Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əziz Soruşur Yazılma Tarixi:13.01.2025 18:24:14

Salam. Mən hərbi biletimi 2024-cü ildə almışam. Bilmək istəyirdim ki, məndə neçə xəstəliklə yararsız hesab olunmuşam. Xüsusilə də göz məndə yararlı və ya yararsız hesab olunub? Sabunçu rayon qeydiyatıyam. Fin kod 7A4QE1R.Hərbi xidmətə yararsız sayılmaq üçün neçə xəstəliyin olmalıdır? Eşitdiyimə görə ən az 3 xəstəlik olmalıdır ki, hərbi xidmətə yararsız hesab olunub, hərbi bilet alasan.

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 25.09.2024-cü il tarixdə dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, 08.10.2027-ci                il tarixədək müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Elsevər Soruşur Yazılma Tarixi:13.01.2025 15:20:16

Salam men herbi hiseye qebul olunmusam yanvarin necesi gedecem ?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Cavidan Soruşur Yazılma Tarixi:13.01.2025 13:19:32

Qlükoza 6 fosfat dehidrogenaza çatışmazlığı xəstəliyi hərbi xidmətə yararlı hesab edilirmi?

Çağırışçılarda “Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları” xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin          I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş          “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
Üzeyir Soruşur Yazılma Tarixi:13.01.2025 13:15:10

Salam Tarix Müəllimliyi ixtisasını bitirərək Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinə zabit kimi qəbul ola bilərəm?Başqa hansı şərtlər var və ya 3 cü qrupda hansı ixtisasları bitirərək xidmətə qəbul ola bilərəm?

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin II fəslinin 26-cı maddəsininq” bəndinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə — hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar qəbul edilə bilərlər.
Dağlar Soruşur Yazılma Tarixi:12.01.2025 20:48:03

Mənim, piylənmə ile bağlı məsələ nə olacaq? 28.07.2023 tarixində M.Ə. Mirqasımov adına Resbuplika Klinik Xəstəxanasının yoxlanışından ayaqım üçün yararlı rəy gəlib. Mənim sağ ayaqımda yad metal cisim var. Platin var. Bildiyim qədəri ilə ayaqda metal cisim olanlar aparılmır.

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən yekun tibbi rəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq                    6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmiş və 29.04.2025-ci il tarixədək möhlət hüququ verilmişdir. Səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Xidmətin Masallı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisələrində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Akif Soruşur Yazılma Tarixi:12.01.2025 14:16:21

Salam mən İsmayılov Akif 03.01.2007 il təvəllüdlü Sumqayıt şəhərində yaşayıram . Sumqayıt şəhər voenkomatında qeydiyyatdayam.mən ET travmatologiya inistutunda müayinədən keçmişəm.senedlərim Əmək və əhalinin sosial ekspertizasina göndərilb.hələdə bir xəbər yoxdur.necə bilimki yararlıyam ya yox?xahiş edirəm cavablandırin

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 16.11.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.  
Vüqar Soruşur Yazılma Tarixi:12.01.2025 02:16:58

Salam xahis edirəm cavablandirardiz Gürcüstan respublikasinda müddətli həqiqi hərbi xidmətdə olan şəxs Azərbaycan vətəndaşlığını qəbul edirsə əvvəl vətəndaşı olduğu ölkədən aldığı hərbi bilet Azərbaycan hərbi bileti ilə dəyşilir?yəni yararlı kimi sayılır?onuda qeyd edim ki,sözü gedən şəxsin qırx yaşı var

Gürcüstan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş 40 yaşlı şəxsin yeni hərbi biletlə təmin edilib-edilməməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər (hərbi vəzifəlilərin qeydiyyatına alınaraq, hərbi xidmət keçmələrinə dair məlumatlar qeyd edilməklə yeni hərbi biletlə təmin edilirlər).
Nurlan Soruşur Yazılma Tarixi:11.01.2025 19:28:35

Salam, rayon çağırılış şöbəsində yoxlamadan sonra yaranan sağlığ problemlərinə görə Bakıdakı bir neçə xəstəxanalara göndəriş verilib. Marağlıdı ki, rayondan şəhərə göndərilmənin xərclərin mən ödəməliyəm, yoxsa səfərbərlik xidməti.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli                59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin            2.2 maddəsinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Əlavə olaraq bildiririk ki, çağırışçılara əlavə müayinə təyin olunarkən nəqliyyat xərclərinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır    
Nurlan Soruşur Yazılma Tarixi:11.01.2025 19:25:42

Salam, rayon çağırılış şöbəsində yoxlamadan sonra yaranan sağlığ problemlərinə görə Bakıdakı bir neçə xəstəxanalara göndəriş verilib. Marağlıdı ki, rayondan şəhərə göndərilmənin xərclərin mən ödəməliyəm, yoxsa səfərbərlik xidməti.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli                59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin            2.2 maddəsinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Əlavə olaraq bildiririk ki, çağırışçılara əlavə müayinə təyin olunarkən nəqliyyat xərclərinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır    
Məhəmməd Soruşur Yazılma Tarixi:11.01.2025 18:08:21

Salam xahiş olunur nəticələrimi deyesiz xidmətə yararlıyam ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.         Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmisiniz.         Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14890