Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zakir Soruşur Yazılma Tarixi:25.12.2024 22:59:11

salam yanvar cagriscilarinin hansi herbi hisseye dusduyu hacan belli olacaq

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq qoşun növünə təyin olunmuş çağırışçılar xidmət yerləri barədə sms vasitəsilə (müvafiq xidmət aktivləşdikdən sonra) məlumatlandırılırlar. Eyni zamanda çağırışçılar bu barədə məlumatları qeydiyyatda olduqları struktur bölmələrdən əldə edə bilərlər. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 qısa nömrəsinə mesaj şəklində göndərməklə (müvafiq xidmət aktivləşdikdən sonra) hansı qoşun növünə təyin olunduqları barədə məlumat öyrənə bilərlər.
Elvin Soruşur Yazılma Tarixi:25.12.2024 17:09:34

Hara düşdüyümü bilmək istəyirəm

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Cavanşir Soruşur Yazılma Tarixi:25.12.2024 13:26:40

Mən artıq çəkidən əziyyət çəkirəm müayinə çağırıldım getmişəm ancaq nəticəsini öyrənə bilmirəm, zəhmət olmasa nəticəni mənə yazardınız, öncədən təşəkkür edirəm.

Müəyyən edilmişdir ki, Siz növbəti çağırışa hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Zərdab rayon bölməsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 21.05.2024-cü il tarixli göndərişlə Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. 08.05.2024-cü il tarixdə möhlət müddəti bitdiyi üçün təkrar tibbi müayinəyə cəlb olunmuş və səhhətiniz ilə bağlı Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yekun tibbi müayinəyə cəlb olunmuş və verilən yekun tibbi rəyə əsasən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, barənizdə verilmiş qərarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz var.  
Ülvü Soruşur Yazılma Tarixi:25.12.2024 01:12:20

Salam. Mənə həzm sistemimdə olan problemlərdən dolayı dolixosiqma diaqnozu qoyulub. Bilmək istəyirəm bu xəstəliklə mən hərbi xidmətə yararlıyam? Həzm sistemimdə bu xəstəliklə yanaşı digər problemlər də mövcuddur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Məlumat üçün Sizə bildiririk ki, həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin      49-55-ci maddələrinin I qrafasının tələblərinə əsasən aparılır. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Vaqif Soruşur Yazılma Tarixi:25.12.2024 00:28:54

Hara dusub

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Riyad Soruşur Yazılma Tarixi:24.12.2024 15:43:36

Talassemiya daşıyıcıl olan şəxslər hərbi xidmətə yararlı sayılırmı?

Bildiririk ki, “talassemiya gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat dərəcəsi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Orxan Soruşur Yazılma Tarixi:24.12.2024 04:30:09

Salam, mən bütün yoxlanışlardan keçmişəm. Ağır əməliyyatım olub yoğun bağırsağım bütövlüklə çıxarılıb və bununla bağlı çox problemlərim olur. Bilmək istəyirdim yoxlanışımın nəticəsində nə qərar verilib öyrənmək istəyirdim. İndidən təşəkkürlər.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarəsi (idarə, şöbə və bölmə) göstərilməlidir.  
Fazil Soruşur Yazılma Tarixi:23.12.2024 16:40:33

Salam,mən 09.12.2024 tarixində yastıpəncəliyə görə yoxlamadan keçdim, zəhmət olmasa cavabı deyərdiz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Rəsul Soruşur Yazılma Tarixi:23.12.2024 15:32:17

Salam. Mən 2022 də tibbi müayinədən keçmişəm. Mənim növbəti müayinə vaxtım, və hazırda ki, çağırış statusum haqqında ətraflı məlumat verə bilərsiniz zəhmət olmasa.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanununun 20.3-cü maddəsinə əsasən “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Pərvin Soruşur Yazılma Tarixi:22.12.2024 15:43:05

Salam. Mən rayonda və Bakıda komissiyadan keçmişəm noyabr ayının 8 i amma hələdə məni sosial müdafiəyə cagırmayıblar yekun rey üçün.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qəbul olunan qərar barəsində Sizə Xidmətin Şəki rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14890