Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Röyal Soruşur Yazılma Tarixi:30.11.2024 01:36:33

Salam, öd kisəsi olmayan şəxs hərbi xidmətə yararlıdır?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin instagram səhifəsinə ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Öd kisəsinin cərrahi yolla çıxarılması-xolesistektomiya əməliyyatı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Emrah Soruşur Yazılma Tarixi:29.11.2024 18:13:58

Salam mən 3 ildən bir tibbi müayinədən keçirəm. 2025 ci ilin oktyabr ayında tibbi müayinədən keçməliyəm. Mən isə bunu müəyyən səbəblərə görə tezləşdirmək istəyirəm. Mümkündü ?

Cavab: Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarəsinə (idarə, şöbə və bölməsinə) təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
ELViN Soruşur Yazılma Tarixi:29.11.2024 17:50:16

salam men konul olaraq herbı xırmet getemekı ısteyırem TAGIYEV ELVIN

Könüllü hərbi xidmətə getməyinizlə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir.           Əlavə olaraq bildiririk ki, bu kateqoriyadan olan vətəndaşlar təkrar tibbi müayinə zamanı “hərbi xidmətə yararlı” hesab edildikdə, müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılmaları mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.    
Gündüz Soruşur Yazılma Tarixi:29.11.2024 16:29:59

Salam mən hərbi yoxlanışdan keçmişəm 1 ay müddətindən coxdur və mənə heç bir cavab verilməyib Bununla bağlı necə məlumat ala bilərəm?

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 22.10.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Ucar rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir
İsmayıl Soruşur Yazılma Tarixi:29.11.2024 09:17:27

Salam,men 18 yaşında yararsız kimi hesab edilmişəm,, qolumda deformasiya var,bunun üçün meni yararsız kimi qeydə alıb hərbi bilet veriblər niqodni,, bu ilin iyul ayında meni çağırdılar yoxlanışa 3 dəfə təkrar müayinə de oldum,,o gün mene yaralı geldi cavab,,? Ola bilərmi ki səhvlik olsn? Qolun deformasiyayasi yaralı ya yarasız sayılır ?

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 16.07.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilərək, 2025-ci ilin yanvar çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur.
Laçın Soruşur Yazılma Tarixi:29.11.2024 00:21:10

Salam Mən Abbasov Laçın Valod oğlu 2019-2022 ci illərdə Heydər Əliyev adına Hırbi İnstitutda təhsil alıb Xəstlikl təxris olunmuşam .Lakin Egov programında Hərbi xidmət statusumda Xidmət keçməyib deyə qeyd olunub .Bunun Səbəbini deyə bilərsiniz?

Hərbi xidmət keçməyiniz barədə məlumatlara “Elektron hökumət” portalında və my.gov.az saytında düzəlişlərin edilməsinə dair elektron müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, Vahid elektron informasiya sistemində hərbi xidmət keçməyiniz barədə məlumatlara düzəlişlərin edilməsi məqsədilə tərəfimizdən qeydiyyatda olduğunuz Laçın rayon bölməsinə müvafiq göstəriş verilmişdir.  
Rafiq Soruşur Yazılma Tarixi:28.11.2024 22:29:54

Salam zehmet olmasa melumatlandirardiz men 3 il qabaq esgeriyyi saxladirmisam bu il yanvarda 3 il tamam olur hele yoxlanisa cagirmayiblar menim onurga sutunumda Th11 Th 12 diskinde olçusu 4 mll qrija var ve L4 L5 diskinde ölçusu 5 mll qrija var ve L5 S1diskde qabarma movcuddu idmanda tramadan yaranib men esgeriyye yarariyam yoxsa yararsiz?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ 07.01.2025-ci il tarixdə bitdiyi üçün Siz qeydiyyatda olduğunuz Xidmətin Şamaxı rayon şöbəsi tərəfindən növbəti təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, əlavə müayinəyə ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin ediləcəkdir. Aparılmış müayinə nəticələrinə əsasən Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır. “Fəqərəarası diskin yırtığı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər
rüfət Soruşur Yazılma Tarixi:28.11.2024 17:00:16

Salam. Mən 2016-cı ildə valikosele xəstəliyindən 1 tərəfli əməlliyat olmuşam və 2022 06 ayında 2 tərfli hər iki tərəf 3 dərəcə olmakla əməliiyat olmuşam. 2 ci əməlliyatımda uğursuz oldugundan xəstəlik sağalmadı hələdə fəsadlarını yaşayıram. mən yoxlanışa çağırıldım 2 ci dərəcəli varikosele oldugumu dedilər bu halda hərbi xidmətə yararlı sayılırammi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, varikosele cərrahi əməliyyatından sonrakı residiv olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının 42-ci maddəsinə əsasən qan dövranının və funksiyaların pozulma dərəcəsindən asılı olaraq şəhadətləndirilirlər. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə, bölmə) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon hərbi həkim komissiyası tərəfindən qanunamüvafiq qərar qəbul olunacaqdır.
Dağlar Soruşur Yazılma Tarixi:28.11.2024 13:53:28

Salam.Mənim burnum qırıqdır,burundan nəfəs ala bilmirəm və əlavə olaraq alt çənə sümüyümdə defarmasiya var.Alt çənəm uzun olduğu üçün alt və üst dişlərim üst-üstə düşmür,öyrənmək istəyirəm ki,mən hərbi xidmətə yararlıyam?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, həzm orqanlarının xəstəlikləri üzrə: “60 faiz və daha artıq çeynəmə səmərəliliyi ilə II (ikinci) dərəcəli dişləm anomaliyası” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər. Tənəffüs orqanlarının xəstəlikləri üzrə: “Burun tənəffüsünün davamsız çətinləşməsi ilə polipoz sinusitlər, nadir kəskinləşmələrlə irinli sinusitlər, irinsiz sinusitlər və tez-tez kəskinləşmələrlə irinli sinusitlər” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Nicat Soruşur Yazılma Tarixi:28.11.2024 12:39:53

Salam.Mən 26.12.2024 tarixində müayinədən keçmişəm.Yararlı və yararsız olmağımı bilmək istəyirəm.Zəhmət olmasa cavab verərdiniz.

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 11.12.2024-cü il tarixdə Sizin yekun tibbi müayinəniz aparılmışdır.  Müayinələrin nəticələrinə əsasən barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14890