Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emil Soruşur Yazılma Tarixi:18.12.2024 14:30:25

Salam, hər vaxtınız xeyir. ƏƏSMN tabeliyində DTSERA tərəfindən aparılmış yekun tibbi müayinənin nəticələrinin əldə olunması barədə məlumat verməyinizi xahiş edirəm.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 07.11.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Elmir Soruşur Yazılma Tarixi:18.12.2024 12:22:10

Salam 2024cü ilin Oktyabr ayında komissiyadan yoxlanışdan keçmişəm. 2-3 yerə göndəriş yazıldı. Yekun nəticənin cavabını öyrənmək istəyirəm.

  Bildiririk ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz, FİN kodunuz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarə, şöbə və ya bölməsi) göstərilməlidir.
Seymur Soruşur Yazılma Tarixi:18.12.2024 11:15:46

Salam, mən 3 ildən bir yoxlanişdan keçirəm. Bu ildə 2024 ildədə Komissiyadan keçmişəm. Komissiyanın nəticəlirini öyrənmək istəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.           Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması üçün təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.
Nahid Soruşur Yazılma Tarixi:17.12.2024 23:35:15

Salam Əskərov Nahid Namik oğlu Masallı rayon Mahmudavar kəndindən anadan olmuşam Masallı qeydiyyatındayam. Sentyabr Ayında Reslublika dəri zöhrəvi klinikasında yoxlanışdan keçdim. Artıq dekabr ayıdır məlumat verilməyib. Həmçinin Zərifə Əliyeva adına oftolmologiya mərkəzindən də, yoxlanışdan keçmişəm. Heçbirinin cavabı verilmeyib. Reabilitasiya mərkəzində yoxlanışdan keçəcəyimi demişdilər amma, heç bir xəbər nədə zəng yoxdur Zəhmət olmasa Məlumat verəsiniz.

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon hərbi həkim komissiyası tərəfindən səhhətiniz ilə əlaqədar 17.02.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə və 18.09.2024-cü il tarixdə Respublika Dəri Zöhrəvi Dispanserinə  əlavə tibbi müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəniz aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Masallı rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Eşqin Soruşur Yazılma Tarixi:17.12.2024 23:24:53

Salam. Ağstafa rayon vaenkomatından 2-3 gün olar zəng gəlib ki xidmətə yararlı təyin edilmisiz. 3 dəfə travmatologiyada 2 ci dərəcəli skolioz ilə yararsız qeyd edilib lakin indi əlillərin bərpa mərkəzi yararlı olaraq qeyd edib. Onurğa sümüyümdə ağrılar olur. Şikayətimi başqa hara edə bilərəm?.

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz var.
Alcan Soruşur Yazılma Tarixi:17.12.2024 22:07:47

Salam, mənə Q6FD diaqnozu qoyulub və bu səbəbdən yarasız hesab olunmuşam. hər 3 ildən bir yoxlanışdan keçirəm. Bilmək istəyirdim ki, bununla bağlı dəyişiklik mövcuddur. Öncədən təşəkkür edirəm.

Çağırışçılarda “Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları” xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Möhlət hüququnuz bitdikdə Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.
Sahib Soruşur Yazılma Tarixi:17.12.2024 20:25:17

Salam, talassemiya daşıyıcısı olanları xidmətmətə aparırlar ?

Bildiririk ki, “Orqanların və sistemlərin anadəngəlmə inkişaf anomaliyaları” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 72-ci maddəsinin I qrafasının tələblərinə əsasən irsi hemoqlobinopatiyalar (heteroziqot gen daşıyıcıları, mikrositoz və s.) olan çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Namiq Soruşur Yazılma Tarixi:17.12.2024 16:08:25

Salam me 17 .10.2024 cu ilde ƏƏSMN-den hekim yoxlanişindan keçmişem.Yekun reyin ne verildiyini öyrenmek isteyirem.Mene eger mohlet huququ veriblerse bu huquq oktyabir ayinnan quvvededi yoxsa yanvar ayinnan?

  Müəyyən edilmişdir ki, 29.10.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
İbrahim Soruşur Yazılma Tarixi:16.12.2024 23:59:52

Salam.Mən 24.11.1999 təvəllüdlü Qənbərli İbrahim Habil oğlu.Tibbi müayinələrdən keçmişəm bir neçə dəfə sadəcə nəticə olaraq son qərar haqqında məlumat verərsiniz zəhmət olmasa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Bərdə rayon şöbəsi tərəfindən təkrar tibbi müayinəyə cəlb olunmuş, 01.08.2024-cü il tarixdə səhhətiniz ilə bağlı Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutuna və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.
Elmin Soruşur Yazılma Tarixi:16.12.2024 19:58:20

Salam Men herbi xidmetde vaxdından evvel ehtiyyata buraxılmışam nə vaxt təkrar tibbi müaynədən keçəcəm

: Təkrar tibbi müyinəyə cəlb olunmağınızla bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir.           Qeyd olunanları nəzərə almağınız xahiş olunur.  
Cədvəldə sətir sayı :14890