Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kərəm Soruşur Yazılma Tarixi:06.01.2025 10:08:59

Salam mən 2024-cü ilin iyul çağırışçısı olmuşam, yay fəsli ərzində müvafiq qərarlara əsasən xəstəxanalardan yoxlamadan keçmişəm,yekunda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindın də yekun nəticələrlə bağlı yoxlamada oldum. Zəhmət olmasa yekun qərar barəsində məlumatlandırardız

Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 15.05.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 17.09.2024-cü il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Məhəmməd Soruşur Yazılma Tarixi:06.01.2025 08:46:24

Salam. Mən 174 sm boyum 116kg çəkim var.Xarici görünüş olaraq bilinməsə də fiziki hərəkətimə maneə olur. 6 ay sonra çağırış vaxtım gəlir.Hərbi xidmətə yararlı olmaq istəyirəm. İndiki halımda hərbi xidmətə yararsız hesab edilirəm?Elədirsə nə qədər çəki itirməliyəm? Əvvəlcədən çox sağolun

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə       (boyu-1.74sm, çəkisi-116kq) aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər. Lakin müalicə səmərəsiz olduqda, vətəndaşlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər
Mahir Soruşur Yazılma Tarixi:05.01.2025 19:11:52

Salam mən 24.12.2024 tarixində əmək və əhalinin sosial müdafiə nazirliyində əyani şəkildə hərbi hidmətlə bağlı müayinələrdən kecmişəm ve müayinələrin cavablarını orgenmek isdeyirdim və hərbi xidmətə yararlı olub olmadığım barədə məlumat əldə etmək isdəyirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Masallı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət             Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmusunuz. Barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Kamil Soruşur Yazılma Tarixi:05.01.2025 15:32:25

Salam. Dekabrın 20si reabilitasiya mərkəzində müayinədən keçmişəm. Cavabları öyrənmək istəyirdim.

Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət             Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                   I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Təbriz Soruşur Yazılma Tarixi:05.01.2025 11:12:19

Salam, diaqnozum sol bazunun yuxarı üçdə birinin böyük həcmli anevrimal sümük sistozu, İlizarov cihazı ilə ocaqdaxili reaksiyası və osteoapatitlə plastikasıdır. iki əməliyyat sonrası hərəkət məhdudluğu və bazunun güdülü diaqnozu ilə hərbi həkim komissiyasında müayinədən keçmişəm. Nəticələri barədə məlumat almaq istəyirdim. Zəhmət olmasa məlumat verərdiniz.

Müəyyən edilmişdir ki, Siz növbəti təkrar şəhadətləndirilmə zamanı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 19.11.2024-cü il tarixdə Salyan rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 23.12.2024-cü il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
İdrak Soruşur Yazılma Tarixi:04.01.2025 21:37:51

Salam. Mənim anadan gəlmə belimin aşağı hissəsində yəni stoykada aralanma var və qığırdaxlar zeyif inşaf edib. İki lapatqanın arasında fəqərədə əyrilik var. Həm sağ tərəfimdə prablem yaradır həmdə aşağı etraflarda. Birdə mende eronizdi sinirnen əlaqədardı. Xesteliyimdə həm eronizdi həmdə spina bifing.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 10.09.2024-cü il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bir daha bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Pərvin Soruşur Yazılma Tarixi:04.01.2025 21:04:19

Salam,mən noyabr ayının 8-i yoxlanışdan keçmişəm və məni hələdə əmək və əhalinin sosial müdafiə nazirliyinə çagırmayıblar. Bilmək istiyərdimki məni nə vaxt yoxlanışa çağıracaqlar

Müəyyən edilmişdir ki, möhlət müddətiniz bitdiyi üçün Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinəyə cəlb olunaraq 31.10.2024-cü il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və Respublika Neyrocərrahiyyə Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Tibb müəssisələrindən daxil olan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları əsasında Siz 07.01.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə göndərilmisiniz və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq qərar veriləcəkdir.   Bu barədə Sizə Xidmətin Şəki rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:04.01.2025 20:15:32

Salam, sol gözümdə -3.75 astiqmatizm, sağ gözümdə isə -4.75 astiqmatizm var. Uzağı görməyimdə də zəifliyim var. Bilmək isdəyirdimki Hərbi xidmətə yararlıyam yoxsa yox?

Bildiririk ki, “Hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində                            6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2,0 DPTR-dən artıq və 4,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Əli Soruşur Yazılma Tarixi:04.01.2025 14:59:03

Salam. Mən universitet tələbəsiyəm və təhsilimi davam etdirirəm.Mən bilmək istəyirdim ki,universitetimi bitirib,məzun olmadan əvvəl yəni universitetdə təhsilimi aldığım müddət ərzində hərbi xidmətə yararlı olub,olmayacağımı bilmək məqsədi ilə tibbi yoxlanışdan keçə bilərəm?Bunu bilmək bəzi önəmli qərarlar verməyim üçün vacibdir,buna görə də yararlı olub olmayacağımı əvvəlcədən bilmək istəyirəm.

Təhsilə görə verilmiş möhlət hüququnuz bitdikdən sonra, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Samir Soruşur Yazılma Tarixi:04.01.2025 10:54:54

Salam. Men çağırışçıyam, elillerin reabilitasiya merkezinden yoxlanışdan keçdim. Neticeleri öyrenmek isdeyirem . Teşşekütler.

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 01.10.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə, 02.10.2024-cü il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Bildirilir ki, hərbi biletlə təmin olunmağınız üçün qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14890