Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamran Soruşur Yazılma Tarixi:07.12.2024 20:25:49

Salam. Mən bu ayın 3u bütün yoxlamalardan keçmişəm . Cavab nə vaxta bilinəcək ?

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 30.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 06.12.2024-cü il tarixdə Sizin yekun tibbi müayinəniz aparılmış və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Binəqədi rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
ƏKBƏR Soruşur Yazılma Tarixi:07.12.2024 12:02:28

Mende her iki qulaqimda xroniki her iki terefde perde cirigligi ve agir esitme

Çağırışçıların qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən hər qulaqda eşitmənin zəifləməsindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edilir.  
Akif Soruşur Yazılma Tarixi:06.12.2024 23:40:40

Salam.mən xəstəliklə bağlı ET travmatologiya inistutundan keçmişəm.voenkomat gələn cavabı Bakıya göndəcək.bilmək istəyirəm mən yararlıyam ya yox?

Bildiririk ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə, adınız, soyadınız, ata adınızdan əlavə, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarəsi (idarə, şöbə və bölmə) göstərilməlidir.
Burhan Soruşur Yazılma Tarixi:06.12.2024 21:28:05

Salam Mən Oktyabr ayının 25-də Milli Oftalmologiya mərkəzində müayinə olundum. Sonra da DTSERA- ya göndərildim, və mənə izah edilənə görə, bu sonuncu addım olmalı idi. Ancaq DTSERA -da müayinə edildikdən 1 gün sonra, mənə məlumat verildi ki, məni Qobuya müayinəyə göndərilirəm. Soruşmaq istəyirəm, bu halda yararlı və yaxud yararsız olmağımı kim təyin edir? Və mən DTSERA-nin cavabını mi gözləmeliyemmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsi tərəfindən 22.10.2024-cü il tarixdə növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz
Davud Soruşur Yazılma Tarixi:06.12.2024 19:52:43

Salam. Mən Şuşa şəhər bölməsində qeydiyyatda olan, 23.03.1999 təvəllüdlü Abbaslı Davud Məmməd oğlu keçən ay Reabilitasiya Agentliyində yoxlanışda olmuşam və nəticəsini öyrənmək istəyirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Şuşa şəhər şöbəsi tərəfindən 17.09.2024-cü il tarixdə növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Nizami Tibb Mərkəzinə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra Siz təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Hafiz Soruşur Yazılma Tarixi:06.12.2024 19:18:10

Salam Men Osmanov Hafız Herbi casta (Daxili qosun,Bakı) Öd kisemde polib olduqu ucun(xestelik) yararsız olaraq qaytarilmisam ve 1 ildirki getmemisem men xidmede getmeliyem yoxsa yox , Milli orduya yararlı olduqunuda Vaynakmat bildirmiştir.

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən səhhətiniz ilə bağlı 15.01.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə və 29.03.2024-cü il tarixdə Milli Onkologiya Mərkəzinə tibbi müayinəyə göndərilmisiniz.
Tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına uyğun olaraq Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.

Elnur Soruşur Yazılma Tarixi:06.12.2024 16:41:37

Salam. 22 Noyabr tarixində ƏƏSMN-dən həkim yoxlanışından keçmişdim. Yekun nə rəy verildiyini öyrənmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 11.10.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş və hərbi biletlə təmin olunmusunuz.
İlqar Soruşur Yazılma Tarixi:05.12.2024 12:37:19

Salam, Mənim oğlumda 2010 mart təvəllüd Talassemiya daşıyıcı çıxıb. talassemiya mərkəzindən bu barədə sənəd var. Öyrənmək istərdim ki, oğluma gələcəkdə hərbi xidmətə yararlıq baxımından problem yarada bilərmi?

Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər. Övladınız qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.
Leyla Soruşur Yazılma Tarixi:05.12.2024 09:46:07

Salam Oğlum Həsənalıyev Məhəmmədəli Şahin oğlu 2006 təvəllüdlü Füzuli rayon vayonkomat çağırışcısıdır.Gozu ile bağlı gönderilen müayinəden kecib.Cavablar bilmək istəyirik.Xahis edirik məlumat verəsiniz.

Müəyyən edilmişdir ki, tibb müəssisələrinin təqdim etdiyi 23.09.2024-cü il tarixli və 29.10.2024-cü il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Həsənalıyev Məhəmmədəli Şahin oğlunun yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Hərbi biletlə təmin olunması üçün Məhəmmədəli Həsənalıyevin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə müraciət etməyi tövsiyə olunur.  
Zaur Soruşur Yazılma Tarixi:05.12.2024 06:23:40

Salam men yoxlanışdan kecmisem cavabi bilmek isteyirem.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 05.10.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14891