Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sunay Soruşur Yazılma Tarixi:13.12.2024 22:54:50

Salam men dinc dövrdə yararsız müharibə dövründə mehdud yararlı statusu verilib artıq yeni dəyişiklərden sonra biz hərbi vayinkamata çağırılmiriq yoxsa necə?

Bildirilir ki, hal-hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  
Tərlan Soruşur Yazılma Tarixi:13.12.2024 19:22:19

Salam. Öncəliklə, növbəti tibbi müayinə tariximi və hazırki diaqnozumu bilmək istərdim. İkinci sualım, meniskdə baş vermiş ağrılı qopma və ya cırılmalar hansı kateqoriyada dəyərləndirilir, müalicə və ya əməliyyat üçün əlavə 3 və ya 6 aylıq möhlət verilə bilərmi?. Son sualım, növbəti tibbi müayinəyə xaricdə olduğum üçün çatdırıb gələ bilməsəm sonrakı çağırışda gəlməyim uyğundurmu? Təşəkkür edirəm.

Təkrar tibbi müayinəyə cəlb olunmağınızla bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.           Bildiririk ki, Sizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 31-ci maddəsinin “b” bəndinə uyğun olaraq (Diaqnoz: OU Mürəkkəb miopik astiqmatizm oxlarla M5,OD(beş) və M3,OD(üç) tor qişanın yırtıqlı qıraq deformasiyası, ambliopiya) 01.07.2025-ci il tarixədək möhlət hüququ verilmişdir.           Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz meniskdə baş vermiş qopma və yırtıqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 58-ci maddəsinə uyğun olaraq şəhadətləndirilir və meniskdə yırtıq MRT müayinəsi əsasında öz təsdiqini taparsa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.           Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci   maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.            Qeyd: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.  
Rəvan Soruşur Yazılma Tarixi:13.12.2024 17:29:02

Salam.Zəhmət olmasa cavablandırardınız.Mən noyabr ayında sox yoxlanışıbdan keçdim.Nəticələri haqqında məlumat istəyirdim.

Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Ramin Soruşur Yazılma Tarixi:13.12.2024 16:06:43

Salam mən yoxlanış nəticələrimi öyrənmək istəyirdim

:  Müəyyən edilmişdir ki, 2023-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 26.09.2023-cü il tarixdə Milli Onkologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş və hərbi biletlə təmin olunmusunuz.
Bayram Soruşur Yazılma Tarixi:13.12.2024 14:27:33

Salam 168 boy 103 kq ceki piylem sayili yarsi verilmir ve niqodun verilmir

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturla təyin edilən bədən kütləsi indeksindən BKİ istifadə olunur: bədən çəkisi (kq) BKİ= ----------------------------- boy ölçüsünün (m) kvadratı Bədən çəkisinin indeksi (BÇİ) 18–25 yaşlı şəxslər üçün normada - 19,5–22,9; zəif qidalanmada - 19,4 və aşağı; yüksək qidalanmada - 23,0–27,4; I dərəcəli                                 piylənmədə - 27,5–29,9; II dərəcəli piylənmədə - 30,0–34,9; III dərəcəli piylənmədə - 35,0 və daha çox. BKİ 26–45 yaşlı şəxslər üçün normada - 20,0–25,9; zəif qidalanmada - 19,9 və aşağı; yüksək qidalanmada - 26,0–27,9; I dərəcəli piylənmədə - 28,0–30,9; II dərəcəli                         piylənmədə - 31,0–35,9; III dərəcəli piylənmədə - 36,0 və daha çox ilə yanaşı ağırlaşmalar (qlükozaya qarşı tolerantlığın pozulması, dislipidemiya, hipertoniya, bel çevrəsi kişilərdə 94 sm, qadınlarda 80 sm) olduqda. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “6 (altı) ay müddətinə müvəqqəti hərbi xidmətə yararsızdır” sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Nicat Soruşur Yazılma Tarixi:13.12.2024 13:34:48

Salam, 33 yaşım var, Apreldən bəri xəstəxanalara göndərilirəm. Bundan öncə 47 a üzrə 3 illik möhlət verilmişdi. İyun ayında Nizami xəstəxanasının nevrologiya şöbəsi 3 aylıq möhlət verdi, Oktyabrda isə Yasamal Hərbi Kommisarlığı tərəfindən Sabunçu xəstəxanasının nevrologiya şöbəsinə Distal Hiperhidroz diaqnozu ilə göndəriş aldım və xəstəxanada bu diaqnozu təsdiqlədilər. Mənim cari statusum barədə zəhmət olmasa məlumat verərdiniz, bir də 9 aydır 7-dən çox xəstəxanaya getdiyimə baxmayaraq, nə üçün düzgün diaqnoz qoyulmamssının səbəbini bilmək istərdim. Təşəkkürlər.

Müddətli həqiqi hərbi xidmətə yararlılıq kateqoriyanızı müəyyən etmək üçün Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin hərbi həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir. Bu səbəbdən Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:13.12.2024 11:38:49

Salam, Soruşmaq istərdim ki, öd kisəsində ölçüləri 8.5 mm, 6.5 mm, 6 mm və 5 mm olan 4 ədəd polip varsa, bu halda hərbi xidmətə yararlı mı yarasız mı olunur?

Çağırışçıların xoşxassəli yenitörəmə xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli       59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.  
Tural Soruşur Yazılma Tarixi:13.12.2024 09:53:00

Salam məndə 1 ci dərəcəli skalioz və osteoxondroz var qol qılça qabırğa sümüyün deformasiya həmçinin ağırlar olur zəhmət olmasa məlumat verərsiz mən bu diqanozla hərbi xidmətə yararlıyam yoxsa yararsız?

Çağırışçıların sümük-əzələ sistemi, birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir
Saleh Soruşur Yazılma Tarixi:12.12.2024 22:35:53

Salam, mən Ağfaş rayon çağırışçısıyam. Zəhmət olmazsa mənə hərbi komissiyasının qərarını, hərbi xidmətə yararlı və ya yarasız olmağımı bildirəsiniz.

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 27.08.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 18.11.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və Respublika Neyrocərrahiyyə Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət    Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış   və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmiş, 2025-ci ilin yanvar çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur.
Hikmət Soruşur Yazılma Tarixi:12.12.2024 21:22:11

Salam,mən 05.10.2024-cü il tarixdə SHXÇDX-dən yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışam və pensiya təyin edilməsi üçün tələb olunan sənədləri vaxtında təqdim etmişəm.Bununla əlaqədar 02.11.2024-cü il tarixdə Xidmətin Aparatına Kadlar baş idarəsinə dəvət ollunmuşam və mənim iştirakımla hərbi xidmət illərim hesablanaraq şəxsi işim 16.11.2024-cü il tarixdə Xidmətin Maliyyə baş idarəsinə göndərilsədə bu günə qədər mənə pensiya təyin edilməyib.Bununla əlaqədar qaynar xətt vasitəsilə 2 dəfə Maliyyə baş idarəsinin əməkdaşları ilə əlaqə saxlayaraq bu günə qədər pensiya ala bilədiyimi bildirsəmdə müraciətimə məhəl qoymamışlar.Yuxarıda qeyd edilənləri nəzərə alaraq 05.10.2024-cü il tarixdən bu günə qədər pensiyamın hesablanaraq verilməsinə dair göstəriş verməyinizi sizdən xahiş edirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına ünvanladığınız müraciətə baxılmışdır.                                                                              Məlumat üçün bildiririk ki, sizə pensiya təyin olunması üçün şəxsi işiniz 19.11.2024-cü il tarixdə Xidmətin Maliyyə və maddi-texniki təminat baş idarəsinin Maliyyə idarəsinə təqdim olunmuşdur.             Məlumat vərəqinin hazırlanması üçün çatışmayan sənədlərin təmin olunması üçün sizin daimi qeydiyyatda olduğunuz rayon şöbəsinə sorğu olunmuş, sənədlər təqdim olunduqdan sonra, 03.12.2024-cü il tarixdə toplanmış təsdiqedici sənədlər Dövlət Sosial Müdafiə Fondunun elektron portalına daxil edilmiş və sənəd 04.12.2024-cü il tarixdə təsdiq olunmuşdur.                      Qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində dövlət Sosial Müdafiə Fonduna müraciət etməyinizi məqsədəuyğun hesab edirik.
Cədvəldə sətir sayı :14890