Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hikmət Soruşur Yazılma Tarixi:12.12.2024 21:22:11

Salam,mən 05.10.2024-cü il tarixdə SHXÇDX-dən yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışam və pensiya təyin edilməsi üçün tələb olunan sənədləri vaxtında təqdim etmişəm.Bununla əlaqədar 02.11.2024-cü il tarixdə Xidmətin Aparatına Kadlar baş idarəsinə dəvət ollunmuşam və mənim iştirakımla hərbi xidmət illərim hesablanaraq şəxsi işim 16.11.2024-cü il tarixdə Xidmətin Maliyyə baş idarəsinə göndərilsədə bu günə qədər mənə pensiya təyin edilməyib.Bununla əlaqədar qaynar xətt vasitəsilə 2 dəfə Maliyyə baş idarəsinin əməkdaşları ilə əlaqə saxlayaraq bu günə qədər pensiya ala bilədiyimi bildirsəmdə müraciətimə məhəl qoymamışlar.Yuxarıda qeyd edilənləri nəzərə alaraq 05.10.2024-cü il tarixdən bu günə qədər pensiyamın hesablanaraq verilməsinə dair göstəriş verməyinizi sizdən xahiş edirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına ünvanladığınız müraciətə baxılmışdır.                                                                              Məlumat üçün bildiririk ki, sizə pensiya təyin olunması üçün şəxsi işiniz 19.11.2024-cü il tarixdə Xidmətin Maliyyə və maddi-texniki təminat baş idarəsinin Maliyyə idarəsinə təqdim olunmuşdur.             Məlumat vərəqinin hazırlanması üçün çatışmayan sənədlərin təmin olunması üçün sizin daimi qeydiyyatda olduğunuz rayon şöbəsinə sorğu olunmuş, sənədlər təqdim olunduqdan sonra, 03.12.2024-cü il tarixdə toplanmış təsdiqedici sənədlər Dövlət Sosial Müdafiə Fondunun elektron portalına daxil edilmiş və sənəd 04.12.2024-cü il tarixdə təsdiq olunmuşdur.                      Qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində dövlət Sosial Müdafiə Fonduna müraciət etməyinizi məqsədəuyğun hesab edirik.
İlkin Soruşur Yazılma Tarixi:12.12.2024 21:11:43

Salam, mən noyabr ayının 20-si sosialdan yoxlanışdan keçmişəm,cavabı barədə məlumat verərdiniz zəhmət olmasa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına cəlb edilmiş, Xidmətin Sumqayıt şəhər baş idarəsində hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilərək 15.10.2024-cü il tarixdə müayinə üçün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq 11.12.2024-cü il tarixdə “Sağlamlıq vəziyyətinə görə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.  
Murad Soruşur Yazılma Tarixi:12.12.2024 17:15:03

Salam, mən bilmək istəyirdim ki, ürəkdə hiss dəstəsinin sol ayaqcığının arxa şaxəsinin blokadası, sinus taxikardiyası bundan əlavə konxa hipertrofiyası və burun çəpər əyriliykimi problemlər olduqda hərbi xidmət üçün yararlı sayılır çağırışçı?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Çağırışçıların qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq, tənəffüs orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə isə tənəffüs çatışmazlığı dərəcələrinin göstəricilərindən, xəstəliyin gedişindən asılı olaraq aparılır. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Rəvan Soruşur Yazılma Tarixi:12.12.2024 14:56:35

Salam aritmiyası olan hərbiyə yararlıdır?

Çağırışçıların qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasının tələblərinə əsasən funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edilir.
İslam Soruşur Yazılma Tarixi:12.12.2024 04:15:48

Salam. Mən İslam. Sualım budur ki, oktyabr ayında rehabilitasiya mərkəzində yoxlanışda oldum zəhmət olmasa cavablarını öyrənmək istəyirdim?

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.    
Orxan Soruşur Yazılma Tarixi:12.12.2024 03:26:48

salam qulağin 1 ri tam esidir diger qulag ise 3 derece zeif esdir herbi xidmete yararlidir zehmet olmasa cavab vererdiz dimek olarki qulagimin biri picilti nitqini 1 metrden az esidir 0.50 sm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət olub-olmamasından asılı olaraq aparılır. “Karlıq, lal-karlıq, eşitmənin zəifləməsi” xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə isə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 38-ci maddəsinin          I qrafasının tələblərinə uyğun olaraq “pıçıltı nitqini bir qulağın 1 metrdən (1 metr daxil olmaqla) az olmayan (80 dB və aşağı), digər qulağın 4 metrdən (4 metr daxil olmaqla) az olmayan           (30 dB və aşağı) məsafədən eşitməsi və ya hər iki qulağın 3 metrdən (3 metr daxil olmaqla) az olmayan (40 dB və aşağı) məsafədən eşitməsi “Xəstəliklər cədvəli”nin I-II qrafaları üzrə şəhadətləndirilənlər üçün hərbi xidmət keçməyə mane olmur. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Zeynal Soruşur Yazılma Tarixi:11.12.2024 20:25:01

Salam mənim Reabilitasiyada verdiyim xəstəliklərin cavabları hərbi xidmətə yararsızmı çixib? Bilmək istəyirdim.

Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.  
Murad Soruşur Yazılma Tarixi:11.12.2024 19:46:53

Salam, mən oktyabr ayında yoxlanışdan keçmişəm, ondan əvvəl də bir neçə dəfə yoxlanışdan keçmişəm iyul ayından bəri. Ancaq mənə son nəticə ilə bağlı heçnə bildirilmədi. Zəhmət olmasa yekun nəticəni deyərdiz.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 03.06.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən 04.11.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
İdrak Soruşur Yazılma Tarixi:11.12.2024 18:57:55

Salam axsaminiz xeyir olsun. Mən 18 yaşımnan xidmətə yarasız hesab olunmuşam indi isə 29 yaşım var. Mənim xəstəliyim onurga sütunumda anadan gəlmə aralanma var SPİNA BİFİDA və bununla bərabər eroniz xəstəliyimdə var onurğamda qığırdaqların zəyif inkişaf etməsi və əzələ gərginliyim var yəni sinir sistemimdə prablem olduğu üçün mənim aşağı ətrafıma problem yaradır, və mən ayaq üstə dura bilmirəm çün ki o an mənim kürəy nahiyəmdə və aşağı ətrafımda gərginlik yaradır və buda mənim səhətimdə ciddi prablem yaradır.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 10.09.2024-cü il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Rəfail Soruşur Yazılma Tarixi:11.12.2024 17:01:00

Salam.Məndə Dəri Zöhrəvi xəstəxanasında analizdə bədənimdə göbələk aşkarlanmışdı mən əsgərliyə yararliyam yoxsa yox Nazirlikdən cavab nə vaxt müəyyən ediləcək zəhmət olmasa məlumat verərdiniz.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 03.10.2024-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına və 02.12.2024-cü il tarixdə Respublika Dəri-Zöhrəvi Mərkəzinə əlavə tibbi müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 26.12.2024-cü il tarixdə yekun tibbi müayinə aparılmış, müayinənin nəticəsi Xidmətin Mərkəzi hərbi həkim komissiyasına daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin          I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14891