Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emir Soruşur Yazılma Tarixi:20.12.2024 12:43:08

Salam, hər iki gözdə -6, daha dəqiq -6.25, -6.75 yaxıngörmə dərəcəsi yararlı ya da yararsız oldugunu bilmək istərdim.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli       59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarəsinin, şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul olunacaqdır.  
Emil Soruşur Yazılma Tarixi:20.12.2024 01:13:30

Salam bacim oqlu Abbasov Kenen 1 ci qrup elildi yerime qusurlu nervoz 2008 il ilkin herbi qeydiyat olmalidi qeydiyatimiz Gedebey rayonudu usaq Baki seherinde doğulub yasiyir Rayona apara bilmirik cunki oturmur cox masinda yol uzaqdi Bakida qeydiyata almaq mumkundu bu vereqi? Zehmet olmasa komklik edesiz sexsiyet vereqesinide deyise bilmirik ona gore Diqqetiniz ucun sagolun

Ailə üzvünüzün (bacınız oğlunun) ilkin hərbi qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.         Bildiririk ki, barəsində müraciət ünvanladığınız şəxsin soyad, ad, ata adı və doğum tarixini (gün, ay və il) tam qeyd etmədiyiniz üçün sözügedən məsələyə aydınlıq gətirilməsi mümkün deyildir.
Kamran Soruşur Yazılma Tarixi:20.12.2024 00:05:22

Salam . 03.12.24 Tarixində yoxlamadan keçmişəm. Cavablar ne zaman biliner? Öncədən təşəkkür edirəm

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Taleh Soruşur Yazılma Tarixi:19.12.2024 21:03:16

Salam.Mənim 18 yaşım 2025 ci il mart ayının 21 də tamam olur.Mən öd daşı xəstəliyindən əziyyət çəkirəm2sm daşlar var. Mən bilmək istəyirəm mənə dinc dövürdə möhlət hüququ verilir mi?Mən aprel ayının 14 də buraxılış imtahanına qeydiyyata düşə bilərəm mi? Mən sizin həkim komissyanızdan 2025 yanvar,fevral aylarında keçə bilərəm mi?Yəni mənim məqsədim aprelin 14 ü buraxılış imtahanında iştirak etməkdir.Əvvəlcədən sizə minnətdarlığımı və dərin təşəkkürlərimi bildirirəm.

Bildiririk ki, 18 yaşınız tamam olduqdan sonra qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəniz təmin ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.    
fatimə Soruşur Yazılma Tarixi:19.12.2024 13:09:49

Salam bilmek isteyırdımkı 9cı sınıfden pese tehsılı alır bu il esgerlıye cagırılmalıdır mohler verılırmı tehsılne gore? birde talesemıya dayısıcı ve g6pd catısmamazlıgı keskin alergiyası var bu xestelıkı olanlar herbı xıdmete yararlıdır mı ?

Bildiririk ki, “talassemiya gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat dərəcəsi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər. Qanda qlükoza-6-fosfat-dehidrogenaza fermentinin çatışmazlığı olan çağırışçılar qanyaradıcı sisteminin funksiyalarının pozulması dərəcəsindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun şəhadətləndirilirlər. Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən şəhadətləndirilirlər. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Ağamməd Soruşur Yazılma Tarixi:19.12.2024 11:40:41

Mənim belimde 8 milli qirija var onla əsgərliyə yararlı saylram

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur. Əlavə olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz var.
Elcan Soruşur Yazılma Tarixi:18.12.2024 20:52:56

Herbi qiymetlendirme merkezinde cagiriscilari muayine eden zaman bezi travmalarin yararlilig katiqoriyalarna girdiyi deyilir lakin ,bu cur tavmalarin cagiriscini fiziki mehdudiyet qoydugunu ve emliyyat zamani bu mehdudiyyetin tamamen pozulmag riski oldugnu melum olsada yararli qebul edilir.yeniki travmanin ciddiliyi qebul edilmir niye

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarını pozmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən şəhadətləndirilirlər. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edilir.
Əli Soruşur Yazılma Tarixi:18.12.2024 20:45:16

Salam mende daltonizm ( reng korlugu ) xesteliyi var Yasil,qirmizi,narinci,sari ,mavi,benovseyi,qehveyi renglerin hamisini gormurem ve ya qarisdiriram buna gore herbi xidmetden yararsiz sayila bileremmi

Bildiririk ki, çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 28-34-cü maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, rəng duyğusu zəifliyinin forma və dərəcələrinin diaqnostikası üçün rənggörmənin müayinəsində tətbiq edilən həddi cədvəllərdən istifadə olunur. Axromatopsiya (tam rəng korluğu), görmə dərəcəsindən asılı olmayaraq ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar xidmətə yararsız sayılırlar.
Uğur Soruşur Yazılma Tarixi:18.12.2024 19:27:06

Salam sizə sual ünvanlanıb lakin cavab alınmayıb. Zəhmət olmasa cavablandırardınız. Nəticələri öyrənmək istəyirəm.

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Hərbi biletinizdə müvafiq qeydlərin aparılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Murad Soruşur Yazılma Tarixi:18.12.2024 18:40:27

Salam, mən breket müalicəsi alan müddətə qədər mən əsgərlikdən möhlət ala bilərəm?

Çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətindədirsə şəhadətləndirilərkən yalnız bir dəfə möhlət verilir. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmamağı barədə qərar qəbul edilir.  
Cədvəldə sətir sayı :14890