Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseyn Soruşur Yazılma Tarixi:09.12.2024 17:07:07

salam adım Abbaslı Hüseyn Məhəbbət oğlu imişli rayonu Sarxanlı kəmdi mən 3 ildən bir olan yoxlanışdan keçmişəm son olaraq əlillərin bərpa mərkəzində yoxlandım 1aykeçib cavabı hələ çıxmayıb amma cavabı bilmək istərdim

Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Cümşüd Soruşur Yazılma Tarixi:09.12.2024 13:48:52

SALAM MƏN 3 İldən bir yoxlanışdan keçirəm. Bu il 2024 ildede nizami tibb merkezimzen qobudan , xestexanalardan keçmişəm oktyabr noyabr aylarinda xestexanalrda yoxlanışdan keçdim. Nəticələrimi öyrənmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz 29.11.2024-cü il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş, komissiyanın rəyinə əsasən 12.12.2024-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına, Respublika Psixiatriya Xəstəxanasına və Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Ağsu rayon şöbəsinə daxil olduqdan sonra Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən şəhadətləndiriləcək və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Sürət Soruşur Yazılma Tarixi:09.12.2024 12:15:28

Talassemiya dasıyıcısı olan yararlı sayılır?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Talassemiya gen daşıyıcısı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” qərarı qəbul edilir.  
Taryel Soruşur Yazılma Tarixi:09.12.2024 12:13:28

Salam . Adım Həşimli Taryel Saleh oğlu. Şuşa şəhəri komissarlığında qeydiyyatdayam. 25 İyun 2000-ci ildə anadan olmuşam. Atam 1-ci qrup əlil olduğuna və başqa övladı olmadığına görə mənə 35 yaşa qədər möhlət verilmişdir. Sizə sualım odur ki mən hal hazırda hərbi qeydiyyatda yararlı kimi qeydiyyatayam yoxsa yarrasız? İndidən təşəkkürlər.

Müəyyən edilmişdir ki, ailə vəziyyətinizi nəzərə alaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1 maddəsinə əsasən Sizə  25.06.2035-ci il tarixədək möhlət hüququ verilmişdir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Elvin Soruşur Yazılma Tarixi:08.12.2024 23:20:19

Salam bilmek isteyirem narkotik asılıqı olan şəxsi herbi xidmətə cagırılırmı? Hansı hallarda hərbi xidməttən mohlət verilir nartokik (nəşə) asılılıqı olan şəxsə Xahiş edirəm sualıma ətraflı və dolqun şəkildə cavab uazasımız . Təşəkkür edirəm.

Çağırışçıların psixoaktiv maddələrin qəbulundan yaranmış psixi və davranış pozuntuları xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 19-cu maddəsinin                              I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Teymur Soruşur Yazılma Tarixi:08.12.2024 17:02:40

Salam, mən tibbi müayinədən keçdim mənə E 45, inkişaf zəifliyi diaqnozu qoyuldu bu nə deməkdir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.           Müəyyən edilmişdir ki, Siz 2025-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Nəsimi rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 5 nömrəli şəhər poliklinikasına mütləq müayinələrə göndərilmisiniz.           Səhiyyə müəssisəsinin təqdim edəcəyi mütləq müayinələrin nəticələrinə əsasən və Nəsimi rayon çağırış komissiyası tərəfindən tibbi müayinələriniz yekunlaşdıqdan sonra hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.  
Samir Soruşur Yazılma Tarixi:08.12.2024 16:30:25

Hörmətli Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndələri, Keçmiş olduğum tibbi müayinəyə əsasən mənim hazırkı statusum barədə məlumat verməyinizi xahiş edirəm. Xüsusilə, hərbi xidmətə yararlılıq kateqoriyam ilə bağlı hansı qərarın qəbul edildiyini öyrənmək istərdim. Sizə əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, M.S.V

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər çağırış komissiyası tərəfindən səhhətiniz ilə əlaqədar 14.11.2024-cü il tarixdə Sumqayıt şəhər 1 saylı xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən məlumat veriləcəkdir.
Şahin Soruşur Yazılma Tarixi:08.12.2024 12:32:25

Salam. Dizimdə medial meniskusun arxa buynuzunda kompleks yırtığı, oynaq daxilində və suprapatellar bursaya uzanan maye artışı, lateral meniskusun arxa buynuzunda birinci dərəcə degenerasiya, medial meniskusun arxa buynuzu qonşuluğunda 6 mm ölçüdə parameniskal kista diaqnozlarım var. Mən hərbiyə yararlı sayılıram?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Məlumat üçün Sizə bildiririk ki, sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət                   olub-olmamasından asılı olaraq aparılır. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Təbriz Soruşur Yazılma Tarixi:08.12.2024 00:32:56

Salam,mən öncəki çağırışlarda tibbi müayinə zamanı WPW sindiromu ilə hərbi xidmətdən azad olunmuşam.Bilmək istiyirəm bu diaqnoz təsdiqlənərsə hərbi xidmətdən azad oluram ya yox.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Qan dövranı sistemi xəstəlikləri üzrə: WPW sindromu” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Kamran Soruşur Yazılma Tarixi:07.12.2024 20:25:49

Salam. Mən bu ayın 3u bütün yoxlamalardan keçmişəm . Cavab nə vaxta bilinəcək ?

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 30.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 06.12.2024-cü il tarixdə Sizin yekun tibbi müayinəniz aparılmış və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Binəqədi rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14890