Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərvin Soruşur Yazılma Tarixi:24.11.2024 09:49:51

Salam, mən reabilitasiya mərkəzində yoxlanışda olmuşam, onun nəticələrini öyrənmək istəyirdim

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Quba rayon şöbəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra Siz təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
HÜSEYN Soruşur Yazılma Tarixi:24.11.2024 01:55:53

Men rzayev hüseyin sizden bir xahiş edecem men qaraciyer exnakokundan vd ve varukuselden emeliyat olmuşam 2021 ci il ilkin herbi muayine zamanı dinc dövür ücün herbi xidmete yararsız müharibe dövrü ücün mehdud yararlı hesab edilmişem 2024 sentiyabrın 17 de meni bakı şeheri elmi cerahiye xestexanasında tibi herbi muayineden gecmeye gönderdiler ve muayine bildirişi mene vermeden 2025 yanvarın 5 ne mene cağrış verdiler sizden xahiş edirem menim tibbi muayinem hakta mene melumat veresiniz ve herbi xidmete yararlı hesab edilirsem hansi herbi xidmete xidmet edecem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Şəmkir rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə əlavə müayinələrə cəlb olunmusunuz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Fərhad Soruşur Yazılma Tarixi:23.11.2024 13:30:52

Salam. Təkrar yoxlanış tarixi fevral 2024 qeyd olunan və iyulun 1-nə qədər yoxlanışdan keçən çağırışçı ƏƏSM Nazirliyinin tərkibində agentlikdə yenidən komissiyadan keçməlidir?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsi tərəfindən 26.02.2024-cü il tarixdə növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş, səhhətiniz ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Barənizdə qərar qəbul edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilmiş və komissiyanın rəyinə əsasən Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanasına, Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz 11.12.2024-cü il tarixdə ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmışdır. Barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qəbul olunan qərar haqqında Sizə Xidmətin Nərimanov rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Fərhad Soruşur Yazılma Tarixi:23.11.2024 13:20:33

Salam. Mən 3 ildən bir, fevral ayında hərbi komissiyada yoxlanışdan keçirəm. Bu il də mart-aprel aylarında sırası ilə Sabunçu 3 nömrəli xəstəxana-Qobuda tibbi komissiya-Zərifə Əliyeva adına göz klinikası və ən son da Nizami tibb mərkəzində yoxlanışdan keçdim aprel ayının sonuna qədər. İyul ayında mənə çağırış gəlmədiyi üçün düşündüm ki yenə barəmdə 23C qərarı çıxıb həmişə olduğu kimi. Lakin Nərimanov hərbi komissarlığı deyir ki səni sosial müdafiə nazirliyi tərkibində agentlik yoxlayacaq. Halbuki fərmanda qeyd olunan tarixə, yəni iyulun 1-nə(daha dəqiq 30 aprel 2024) qədər artıq yoxlanışdan keçmişdim. Hərbi komissarlıq deyir ki bu il işlər yubanır, biz də cavab gözləyirik. Bilmək istəyirdim ki məndən asılı olmayan hansısa yubanmaya görə mən niyə yenidən komissiyadan keçməli oluram sosial müdafiə nazirliyinin agentliyində? Nazirlik deyir ki sənin işin bizə düşmür çünki sən fevral çağırışısan, hərbi komissarlıq isə deyir ki səni nazirlik tərkibində agentlik yoxlayacaq. Bu barədə zəhmət olmasa mənə konkret cavab bildirərdiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsi tərəfindən 26.02.2024-cü il tarixdə növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş, səhhətiniz ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Barənizdə qərar qəbul edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilmiş və komissiyanın rəyinə əsasən Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanasına, Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz 11.12.2024-cü il tarixdə ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmışdır. Barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qəbul olunan qərar haqqında Sizə Xidmətin Nərimanov rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Tahir Soruşur Yazılma Tarixi:22.11.2024 20:38:27

Salam menim mohlet huququm bu ay bitib tekrar ne vaxt yoxlanisa cagrilacam?

Təkrar tibbi müayinəyə cəlb edilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.   Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    Eyni zamanda bildiririk ki, möhlət müddəti bitdiyinə görə təkrar tibbi müayinə olunmağınız üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin Qazax rayon şöbəsinə gəlməyiniz vacibdir.
Subhan Soruşur Yazılma Tarixi:22.11.2024 18:08:38

Salam. Mən Reabilitasiya mərkəzində müayinədən keçdim mənim nəticəmlə bağlı məlumat verməyinizi xahiş edirəm.

  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Samux rayon bölməsi tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra Siz təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
İldırım Soruşur Yazılma Tarixi:22.11.2024 11:06:28

Salam, mən Mirməmmədov İldırım Natiq oğlu ,31 yaşım var. Yazıb sizdən öyrənmək iatərdim ki, yararsız hala düşmüş hərbi bileti harada yeniləyə bilərəm? Hörmətlə,

Korlanmış hərbi biletinizin əvəzinə yenisinin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.            Bildiririk ki, hərbi bilet etinasız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin     607-ci maddəsi) hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin strukturuna daxil olan qurumlar tərəfindən aşağıda göstərilən sənədlər əsasında verilir:            1. ərizə;            2. şəxsiyyət vəsiqəsinin surəti (təsdiq olunmuş);            3. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil. 4. təbii fəlakət, yanğın və s. nəticəsində itirilmiş və ya korlanmış hərbi biletin təbii fəlakət, yanğın və s. təsdiq edən dövlət orqanının arayışı. Eyni zamanda bildiririk ki, hərbi vəzifəlilərin günahı olmadan (təbii fəlakət, yanğın və s.) hərbi biletlərin itməsini və ya korlanmasını təsdiq edən sənədlər mövcud olduğu halda inzibati xəta haqqında protokol tərtib olunmur və həmin hərbi vəzifəlilər cərimə edilmirlər.  
Elşən Soruşur Yazılma Tarixi:22.11.2024 09:53:06

156 e maddəsi (xidmətə uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyata buraxilmisam amma 14 günlük Səfərbərliklə bağlı Təlimlərdə iştirak etmişəm mən yenidən Hərbi xidmətə qayıda bilərəm?

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.    Həmin Qanunun 36.1.1-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə    19 yaşından 40 yaşınadək qadınlar qəbul edilirlər. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı hərbi xidmət keçmək istədiyiniz dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.    
Ceyhun Soruşur Yazılma Tarixi:21.11.2024 20:20:34

Salam mən reabilitasiyada müayinədən keçmişəm nəticə haqqında məlumat almaq istəyirəm. Məmmədov Ceyhun Şakir Doğum tarixi 26.04.1991 Sabirabad rayon SHXÇDX

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 27.05.2024-cü il tarixdə Respublika        Dəri-Zöhrəvi Mərkəzinə və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət    Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin             I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş və hərbi biletlə təmin olunmusunuz.
Elbrus Soruşur Yazılma Tarixi:21.11.2024 19:57:59

Salam Hörmətli Səfərbərlik xidməti, mən aprel ayında baş seferberliyin göndərişi ile ET Travmatologiya və Ortopediya İnstitutu göndərilmişem orada skolyozum yoxlanilib 2 ci dereceli skolyoz təsdiqlənib 28 iyun tarixində baş idareye çağırılmış ve oradanda tesdiqlenerek DTSERA ya gonderilmisem. 6 Sentyabr tarixində meni DTSERA dan yoxlanisdan keciribler ve bu gun oyrenmisem ki mene 6 ayliq mohlet verilib. Bu mohlet hansi maddeye uygun verilib?

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş, komissiyanın rəyinə əsasən 08.05.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz 2025-ci ilin aprel çağırışı zamanı təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir
Cədvəldə sətir sayı :14890