Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Rəhim Soruşur Yazılma Tarixi:05.11.2024 15:57:48

Sualım odur ki mən 2dəfə hərbi xidmətə yararsız edilmişəm cüzi dərəcədə qalıq əlamətləriynən amma indi mən apreldə yenidən müayinə olacam mənim qərarımı dost agentliyi verəcək yenidən dost agentliyi tibbi müayinəni edəcək ?

: Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı, Siz Səfərbərlik     və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 02.03.2022-ci il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək, 2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdə qeydiyyatda olduğunuz Xidmətin Xəzər rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli    59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul olunacaqdır.
Sədrəddin Soruşur Yazılma Tarixi:05.11.2024 13:27:39

Salam,Qaraciyərin yenitörəmə-Hemangioması zamanı müddətli həqiqi hərbi ximətə yararlılıq hansı kateqoriya və maddələrlə dəyəndirilir? Bu barədə zəhmət olmasa ətraflı məlumat verərdiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Yenitörəmələr üzrə: Qaraciyərin hemangioması ölçüsü 1 sm (bir), funksiya pozğunluğu olmadan” diqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Lazım Soruşur Yazılma Tarixi:05.11.2024 03:35:49

Salam,mənim oktyabrın 27 təkrar müayinə vaxtım idi amma mənə hələ də təkrar müayinədən keçmək üçün xəbər gəlməyib səbəbi nədir?

Təkrar tibbi müayinəyə cəlb olunmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən təkrar tibbi müayinəyə cəlb olunmusunuz və sağlamlıq vəziyyətinizlə bağlı tibbi müayinələr yekunlaşdıqdan sonra, barənizdə qərar verilməsi üçün aidiyyəti üzrə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına və ya Dövlət Tibbi-Sosial Exspertiza və Reabilitasiya Agentliyinə göndəriləcəksiniz. Bu barədə Sizə Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Sadiq Soruşur Yazılma Tarixi:04.11.2024 20:38:27

Salam.Mən 2019cu ilde tibbi yoxlanışda oldum və məndə ayaqlarımda uşaq vaxdında əməliiyat olduğu üçün,ayaq barmaqlarında sümük əyriliyi,pəncə əyriliyi və s.kimi problemler var.Bilmək isdərdim ki,men hərbi xidmətə yararlıyammı?

Bildirilir ki, təhsil almağınızı nəzərə alaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən Sizə 01.07.2025-ci il tarixədək möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdə qeydiyyatda olduğunuz Xidmətin Füzuli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq hərbi xidmətə yararlı     olub-olmamağınız barədə qərar qəbul olunacaqdır.
Sahib Soruşur Yazılma Tarixi:04.11.2024 20:33:05

Salam. Magistr üzrə təhsil alıram və möhlət hüququm var. Lakin təhsili dondurub yanvar çağırışı üzrə getmək istəyirəm. Çəkim artıq olduğu üçün hərbi xidmətə yararlı olmaq üçün çəki atıram və hal-hazırda 1.85 boy, 130 kq, 43-44 ayaqqabı razmerinə uyğunam. Hansı çəkiyə uyğun gəldikdə, hərbi xidmətə yollana bilərəm? Yanvar çağırışçısı olmaq üçün nə zamana qədər müraciət etməliyəm və çəkinin yoxlanması hansı ay ərzində baş verir? Yəni ki, hansı vaxta qədər hansı çəkidə olmalıyam ki, hərbi xidmət üçün yararlı olum?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları üzrə: II (ikinci) dərəcəli alimentar piylənmə. Bədən çəkisnin indeksi (BÇİ) 18-25 yaşlı şəxslər üçün 30,0-34,9” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinin 21.2 bəndinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sadiq Soruşur Yazılma Tarixi:04.11.2024 19:00:47

Salam. Mən oktyabr çağırışında hərbi komissarlığın qərarı ilə bakıda yoxlanışdan keçdim. Hərbi komisarlığın qərarı nə oldu? Yararlı sayılıram mı?

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinələrə cəlb olunmusunuz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Elnar Soruşur Yazılma Tarixi:04.11.2024 18:00:15

Salam mən 6 aydı hərbi həkim komissiyasından keçmişəm amma,hərbi xidmətə yararlı olub olmadığımı bilmirəm mənə heç bir məlumat verilmir

Müəyyən edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 20.05.2024-cü il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanasına əlavə  müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş, hərbi biletlə təmin olunmusunuz.
Elvin Soruşur Yazılma Tarixi:04.11.2024 16:27:53

Salam, mən reabilitasiya mərkəzində yoxlanışda olmuşam, onun nəticələrini öyrənmək istəyirdim

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 12.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
ELVİN Soruşur Yazılma Tarixi:04.11.2024 16:23:41

Xaiş edirəm mənə cavab yazasınız hərbi xidmətə yararlıyam yararsız?

ELVİN Soruşur Yazılma Tarixi:04.11.2024 16:22:08

Cədvəldə sətir sayı :14890