət dövründə vaxdndan əvvəl ehtiyata buraxldim apreldə kamisyadan keçəcem əyər heçbir şey yoxdursa hərbi biletin yaralı olacaq ?

Təkrar tibbi müayinənin nəticəsinə əsasən sağlam hesab olunduğunuz təqdirdə hərbi biletinizdə yararlı olmağınız barədə müvafiq qeydlərin aparılmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.   Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.2-ci maddəsinə əsasən birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir.            Müəyyən edilmişdir ki, Siz 15.07.2020-ci il tarixdə Xidmətin Astara rayon şöbəsinin çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən “hərbi xidmətə yararlı” hesab edilərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının 17.04.2021-ci il tarixli qərarı və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin “Xəstəliklər cədvəli”nin ll qrafasının 2-ci maddəsinin “b” bəndinə (Diaqnoz: Sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma mərhələsində, TDM(-) mənfi) əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək sağlamlıq vəziyyətinə görə vaxtından əvvəl müddətli həqiqi hərbi xidmətdən  ehtiyata  buraxılmısınız. Nəzərinizə çatdırırıq ki, bu kateqoriyadan olan vətəndaşlar təkrar tibbi müayinə zamanı “hərbi xidmətə yararlı” hesab edildikdə yararlı olmaqlarına dair hərbi biletlərində müvafiq qeydlər aparılır, lakin müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılmaları mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Sabir Soruşur Yazılma Tarixi:16.01.2025 22:02:28

Salam, bilmək istərdim ki, görmə qabiliyyətim -7 DPTR, yaxıngörməsi(miyopi), hansı kateqoriyaya aidəm bilmek istiyirdim?

Bildiririk ki, “Meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər yaxıngörməsi, anizometropiya hallarında gözlər arasında 5,0 DPTR-dən artıq istənilən refraksiya fərqinin olması” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.    
Elvin Soruşur Yazılma Tarixi:16.01.2025 21:26:39

Salam.Gelen ay yəni fevral ayinda herbi telimler,toplanislar olacaq?

Hərbi təlim toplanışlarının keçiriləcəyi tarixə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.        Bildiririk ki, Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 45.1-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.        Zərurət yarandığı təqdirdə hərbi qeydiyyatda olduğunuz Xidmətin strukturuna daxil olan qurum tərəfindən hərbi təlim toplanışlarına cəlb olunmağınız nəzərə alınacaqdır.        Qanunla müəyyən edilmiş vəzifə kimi Vətənin müdafiəsini özünüzə mənəvi borc hesab etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.  
Məhəmməd Soruşur Yazılma Tarixi:16.01.2025 19:01:44

Salam.mən xroniki Övrə xəstəliyindən əziyyət çəkirəm. bilmək istəyirəm ki həmin xəstəlikdən əziyyət çəkənlər hərbi xidmətə yararlı hesab olunurmu

Çağırışçıların dəri və dərialtı toxumaların xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul ediləcəkdir
Sərxan Soruşur Yazılma Tarixi:16.01.2025 15:34:11

Salam, mən bütün muayinələrdən keçmişəm. Nəticəni bilmək istəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.         Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmisiniz.         Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq olaraq “A-4 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. 2025-ci ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur.
Mehrab Soruşur Yazılma Tarixi:16.01.2025 13:20:22

Salam mən artiq 1ilə yaxindirki cağirişciyam və bütün xestexanalardan keçmişəm və sonuncu dəfə 3 ay bundan öncə keçmişəm və mənə hələ cavab gelmir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.         Müəyyən edilmişdir ki, növbəti tibbi şəhadətləndirilmə zamanı Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Suraxanı rayon idarəsinə daxil olduqdan sonra, müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Suraxanı rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Azər Soruşur Yazılma Tarixi:15.01.2025 20:27:24

Mən 2024 cü il mayın 15 i Cəmşid Naxçıvanski adına hərbi lisey namizəd idim.Heydər Əliyev Adına Hərbi İnstut da Hərbi həkim komissiyası tərəfindən müayinə olundum və talassemiya daşıcısı olduğum aşkarlandı.Məni hərbi orduya yararsız elan etdilər.Maraqlanmaq istəyirəm ki mən hərbi xidmətə yararlıyam yoxsa yox?

Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “İrsi hemoqlobinopatiyalar (heteroziqot gen daşıyıcıları, mikrositoz və s.)” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.  
Sadiq Soruşur Yazılma Tarixi:15.01.2025 17:23:37

Salam mən reabilitasiya mərkəzindən hərbi tibbi ekspertizadan keçmişəm dekabr ayında nəticə haqqında məlumat almaq istəyirəm. Məmiyev Sadiq Həbib oğlu doğum tarixi 15.07.1999 . Sabirabad rayon SHXÇ DX

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Sabirabad rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq “Sağlamlıq vəziyyətinə görə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.  
Cədvəldə sətir sayı :14890