Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sabir Soruşur Yazılma Tarixi:07.01.2025 18:06:55

Salam, mən 7 yanvar tarixində DTSERA-da yoxlanışdan keçdim, nəticələri öyrənmək istəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.     Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmisiniz.     Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq 26.12.2024-cü il tarixdə “Sağlamlıq vəziyyətinə görə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Mircəlal Soruşur Yazılma Tarixi:07.01.2025 16:00:02

Salam. Mən 3 ildən bir yoxlanışla bağlı 2024 avqust ayında yoxlanışlara göndərildim. Avqust ayında Saatlı rayonunda daha sonra Mirqasımov adına xəstəxanadan və Z.Əliyeva adına göz klinikasında müayinələrdən keçdim. Son olaraq 21.10.2024 tarixində ƏƏSMN tabeliyində olan reabilitasiya agentliyində müayinələrdən keçdim. 2aydan çox vaxt keçməsinə baxmayaraq hələ də yekun nəticə deyilməyib. Səfərbərliyin qaynar xəttinə zəng vurdum bildirdilər ki, reabilitasiya agentliyi bizə yekun nəticə göndərməyib. Reabilitasiya agentliyi isə bildirir ki, problem SHXÇDX-dadır. Vətəndaş olaraq 2 qurumun arasında qalmışam. Zəhmət olmasa kömək edin.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 19.08.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən       “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
LAYİQ Soruşur Yazılma Tarixi:07.01.2025 12:43:50

Mən 1 yanvar 2007 təvəlüdəm mənə Çağırış nə vaxt gəlir mən Əyağımdan yoxlanışa getməli idim bakıda mənə bildiriş gəlmədi xaiş edirəm mənə bu haqda məlumat verə bilərsiz

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən 2025-ci ilin yanvar çağırışına cəlb edilmiş, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 11.12.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları şöbəyə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Ozal Soruşur Yazılma Tarixi:07.01.2025 11:01:08

Salam. DTSERA kecdiyim yekun tibbi yoxlanışın nəticısini bilmək istərdim.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 29.12.2024-cü il tarixli fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 111-VIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı Sizin Xidmətin Səbail rayon idarəsi ilə əlaqə saxlamağınız məqsədəuyğundur.  
Emir Soruşur Yazılma Tarixi:07.01.2025 09:44:33

Salam, Sual 1. Məndə təkrar tibbi muayinə tarixi hərbi biletimdə 13 Oktyabr 2025 qeyd olunub. Maraqlanmaq istərdim ki ölkə xaricinə çıxış üçün STOP məhtudiyyəti mənim üçün nə vaxt tədbiq oluna bilər? Adətən nə vaxt tədbiq olunur. Sual 2. Biletdə qeyd olunan 13 Oktyabr 2025 - bu tarix o deməkdirmi ki məni sırf bu tarixdə təkrar muayinəyə çagıracaglar, yoxsa daha tez, yaxud daha gec də muayinəyə çagırıla bilərəm, bu prosess hansı tarixlə əsaslandıgını bilmək istəyirəm.

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ bitmiş şəxslərin ölkə xaricinə çıxışına məhdudiyyət qoyulmasına və təkrar tibbi müayinəyə cəlb olunmağınıza  dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ bitmiş şəxslərin ölkə xaricinə çıxışına məhdudiyyət qoyulması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.            Əlavə olaraq bildiririk ki, şəxsin möhlət hüququnun bitdiyi tarix ona daha əvvəl verilmiş möhlət hüququnun rəsmiləşdiyi gündən etibarən hesablanaraq təyin edilir.              Nəzərinizə çatdırırıq ki, möhlət müddətiniz bitdikdə şəxsiyyətinizi təsdiq edən sənədlərlə qeydiyyatda olduğunuz Xidmətin Nəsimi rayon idarəsinə müraciət etməyiniz zəruridir.             Qeyd olunanları nəzərə almağınız xahiş olunur.  
Cəlal Soruşur Yazılma Tarixi:06.01.2025 23:26:33

Salam Mən 2025 ci il Yanvar ayında əsgər getməliyəm amma ki , Sosial müdafiə fondunun həkimlərindən keçdim amma ki hələ cavab gəlmir mən necə bilərəm ki yararlıyam yoxsa yararsızam ?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Ramil Soruşur Yazılma Tarixi:06.01.2025 22:26:19

Salam. Xəstəliyə görə 3 illik möhlətim bitdiyinə görə oktyabrda yoxlamaya çağrıldım2024-də. Noyabr ayında sosialda təkrar tibbi yoxlanışdan keçmişəm və bildiyim qədərilə təkrar müayinə üçün yenə çağırılacam. Lakin yeni qərara əsasən 30 yaşdan yuxarı çağrılmır. Bilmək istəyirəm möhlətim haçan bitir və bitdikdən sonra hərbi biletimdə hər hansı qeyd üçün voinkomata yaxınaşmalıyam?

Azərbaycan Respublikasının Prezidentinin 29.12.2024-cü il tarixli fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli          111-VIIQD nömrəli Qanununu tətbiqi ilə bağlı Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi ilə əlaqə saxlamağınız məqsədəuyğundur.
Amid Soruşur Yazılma Tarixi:06.01.2025 21:20:26

Hara düşdüyüm hakda məlumat almağ isdəyirəm

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış və hərbi hissələrə təyin olunmuş çağırışçılara xidmət keçmə yerləri barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur. Əlavə olaraq bildiririk ki, yanvar çağırışında müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə təyin olunacaq çağırışçılar barədə növbəti məlumat 2025-ci ilin yanvar ayının 21-dən sonra elan olunacaqdır.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
Nüsrət Soruşur Yazılma Tarixi:06.01.2025 20:39:23

Salam. Men dekabr ayında yoxlanışdan keçmişem, zehmet olmasa netice haqqinda melumat vere bileris?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.           Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz.            Dövlət tibb müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin İsmayıllı rayon şöbəsinə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin İsmayıllı rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Rahib Soruşur Yazılma Tarixi:06.01.2025 16:37:14

Salam.Mən bilmək istəyirəm mənim 34 yaşim var.Məni əsgərliyə çağiracaqlar?

Sizin 34 yaşınız olduğu halda müddətli həqiqi hərbi xidmətə cəlb edilib-edilməyəcəyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Aparılan araşdırma nəticəsində Xidmətin Cəlilabad rayon şöbəsində olan hərbi qeydiyyat sənədlərinizə əsasən, Sizin 16.02.2010-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22-ci maddəsinin I qrafasının “c” bəndi ilə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyiniz məlum olmuşdur. Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən sonuncu dəfə 13.10.2023-cü il tarixdə təkrar tibbi müayinəyə cəlb edildiyiniz və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 45-ci maddəsinin I qrafasının “b” bəndi ilə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyiniz məlum olmuşdur.           Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar yalnız 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.           Bu səbəbdən 30 yaşı tamam olmuş şəxslərin növbəti təkrar tibbi müayinəyə cəlb olunmaları mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14890