Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Teymur Soruşur Yazılma Tarixi:10.01.2025 12:37:37

Salam, mənim 18 yaşım tamam olub hərbi xidmətə yararlı vəya yararsız olmağım haqqında məlumat verilməyib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.           Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz.            Dövlət tibb müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Nəsimi rayon idarəsinə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Nəsimi rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:10.01.2025 10:32:49

Məndə 2024cü ilin oktyabr çağırışında həkim yoxlanışında keçərkəjk ürəkdə problem olduğunu bildirdi həkim andan gəlmə olduğunu və yararsız olduğumu dedi ama mənə hərbi komissarlıqdan məlumat verilmıdi əlavə

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Nəsimi rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələr nəticəsində təyin olunmuş diaqnozlara müvafiq olaraq Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 17.01.2025-ci il tarixdə verilən yekun tibbi rəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Cavidan Soruşur Yazılma Tarixi:10.01.2025 00:03:57

Salam,mən noyabr ayında tibbi müayinələrdən keçmişəm ,cavabı və hansı xəstəlik üzrə yararsız olduğumu bildirməyinizi xahiş edirəm.

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmisiniz. Dövlət tibb müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin     I qrafasına müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Sizin Xidmətin Füzuli rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Rəvan Soruşur Yazılma Tarixi:09.01.2025 23:13:26

Salam,mən dekabr ayında bakıda bütün müayinlərdən keçmişəm,cavabları öyrənmək istəyirdim zəhmət olmasa

Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət             Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” qərarı qəbul edilmişdir.
İlkin Soruşur Yazılma Tarixi:09.01.2025 23:02:02

Salam sumqayıt vaynkamatinda qeydiyyatdayam herbi xidmet keçmemisem herbi biletimi almisam son yoxlanisimi 26 .01.2025 yaziblar 1dereceli skolioz ve 2ci dereceli yastipenceliyim var herbi biletimde 2cüre qeyd qeyd olunubdur 1cisi qeyri nizami herbi xidmete yararli 2cisi ise dinc dövrde yararsiz müharibe dövrinde ise mehdud yararli yazilib gede bileremmi?14.07.2003cü ilem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 26.01.2025-ci il tarixdə möhlət müddətiniz tamam olduqdan sonra qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər baş idarəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 6.3 maddəsinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər.
Nihad Soruşur Yazılma Tarixi:09.01.2025 21:33:02

Salam Men 3 ilden bir yoxlanişdan kecdim cavablarımı öyrenmek isdeyirem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 05.12.2024-cü il tarixdə Xidmətin Xaçmaz rayon şöbəsinin çağırış komissiyası tərəfindən təkrar tibbi baxışdan keçirilmiş və səhətiniz ilə əlaqədar olaraq Quba rayon mərkəzi xəstəxanasına əlavə müayinəyə cəlb olunmusunuz. Əlavə olaraq bildiririk ki, müayinəniz yekunlaşdıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli         59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.  
Nihad Soruşur Yazılma Tarixi:09.01.2025 21:06:15

Salam mende evvel 2 ci dereceli skalioz var idi ama 3 ilden bir yoxlanişdan kecen zaman mende 1 ci dereceli skalioza enib indi men esger gedecem? Baxa bilersiz bir zehmet ( Şixverdiyev Nihad Cavid oğlu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 05.12.2024-cü il tarixdə Xidmətin Xaçmaz rayon şöbəsinin çağırış komissiyası tərəfindən təkrar tibbi baxışdan keçirilmiş və səhətiniz ilə əlaqədar olaraq Quba rayon mərkəzi xəstəxanasına əlavə müayinəyə cəlb olunmusunuz. Əlavə olaraq bildiririk ki, müayinəniz yekunlaşdıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli         59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.  
Şamil Soruşur Yazılma Tarixi:09.01.2025 12:55:12

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində hərbi komissiya üçün tibbi şəhadətləndirmənin nəticəsi neçə gün ərzində bilinir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.   Müəyyən edilmişdir ki, Siz Xidmətin Şəki rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmisiniz. Dövlət tibb müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yekun tibbi müayinəyə cəlb olunmuş və verilən yekun tibbi rəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Kamran Soruşur Yazılma Tarixi:07.01.2025 22:05:33

Salam. Herbi Yoxlanish ucun 3 ayri xestexanaya cixasrish verilmeyi ile bagli zeng geldi sabah gedib. Herbi komisarliqdan goturecem. Eyni zamanda EGov app vasitsi ile 08.01.2025 3 ayri xestexana ucun bildirish geldi. Novbeleride nezere alsaq 1 gunde 3 yoxlanishdan kecmek mumkunsuzdur. Sualim Ayin 8 i ucun olan gonderishler nece gun erzinde kecerlidir ?

Müəyyən edilmişdir ki, Siz növbəti təkrar şəhadətləndirilmə zamanı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 08.01.2025-ci il tarixdə Sabunçu Tibb Mərkəzinə, Binəqədi Tibb Mərkəzinə, Milli Onkologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Suraxanı rayon idarəsinə daxil olduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Suraxanı rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Elmar Soruşur Yazılma Tarixi:07.01.2025 19:37:59

salam mən 2022 də tibbi ekspertizadan dinc dövrdə yararsız müharibədə yararlı kimi qeydiyyatdan keçmişəm. Yenidən tibbi ekspertizadan keçəndən sonra cavab hansı müddətə çıxır?

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri, Nizami rayon idarəsi tərəfindən 2022-ci ilin iyul çağırışı zamanı rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmiş və 11.10.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Verilmiş möhlət hüququ bitdikdən sonra Siz təkrar eyni qaydada qanunamüvafiq şəhadətləndiriləcəksiniz.
Cədvəldə sətir sayı :14890