Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Soruşur Yazılma Tarixi:17.11.2024 18:39:09

Salam mən Sirinov Əli Samir oglu mənim sualim odur ki mən 139 kiloyam boyum 1.79 dur geyd edim ki mənim İlkin Hərbi Qeydiyyata Alinma Hagginda Vəsigəmdə 11 fevral 2022 ci ilde tibbi komisiyani kecdim və həm dinc dovrde həmdə muharibə dovrunde yararsiz sayilmisam men bilmek isteyirdim ki mən Hərbiye yararliyam yoxsa yararsiz? Cavabiniza gore onceden teshekkurler

Bildirilir ki, çağırışçıların “IV (dördüncü) dərəcə alimentar piylənmə,            BÇİ-43,2-51,1” diaqnozu ilə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır.  
Elçin Soruşur Yazılma Tarixi:17.11.2024 13:41:54

Salam, mən müddətli həqiqi hərbi xidmətə könüllü olaraq getmək istəyirəm necə edə bilərəm?

Müddətli həqiqi hərbi xidmətə çağırılmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral        2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər.            Odur ki, sağlam hesab olunduğunuzu təsdiq edən dövlət müəssisəsi tərəfindən verilmiş tibbi sənədlərlə Xidmətin Tovuz rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Mədət Soruşur Yazılma Tarixi:16.11.2024 22:32:15

Salam. Mən tibbi şəhadətlanmayə nə zaman cəlb olunacam?

:  Bildirilir ki, 2025-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Lakin tibbi müayinədən yayındığınız üçün barənizdə qərar qəbul etmək mümkün olmamışdır. Bu səbəbdən Sizin Xidmətin Sumqayıt şəhər baş idarəsinə müraciət etməyiniz vacibdir.
RAUF Soruşur Yazılma Tarixi:16.11.2024 21:10:07

Salam. Hər vaxtınız xeyir. 02.06.2024 tarixində 3 ildən bir təkrar müainə üçün Masallı rayon hərbi komisarlığının göndərişi əsasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində göz müainəsinə göndərildim. Müainə tamamlandıqdan sonra Xəstəxanadan nəticələr Masallı rayon hərbi komisarlığına veriləcəyini dedilər. Masallı rayon hərbi komisarlığı nəticələrin sms vasitəsi ilə veriləcəyini bildirdi. Artıq 5 aydır ki heç bir xəbər yoxdur və hər hansısa sms və ya məlumat ala bilməmişəm. Soruşduğum zaman isə gözləməyimi, sms məlumat gələcəyini deyirlər. Zəhmət olmasa mənə hər hansısa məlumat verə bilərsiniz? Təkrar hərbi yoxlanəşı tamamlamaq üçün nə etməliyəm? Təşəkkür edirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 29.05.2024-cü il tarixdə növbəti təkrar tibbi şəhadətləndirilməyə cəlb olunaraq, Masallı rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.  
Elvin Soruşur Yazılma Tarixi:16.11.2024 19:44:56

Salam .Mən əsgərliyə yaralıyam yoxsa yox 2 ci derece skalioz var

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Sümük əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə: Onurğanın II (ikinci) dərəcəli skolioz” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Sənan Soruşur Yazılma Tarixi:16.11.2024 19:21:14

Salam, bilmək istəyirəm mən xidmətə yararlıyam, yoxsa yararsız?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Həzm sistemi xəstəlikləri üzrə: Çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilirlər. “Yenitörəmələr: Mədənin polipi xassəsinə, xəstəliyinin kliniki təzahürlərinə və funksiya pozğunluluğunun dərəcəsinə görə” çağırışçıların şəhadətləndiriməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır.
Hüseynağa Soruşur Yazılma Tarixi:16.11.2024 19:14:12

Salam Mən əsgərliyə yararlıyam baxa bilərsiz?

: Müəyyən edilmişdir ki, 2022-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 17.02.2022-ci il tarixdə Sabunçu Tibb Mərkəzinə və 18.02.2022-ci il tarixdə Nərimanov Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Xidmətin Sabunçu rayon idarəsi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Emin Soruşur Yazılma Tarixi:16.11.2024 11:01:06

Salam zəhmət deyilsə deyərdiz AO seriasi ne deməkdir?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildirilir ki, ünvanladığınız müraciət aydın formada anlaşılmır. Daha dəqiq formada müraciət etməyiniz məqsədəuyğundur.
FUAD Soruşur Yazılma Tarixi:15.11.2024 17:14:19

salam her vaxtınız xeyir,komissyadan keçmişem yoxlanışımın cavabını öyrenmek isteyirem teşekkürler.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarə (idarə, şöbə və bölmə) göstərilməlidir.
Dəryanur Soruşur Yazılma Tarixi:15.11.2024 00:23:16

Salam Menim Sol dizimde anteromedialda Sümükden çıxan 44,42,32 mm ölçüde qeyri düzgün konturlu sümük çıxıntı (Osteoxondroma) Mən hərbi xidmətə yararliyam?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.  
Cədvəldə sətir sayı :14890