Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:04.12.2024 14:49:10

Salam.Mən kamisyadan kecmişəm təkrar yoxlanışdan.Cavablari bilmək isdiyirəm

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Gəncə şəhəri, Kəpəz rayon şöbəsi tərəfindən 10.06.2024-cü il tarixdə növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Abbas Səhhət adına Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Elşən Soruşur Yazılma Tarixi:04.12.2024 14:47:49

Salam, mən 01.06.2000 təvəllüdlüyəm, Yasamal rayonu üzrə qeydiyyatdayam, bu ilin yayında son yoxlanışdan sonra yararsız olduğumu vurğuladılar, amma hələ də hərbi bilet ilə bağlı heç bir bildiriş verilməyib, nə etməliyəm?

Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Rafik Soruşur Yazılma Tarixi:04.12.2024 12:44:07

Salam, mənim sağ diz oynağı daxilində maye miqdarında bir qədər artış, arxa çarpaz bağın tibiaya birləşmə yerində tibiada fokal kortiko - subkortikal kiçik ödəm sahəsi, suprapatellar bursada az miqdarda maye yığıntısı, medial meniskusun arxa buynuzunda 2 dərəcəli degenerasiya və arxa hissəsində deformasiya, laterial meniskusun arxa buynuzunda ön buynuza uzanan 2 dərəcəli degenerasiya. Hərbiyə yararlıyam?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, sümüklərin və oynaqların xəstəlikləri ilə hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar, bir qayda olaraq stasionar müayinədən və müalicədən sonra çıxarılır. Bu zaman xəstəliyin residivləşməyə və ya proqressivləşməyə meyilliliyini, sağalmanın davamlılığını və hərbi xidmətin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Müalicənin nəticələri qənaətbəxş olmadıqda və ya ondan imtina edildikdə, ətrafın və ya oynağın funksiyasından asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının “a”, “b” və ya “c” bəndləri üzrə qərar çıxarılır. Çağırışçılar hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul edilir.
Rüfət Soruşur Yazılma Tarixi:04.12.2024 01:58:41

Salam, mən 22 oktuyabırda varkaseldən əməliyat olunmuşam bu əməliyatıma görə mənə 6 aylıq möhlət hüququ düşür?? Və belimdə 2 yerdə qrişa var 3 və 2 milli buna görə hərbi xidmətdə qalma və ya möhlət huqui verilə bilər??

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, qeydiyyatda olduğunuz Xidmətin İmişli rayon şöbəsi tərəfindən səhhətiniz ilə bağlı müraciətiniz nəzərə alınaraq, Siz 03.12.2024-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına, Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Tibb müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları şöbəyə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin İmişli rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir. 
Elnur Soruşur Yazılma Tarixi:03.12.2024 23:52:03

Salam. Mən Elnur Hüseynov. Mən 2013-cü ildə maşın qəzası keçirmişəm, qolumu tam yuxarı və arxaya qaldıra bilmirəm. Ayağımın sümükləri əyri yetişib. Diz qapağım içəri çökmüş haldadır. Ayağımın biri sağ tərəf istiqamətə əyri yetişib. Qış aylarında ayağımda və çiynimdə kəskin ağrılar olur Sümüklərim sızıldayır. 6-7 ildir ki mən Hərbi komissarlıq tərəfindən yoxlamaya çağrılırdım. Hər dəfə yararsız olduğum üçün məni xidmətə aparmırdılar. Bu il məni bir neçə dəfə tibbi şəkildə yoxladılar, iyun ayında mənə xidmətə yararsız olduğumu bildirdilər. Oktyabr ayında yenə yoxlamaya dəvət olundum və bu dəfə isə yararlı olduğumu və çağırış vərəqəmin hazır olduğunu dedilər. Mən tibbi yoxlamanın yalnış aparıldığını düşünürəm Bunun üçün yenidən yoxlanış keçirilməsini tələb etmək üçün hara müraciət etməliyəm? Xahiş edirəm ki, mənim sualıma aydınlıq gətirəsiniz. Təşəkkürlər.

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz var.
Elgün Soruşur Yazılma Tarixi:03.12.2024 23:08:53

Salam axşamınız xeyir sizə sualım ondan ibadətdir ki 31 yaşım var bir gözüm görmür 15 gün öncə Zərifə Əliyeva adına göz kilinikasında muainədən keçmişəm Qax rayon hərbi kamisarlığına getdim dedilər cavablar gəlməyib cavablar gələndən sonra birde Bakıya hərbi qospitala aparılacağımı dedilər

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Qax rayon bölməsi tərəfindən 18.11.2024-cü il tarixdə növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Xətai Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Qax rayon bölməsi tərəfindən məlumat veriləcəkdir. 
Təhməz Soruşur Yazılma Tarixi:03.12.2024 21:09:04

Salam, men 23 avqust 2023-cü il tarixinde Topçubaşov Adina Elmi Cərrahiyyə Mərkəzin de yoxlanışdan keçdim. Orta-böyük ölçülü qasıq yırtığı diaqnozu qoyuldu və vayonkomat mene öz hesabıma apres olmağım üçün 3 ay müddetine möhlet yazdı və qəyd ettilerki 3 ay vaxt erzinde apres olunmasam meni müddetin biten vaxtı hazırki xəstəlikle birqə əsqərə aparacaqlar. Sebebin bu diaqnozun Hərbi-həkim ekspertizası haqqında Əsasnamə de qarşılığı olmasına baxmayaraq buna tabe olunmadlğı qəyd elediler. Men magistr telebesiyem ve çağrışım yaxınlaşır men bilmek isteyerdim ki vayonkomatın bu statı düzdürse men apres olmağım vacibdirmi və bu qərarın qanuna uygunluğun soruşmaq istiyirdim.

Müəyyən edilmişdir ki, təhsil almağınızı nəzərə alaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 maddəsinə əsasən Sizə  01.08.2025-ci il tarixədək möhlət hüququ verilmişdir. Bildiririk ki, təhsil almağınız ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisələrində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Elmin Soruşur Yazılma Tarixi:03.12.2024 18:17:46

Salam mən herbi xidmetden xesteliye göre vaxtından əvvəl şəhadətləndilirmişəm . Mən nə yenidən müainəyə cəlb ediləcəm

Müəyyən edilmişdir ki, 2022-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 12.05.2022-ci il tarixdə Göygöl rayon Mərkəzi Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “hərbi xidmətə yararlıdır” hesab edilmiş, 27.07.2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Siz hərbi xidmət dövründə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli     59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasının tələblərinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”, “Ümumi xəstəlikdir” hesab edilərək, 05.09.2022-ci      il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli         59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış ehtiyatda olan vətəndaşların tibbi şəhadətləndirilməsi 5 (beş) ildən bir keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi xidmətə yararlılıq kateqoriyası dəyişdirildiyi halda hərbi biletində xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər aparılacaq.
Bulud Soruşur Yazılma Tarixi:03.12.2024 13:22:19

Menim çene nahiyyemde 10 dan çox dış yoxdur ve protezdir, buna gorede herbi xidmetden mohlet verilib, bilmek isteyirem ki, mene hansı madde ile mohlet verilib. Berde rayon SX.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2016-cı ilin yanvar çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 13.11.2015-ci il tarixdə Bərdə rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. 19.08.2021-ci il tarixdə təkrar tibbi müayinəyə cəlb olunmuş və barənizdə verilmiş qərar qüvvədə saxlanılmışdır. Verilmiş möhlət müddəti bitdiyi üçün Sizin Xidmətin Bərdə rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Ömər Soruşur Yazılma Tarixi:03.12.2024 13:12:28

Burunda, yüksək dərəcədə çəpər əyriliyi, ayağımın da altı düzdür. Yeriyə bilmirəm çox. Ağrı verir belim o saniyə. Bu hallarda məni əsgərə apararlar?

Çağırışçıların tənəffüs orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasının tələblərinə əsasən tənəffüs çatışmazlığı dərəcələrinin göstəricilərindən, xəstəliyin gedişindən asılı olaraq aparılır. Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul ediləcəkdir.  
Cədvəldə sətir sayı :14890