Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Həmid Soruşur Yazılma Tarixi:06.11.2024 22:19:06

Salam, mən 15 oktyabr hərbi həkim komissiyasından yoxlamadan keçmişəm. Sosial Müdafiə Nazirliyinin Reabilitasiya Agentliyi tərəfindən yekun qərarla bağlı məlumatı haradan əldə edə bilərəm? Təşəkkürlər.

Müəyyən edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 22.07.2024-cü il tarixdə Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin          I qrafasına müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilərək, 2025-ci ilin yanvar çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur.  
Orxan Soruşur Yazılma Tarixi:06.11.2024 22:02:35

Salam, Soruşmaq istərdim ki, öd kisəsində ölçüləri 8.5 mm, 6.5 mm, 6 mm və 5 mm olan 4 ədəd polip varsa, bu halda hərbi xidmətə yararlı mı yarasız mı olunur? Əsasnamədə sadəcə öd kisəsinin çıxarılması barədə məlumat tapdım lakin öd kisəsi polipləri haqqında bir məlumat tapa bilmədim. Əsasnamədə bu barədə harada yazılıb?

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarında “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə əsasən “Ölçüsü 10 mm-dən az və sayı iki və ya daha az olan öd kisəsi polipli” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.  
Həsən Soruşur Yazılma Tarixi:06.11.2024 19:06:30

2 və 3 derece skalioz yararlı sayılırmı

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Sümük əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə: Onurğanın II-III (ikinci-üçüncü) dərəcəli skolioz” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Fərdi Soruşur Yazılma Tarixi:06.11.2024 15:36:47

Salam mən Fərdi Mahmudzadə Fəxrəddin oğlu Oğuz rayon qeydiyyatlıyam və bütün müayinələrdən keçmişəm yekun cavab hələ çıxmayib bu haqda məlumat almaq istəyirəm zəhmət olmasa.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Oğuz rayon bölməsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış yekun tibbi müayinəyə əsasən barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Oğuz rayon bölməsi tərəfindən məlumat veriləcəkdir.  
Ülvi Soruşur Yazılma Tarixi:06.11.2024 14:49:28

Mən Ülvi məmmədzadə Fazil oglu... mən təlimə getmək istəyirem sebail rayonuna prapiskadayam ozumde muharibe veteraniyam ve telimlerde istirak etmek isdeyirem cox xais editem meni telime cagirasiniz elaqe nomresi 070 837-32-57

Hərbi təlim toplanışlarında iştirak etməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.            “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.                           Bildiririk ki, müvafiq dövlət qurumlarından Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş sifarişlərə əsasən hərbi vəzifəlilər xidmət keçdikləri hərbi uçot ixtisaslarına uyğun olaraq hərbi qeydiyyatda olduqları Xidmətin strukturuna daxil olan qurumları tərəfindən hərbi təlim toplanışlarına çağırıla bilərlər.           Eyni zamanda bildiririk ki, zərurət yarandığı halda , ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğu Xidmətin strukturuna daxil olan qurumu tərəfindən hərbi təlim toplanışına çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilirlər.            Qanunla müəyyən edilmiş vəzifə kimi Vətənin müdafiəsini özünüzə mənəvi borc hesab etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.
Semral Soruşur Yazılma Tarixi:06.11.2024 14:26:10

Salam.Mən bütün yoxlanışlardan keçmişəm.Son olaraq Realibitasiya mərkəzinin yoxlanışındanda keçmişəm. Ağciyərin vərəmi,ağciyər toxumasının dağılması ilə.Qərarı öyrənmək istəyirəm.Birdə qərardan narazı olan biri hara müraciət etməlidir?

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 19.09.2024-cü il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin          I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”  hesab edilərək, 15.11.2027-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir.
Seymur Soruşur Yazılma Tarixi:06.11.2024 13:36:01

Salam sağ ayağımda 3 dərəcə yastıpəncəlik, haluks valqus və haglund deformasiyası var. Realibitasiya mərkəzində sadəcə yastıpəncəlik təyinatı üzrə yoxlanıldım. Bu deformasiyalar nəzərə alınmır bilmək istəyirəm? Zəhmət olmazsa mənə hansı diaqnoz qoyulduğunu deyərdiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Qəbələ rayon şöbəsi tərəfindən növbəti təkrar tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Nizami Tibb Mərkəzinin travmatologiya şöbəsinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunan diaqnoza müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Cümşüd Soruşur Yazılma Tarixi:06.11.2024 12:40:16

Salam hervaxtınız xeyir olsun, Hərbi xidmətə yararsızam, 3 ildən bir yoxlama üçün çağırılmışdım. Vainkomatın bildirdirdiyi bütün hekimlərdən keçmişəm. 3 aydırki geri dönüş yoxdur. Yoxlamanın sürətləndirilməsi üçün dəstək olmağınızı xahiş edirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhər, Nizami rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və komissiyanın rəyinə əsasən səhhətiniz ilə bağlı Milli Onkologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Bakı şəhəri, Nizami rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.  
Çingiz Soruşur Yazılma Tarixi:05.11.2024 17:27:48

Salam, mən öz tibbi müayinə ilə bağlı məsələləri dəqiqləşdirmək istəyirəm. Məndə yastıpəncəlik diaqnozu var və hərbi xidmətə hazırlıq çərçivəsində bu məsələ ilə bağlı iki dəfə tibbi müayinə keçmişəm. Lakin, hələ də vəziyyətim və xidmətə yararlılıq kateqoriyam haqqında rəsmi cavab və ya rəylər almamışam. Müayinənin nəticələri barədə məlumat verməyinizi və bu məsələ ilə bağlı növbəti addımların nələr olduğunu izah etməyinizi xahiş edirəm. Köməyiniz və açıqlamalarınız üçün minnətdaram.

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 16.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə  müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş, hərbi biletlə təmin olunmusunuz.  
Lazım Soruşur Yazılma Tarixi:05.11.2024 17:07:24

Salam,mənim təkrar müayinə vaxtım oktaybrın 27sidi amma mənə hələki çağiriş gəlməyib səbəbin bilmək olar?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2021-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Cəlilabad rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Verilmiş möhlət müddəti bitdiyi üçün Sizin Xidmətin Cəlilabad rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14890