Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:15.01.2025 14:25:58

Salam men bildirmek isderdim ki həqiqi hərbi Xidmətə könülü gedmək isdiyirem ad vüqar soyad ələsgərov doğum harihim 31.07.2006 yaşadığım ünvan qaydiş 11 qesebe 6 Əlaqə 0518286258 0515282678

Müddətli həqiqi hərbi xidmətə göndərilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.    Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.   Araşdırma zamanı müəyyən edilmişdir ki, 17.01.2025-ci il tarixdə Xidmətin Füzuli rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin”nin  ll qrafasının 61-ci maddəsinin “c” bəndinə əsasən , “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilmisiniz və Sizə 30.01.2028-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir.   Əlavə olaraq bildiririk ki, həmin Əsasnamənin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər.   Nəzərinizə çatdırırıq ki, sağlam hesab olunduğunuzu təsdiq edən sənədlərlə hərbi qeydiyyatda olduğunuz Xidmətin Füzuli rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Hüseyn Soruşur Yazılma Tarixi:15.01.2025 04:15:41

Salam. Mən 2023 cü ildə keçirilən uğurlu Lokal Antirerror əmələiyyatları zamanı yaralanmışam 1 il 3 ayın əsgəriydim 5ay müalicə alandan sonra 1 il 8 ayımda yararsız təxris olmuşam. Buna görə kompensasiyya almaq hüququm var?

Hərbi xidmət dövründə yaralanmağınızla bağlı əlavə olaraq pul kompensasiyasının əldə edilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Araşdırma zamanı Sizin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 704 nömrəli hərbi hissəsinin tərkibində 19.09.2023-cü il tarixdə Qarabağ iqtisadi rayonu ərazisində Xocavənd istiqamətində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan əməliyyatlarda iştirak edən zaman yaralandığınız məlum olmuşdur. 22.02.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1530 nömrəli “Xəstəliklər cədvəli”nin 2-ci qrafasının 65-ci maddəsinin “b” bəndinə və 82-ci maddəsinin “c” bəndinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.           Qeyd etdiyiniz müraciətinizlə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Günel Soruşur Yazılma Tarixi:15.01.2025 00:32:50

Salam.mənim qardaşımoğlunun ayaginda göbələk,ağırlaşmış dəmirov var.dırnaqlar çürük kimidi.bildə belində qıldönmə var.hərbi xidmətə yararlıdımı?və ya müalicə üçün bu xəatəliklərə görə müddət verilirmi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Dərinin və dərialtı toxumaların xəstəlikləri” diaqnozu üzrə şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin      56-cı maddəsinə müvafiq olaraq aparılır. Əlavə olaraq bildiririk ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlılığı barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Mehrab Soruşur Yazılma Tarixi:14.01.2025 22:50:41

Salam.mən bundan 3 ay öncə tibbi müayinədən keçmişəm amma mənə cavab gəlmir zəhmət mənə məlimat verin.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.           Müəyyən edilmişdir ki, növbəti tibbi şəhadətləndirilmə zamanı Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz.            Dövlət tibb müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Suraxanı rayon idarəsinə daxil olduqdan sonra, müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Suraxanı rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
VÜQAR Soruşur Yazılma Tarixi:14.01.2025 22:23:45

Salam mən vüqar Ələsgərov etibar oğlu yaşadığım ünvan qaydiş 11 qesebe 6 1 Qeyid demek isdiyirem ki menim bir belimde isqaliyoz problemim cixib 2 de ayağımda yasdı pence əyriliyi cıxıb ocun meni ne aparmılar nədə yararsız hərbi biletimi vermiler men de həqiqi hərbi Xidmətə könülü gedmək isdiyirem Xayiş menim ərzəmə baxıb bir cavap yazın əlaqə 0518286258 0515282678

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Xidmətin Füzuli rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Emil Soruşur Yazılma Tarixi:14.01.2025 15:10:51

Salam yekun yoxlanisin neticelerini oyrenmek isteyirem

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur.
Nurlan Soruşur Yazılma Tarixi:14.01.2025 11:12:24

Salam. Mən yoxlanışdan keçərkən 51 ci maddənin b bəndinə uyğun olaraq hərbi xidmətə yararsız hesab edilmişəm . Çeynəmə udma iybilmə funksiyalarımda heç bir problem yoxdur. Yalnız olaraq dişlərin aralanması 5 mm çoxdur. Təxmini 6-7 mm arası. Və bu aralanma mənim gündəlik həyatımda mənə heç bir problem yaratmır. Mən ərizə yazıb könüllü hərbi xidmətə yollanan bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3 bəndinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun               20-ci maddəsinin 20.3 bəndinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşa çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Fərid Soruşur Yazılma Tarixi:14.01.2025 01:22:30

Salam. Mənim əllərimdə eqzema xəstəliyi var. Bilmək istəyirəm hərbi xidmətə yararlıyam yoxsa yox ?

Çağırışçıların dəri və dərialtı toxumaların xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
İsmət Soruşur Yazılma Tarixi:13.01.2025 21:20:33

Salam.Hal- hazırda SHXÇDX-nin işə qəbul olunmaqla bağlı elanına müraciət et mək mümkündürmü?

salam.İstənilən vaxt müraciət edə bilərsiz.
Vüqar Soruşur Yazılma Tarixi:13.01.2025 19:06:48

Salam 3 cü dərəcəli valikasel xəstəliyim var 2023 -cü ildə hərbi həkim kamisyasından keçmişəm səhhətimlə əlaqəli hərbiyə aparmayıblar 2024 -dekabr ayında yenidən hərbi həkim kamisyasında həkim kamisyasından keçmişəm 2025 -ın yanvar ayına hərbi xidmətə çağırıblar .xaiş edirəm mənə həkim kamisiyasının rəyi barədə ətraflı malumat verirsiniz 3 cü dərəcəli valikasel hərbi xidmətə yararlı sayılır.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarəsi (idarə, şöbə və bölmə) göstərilməlidir.  
Cədvəldə sətir sayı :14890