Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yusif Soruşur Yazılma Tarixi:15.12.2024 00:26:33

Salam mən 09.09.2024 tarixində Sosial Müdafiə Nazirliyinin tərkibində olan Əlillərin bərpa mərkəzində tibbi yoxlanışdan keçmişəm. Cavabı öyrənmək istərdim

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.            Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması üçün təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.
Emil Soruşur Yazılma Tarixi:14.12.2024 23:57:58

Salam mənim gondərisim var idi niazmi tibb merkezine ayın 9 u kecmisem komisiyyadan neticeleri oyrenmek isteyirem

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Xidmətin Şəki rayon şöbəsində qeydiyyatda olan                2006-cı il təvəllüdlü Rəsulov Emil Elşad oğlu rayon hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti bağlı 05.12.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmişdir. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Şəki rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Zaur Soruşur Yazılma Tarixi:14.12.2024 23:13:05

Salam avqust ayı qobuda yoxlanışdan keçdim nəticələrimi örgənmək istəyirəm..

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Xidmətin Tərtər rayon şöbəsində qeydiyyatda olan                2003-cü il təvəllüdlü Əhmədzadə Zaur Adil oğlu rayon hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti ilə əlaqədar tibbi müayinə olunması üçün Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat və Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmişdir. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Z.Əhmədzadənin yekun tibbi müayinəsi ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin     I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Xidmətin Tərtər rayon şöbəsi tərəfindən Sizə məlumat veriləcəkdir.
Akif Soruşur Yazılma Tarixi:14.12.2024 18:27:24

Salam mən İsmayılov Akif Elşən oğlu 03.01.2007 təvəllüdlüyəm.Sumqayıt şəhərində yaşayıram .bu il çağırışçıyam.Aşağı ətrafımda deformasiya olduğu üçün ET travmatologiya inistutunda tibbi müayinədən keçmişəm.sumqayıt voenkomatı sağlamlıq haqqında aktın yenidən tibbi komissiyadan keçeceyini söylədi.bilmək istəyirəm yararlıyam ya yox?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 16.11.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.
Azər Soruşur Yazılma Tarixi:14.12.2024 18:20:03

Men04.04.2015 ci ilde herbi xidmete baslamisam hemin gunden esger rutbeside verilib. Herbi xidmetim haqda melumatlara baxiram xidmetim dovru 04.07.2015 ci il yalnis yazilib. Onun duzelis olunmasini xais edirem.Bu hesablamen 1 il 3 ay xidmet elemisem? Xais edirem duzgun qeydiyat aparasiz

Hərbi xidmət keçməyiniz barədə məlumatlara Xidmətin Vahid elektron informasiya sistemində düzəlişlərin edilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Vahid elektron informasiya sistemində hərbi xidmət keçməyiniz barədə məlumatlara düzəlişlərin edilməsi məqsədilə tərəfimizdən Xidmətin Goranboy rayon şöbəsinə göstəriş verilmişdir.  
Raul Soruşur Yazılma Tarixi:14.12.2024 14:40:21

Salam oglum 95 faiz gozu gormur 5 faiz gorur .bir gozu 2.25 bir gozu 2.75 her iki gozunde miopeya xesteliyi var .esgerlik dusur ona yoxsa yox

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edilir.
Rahid Soruşur Yazılma Tarixi:14.12.2024 04:37:56

Salam. Mən hərbi prokurorluqdan çağırıldım və tibbi müainədən keçdim. Ancaq mənim (Skalioz Kifoz) problemim olduğunu desəm də, məni tibbi müainəyə salmadılar. Bilmək istərdim ki, məni nə zaman çağıracaqlar. Vainkamata və yaxut, kamisarlığa. ?

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq, Sizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 26.04.2025-ci il tarixədək möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:14.12.2024 01:45:45

Salam,sol diz qapağımda idmandan qalma yırtıq var.4 il öncə 5-dən çox xəstəxanaya əməliyyatla bağlı müraciət etsək də,hamısı riskli əməliyyat olduğunu söylədilər.Həmin vaxdtdan sonrada dizimdə ara-ara tutulmalar olduğundan 6 ay,3 ay, 2 ay çəliklə gəzməli olmuşam.2000 manatdan çox müalicələr etdirmişəm.Bilmək istərdim hərbi xidmətə yararlıyam yoxsa yox?

Çağırışçıların sümük-əzələ sistemi, birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:14.12.2024 00:17:52

Salam Mən Könüllü Olaraq Hərbi Xidmət Keçmək İstəyirəm dinc dövürdə yararsız müharibə dövründə yararlı yazılıb lakin mən hərbi xidmətə getmək istəyirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar olaraq Xidmətin Şəki rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və Şəki rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yekun tibbi müayinəyə cəlb olunmuş və verilən yekun tibbi rəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Şəki rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.  
BƏXTİYAR Soruşur Yazılma Tarixi:13.12.2024 23:51:37

Salam. Yeni qərara əsasən 30yaşına qədər dinc dövürdə yararsız müharibə dövründə məhdud yararlı olan şəxslər 3ildən bir yoxlanışa çağırmayacaqlar. Belədir?

Hal-hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.  
Cədvəldə sətir sayı :14890