Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamran Soruşur Yazılma Tarixi:04.01.2025 00:24:30

Salam.2024cü il dekabr ayının 3ü komissiyadan keçmişəm.Cavablar nə vaxt bilinəcək ? Öncədən təşəkkür edirəm

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur.
Ramin Soruşur Yazılma Tarixi:03.01.2025 16:15:59

Salam mən son nəticəmi öyrənmək isdiyirdim.

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin     I qrafasına müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Sizin Xidmətin Göyçay rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Ramin Soruşur Yazılma Tarixi:03.01.2025 16:13:29

Salam mən dekabrda son yoxlanışdan keçmişəm zəhmət olmasa nəticəsini öyrənə bilərəm

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin     I qrafasına müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Sizin Xidmətin Göyçay rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Fəxri Soruşur Yazılma Tarixi:03.01.2025 13:46:15

salam mən bilmək isdiyirəm ki əlavə tibbi kamisyadan keçmişəm 1 oktiyabır da Zərifə Əliyeva adına Göz kilnikasından və 4 oktiyabır da M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasından tibbi müayinədən keçmişəm tibbi maynəni cavabını bilmək isdiyirdim və Tibbi Sosyal Ekspertiza və Reabilitasiya mərkəzinə nəvaxıt çağrılacağam zəhmət olmasa deyərdiz

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 26.08.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Pərviz Soruşur Yazılma Tarixi:03.01.2025 13:29:30

Salam, bilmək istərdim ki əgər hərbi biletdə qeyd edilmiş təkrar tibbi müayinə tarixində artıq həmin şəxsin 30 yaşı tamam olubsa həmin şəxs yeni qanuna əsasən çağırışçılar arasında olacaqmı?

Azərbaycan Respublikasının Prezidentinin 29.12.2024-cü il tarixli fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli          111-VIIQD nömrəli Qanununu tətbiqi ilə bağlı vətəndaşın qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarə, şöbə və ya bölməsi) ilə əlaqə saxlamağı məqsədəuyğundur.  
Elnur Soruşur Yazılma Tarixi:02.01.2025 12:51:55

Salam hər vaxtınız xeyr. Mən ayaqim yastipənəclidir. 3cu dərəcəli. Mənə hələ cavab gəlməyib. Mən cavabı hardan örgənə bilərəm?

Müraciətiniz ilə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.
Saleh Soruşur Yazılma Tarixi:02.01.2025 01:20:06

Salam Menim belimde 6 mm qirija var amma mene yararlı yazılıb. Amma men buda sual cavab baxıram bir nefe yazmısız ki 5 mm yuxarı olanlar yararsızdır.

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 27.08.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 18.11.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və Respublika Neyrocərrahiyyə Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət    Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış   və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmiş, 2025-ci ilin yanvar çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur. Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz vardır.
Cəlil Soruşur Yazılma Tarixi:02.01.2025 01:00:40

Salam 2023 ilde cağırilmiwam çəki azlıgına möhlət verilib bide ne zaman cagırılacam zehmet olmasa bildirerdiz

Növbəti təkrar tibbi müayinənin vaxtının öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.    Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.   Müəyyən edilmişdir ki, Sizə səhhətinizlə əlaqədar 19.12.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir.   Göstərilənləri nəzərə alaraq, səhhətinizə görə verilmiş möhlət müddəti bitdikdə təkrar tibbi müayinə olunmağınız üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər baş idarəsinə müraciət etməyiniz zəruridir.    
Emil Soruşur Yazılma Tarixi:02.01.2025 00:01:47

30 yaşı tamam olmuş və ehtiyata buraxılan (dinc dövrdə hərbi xidmətə yararsız) vətəndaş imza üçün hərbi biletini səfərbərlik xidmətinə nə vaxt təqdim etməlidir?

30 yaşı tamam olmuş şəxslərin təkrar tibbi müayinəyə cəlb olunaraq hərbi biletlərində müvafiq qeydlərin aparılmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.             Odur ki, 30 yaşı tamam olmuş şəxslərin təkrar tibbi müayinəyə cəlb olunmaları və hərbi qeydiyyat sənədlərində bu barədə qeydlərin aparılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
İbrahim Soruşur Yazılma Tarixi:01.01.2025 23:45:23

Salam menə herbiyə aid sms gelmeyib amma yanvarin 6 si yolda düşmeliyem hara düşdüyüm bilinmir portalada yaziram cıxmır

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Cədvəldə sətir sayı :14890