Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Həzrət Soruşur Yazılma Tarixi:28.12.2024 00:26:02

Salam.men xacmaz rayonu vaynkamatiyam.Herbi xidmeti basa vurmusam.amma herbi biletimde madde,birde A3 qeyd olunaraq yararlidir yazilib l.Onun deqiq ne ile bagli yazldigini biley isdeyirem.birde o işe girmey isdeyende problem yaradib yaradmadigini bilmey isdeyirem

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən 2022-ci ilin iyul çağırışı zamanı rayon çağırış komissiyası tərəfindən mütləq müayinələrdən keçirilmiş və “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilərək 02.07.2022-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və hərbi xidməti tam keçdiyiniz üçün 23.01.2024-cü il tarixdə ehtiyata buraxılmısınız. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Xaçmaz rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin                                     16-cı maddəsinə əsasən əmək münasibətlərində ayrı-seçkiliyə yol verilmir.
Davud Soruşur Yazılma Tarixi:27.12.2024 20:04:36

Salam mənə 6 ay hərbi xidmətə müvəqqəti möhlət qoyuluşdu varikoselə görə indi öyrənmək istəyirəm məni aparacaqlar yoxsa yox və hara düşmüşəm məlumat versəz sevinərəm

Müəyyən edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 15.05.2024-cü il tarixdə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına və 27.06.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilərək, Sizə 18.03.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Elvin Soruşur Yazılma Tarixi:27.12.2024 20:03:19

Salam. Mənim 12mm-lil omada yırtıq var. Hansı ki, gəzməyim və hərəkət etməyimlə bağlı ciddi problemlər yaradır. Mütəmadi olaraq da müayinədə oluram və müalicə alıram. Bilmək istəyirəm ki, disk yırtığındaki 12mm-lik ölçü hərbi xidmətə yararlı hesab edilir ya yox?

Müəyyən edilmişdir ki, Siz növbəti təkrar şəhadətləndirilmə zamanı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 10.10.2024-cü il tarixdə Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutuna, 11.10.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 09.01.2025-ci il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
İbrahim Soruşur Yazılma Tarixi:27.12.2024 18:52:50

Salam men ureyin Mitral qapağın prolapsı (Mitral qapaq çatışmazlığı) sebebinden 3 illik mohlet huququ almisdim 2022ci ilde c kategoryasi uzre (muharibede yararli, sulhde yararsiz). Menim yeniden yoxlanis tarixim ne vaxtdi? Yeni prosedur nece olur? (2024de qaydalar deyisib deyesen). Ve menim xesteliyim hele de yararsiz sayilir yoxsa yox?

Müəyyən edilmişdir ki, 2022-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən       keçirilmiş və səhhətiniz ilə əlaqədar 28.07.2022-ci il tarixdə Akademik C.M.Abdullayev adına                Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək, 30.07.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsində şəxsən iştirak etdikdən sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.  
Cavad Soruşur Yazılma Tarixi:27.12.2024 18:28:07

2024-cü il iyul çağırışı vaxtı Mirqasımov adına Respublika Diaqnostika Xəstənasına Enurez diaqnozi ilə bağlı müayinədən sonra xəstəxana mövcud xəstəliyi inkar edib. Bununla bağlı bir neçə aidiyyati qurumlara teleqram və məktub göndərsəm də, bunula bağlı heç bir tədbir görülməyib.

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmənizə zərurət yaranmışdır. Bir daha bildirilir ki, Siz Respublika Psixiatriya Xəstəxanasında müayinədən keçdikdən sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli            59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir
Elvin Soruşur Yazılma Tarixi:27.12.2024 18:09:46

Hara düşdüyümü öyrənmək istəyirəm

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Azər Soruşur Yazılma Tarixi:27.12.2024 15:44:04

Salam, dinc dövrdə yararsız müharibə dövründə məhdud yararlı hesab edilən şəxslərin yeni qərarla 3 ildən bir müayinədən keçməyəcəyi haqqında məlumat yayılmışdı. Bu düzgündür?

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 29.12.2024-cü il tarixli fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi ilə əlaqə saxlamağınız məqsədəuyğundur.  
ƏKBƏR Soruşur Yazılma Tarixi:27.12.2024 13:14:19

Men cavablari ogenmek isterdim menim cox agir xestem var onu muayneye aparmaliyam imkan varsa deyerdiz tez alinsaydi cox minatdar olardim

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 27.11.2024-cü il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 25.12.2024-cü il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Mirsadiq Soruşur Yazılma Tarixi:27.12.2024 13:09:14

Salam . Mən 18.12.2024 tarixində yoxlamadan keçmişəm. Cavablar nə zaman bilinər? Öncədən təşəkkürlər.

Müəyyən edilmişdir ki, Siz 2025-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 18.11.2024-cü il tarixdə Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 24.12.2024-cü il tarixdə 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Tərlan Soruşur Yazılma Tarixi:27.12.2024 12:50:49

salam mənim ayağım 2 dərəcəli düzdür.gözümdə zəiflik var və artıq çəkiliyəm bu hallarda döyüş taborun da xidmət apara bilmir və çətinlik çəkirəm bununla bağlı mənə sıradan kənar verilə bilərmi? Vəya xidmət keçmə yerim dəyişdirilə bilərmi?

  Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Kəlbəcər rayon şöbəsi tərəfindən 2024-cü ilin iyul çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricsi ilə hərbi xidmətə yararlıdır” hesab edilərək 27.07.2024-cü il tarixdə təyin olunduğunuz Müdafiə Nazirliyininin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Hal-hazırda müddətli həqiqi hərbi xidmətdə olduğunuz üçün müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14890